Azərbaycan Respublikasının Nazirlər Kabineti
Qərar № 072
Bakı şəhəri, 10 may 2007-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı haqqında”, 1997-ci il 9 yanvar tarixli 4 nömrəli və “Magistr proqramlarının siyahısı haqqında” 1997-ci il 20 may tarixli 54 nömrəli qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 9 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali və orta ixtisas təhsili istiqamətlərinin və ixtisaslarının siyahısı”nın «Ali ixtisas təhsili» bölməsində “HS 110100 Sosiologiya” sözlərindən sonra “HS 110200 Sosial iş” sözləri əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 may tarixli 54 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistr proqramlarının siyahısı”na aşağıdakı əlavələr və dəyişiklik edilsin:
“TM 350000 Elektron cihazlarının layihələndirilməsi və texnologiyası” sözlərindən sonra “6.36 TM 360000 Biotibbi texnika” sözləri, “TM 350002 Radioelektronika vasitələrinin konstruksiya edilməsi və texnologiyası” sözlərindən sonra “TM 360001 Biotexniki və tibbi aparatlar və sistemlər, TM 360002 Bioloji və tibbi praktikada mühəndis işi, TM 360003 Tibbi informasiya sistemləri” sözləri, “6.36 TM 360000 Biotibbi texnika” sözlərindən sonra “6.37 TM 370000 Neft-qaz sənayesinin mühəndis qurğuları tikintisi” sözləri, “TM 360003 Tibbi informasiya sistemləri” sözlərindən sonra “TM 370001 Dəniz neft-qaz hidrotexniki qurğularının tikintisi, TM 370002 Neft-qaz nəql edən qurğuların tikintisi, TM 370003 Dəniz-liman tikintisi” sözləri əlavə edilsin və “TM 130009 Tibbi-bioloji aparat və sistemlər” sözləri çıxarılsın.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A.Rasi-zadə