Forumda yeni yazılar

Əsas forum

 
Üzvlər üçün giriş
İstifadəçinin adı:
Parol:
qeydiyyat
parolu yada sal

Ana səhifə >> Nazirlər Kabineti >> Azərbaycan Respublikası Nazirlər Kabinetinin 77 nömrəli qərarı
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 77 nömrəli qərarı

 Azərbaycan Respublikasının Nazirlər Kabineti

 Qərar № 77

 Bakı şəhəri, 10 may 2002-ci   il

 

Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili Qaydalarının təsdiq edilməsi barədə

 

 «Sağlamlıq imkanları məhdud   şəxslərin təhsili (xüsusi təhsil) haqqında»   Azərbaycan Respublikası Qanununun tətbiq   edilməsi barədə» Azərbaycan Respublikası   Prezidentinin 2001-ci il 19 iyul tarixli 540 nömrəli   Fərmanının icrasını təmin etmək məqsədi ilə   Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara   alır:

 1. «Evdə təhsil almaq hüququ verən   xəstəliklərin siyahısı və evdə təhsilin təşkili   Qaydaları» təsdiq edilsin (əlavə olunur).

 2. Bu qərar imzalandığı gündən qüvvəyə   minir.

 

Azərbaycan Respublikasının Baş naziri 

  A. RASİ-ZADƏ

 

 «Azərbaycan Respublikasının Qanunvericilik   Toplusu»nda dərc edilmişdir (31 mart 2002-ci il, № 5,  maddə 314) 

 

Azərbəycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısı və evdə təhsilin təşkili Qaydaları  

 

I. Evdə təhsil almaq hüququ verən xəstəliklərin Siyahısı

 

 1. Ümumtəhsil məktəbinin proqramı ilə 

 Somatik xəstəliklər  

Fasiləsiz residivlənən aktiv fazada   olan gedişli revmatizm (stasionardan evə   yazıldıqdan sonra uşaqların bir-iki il fərdi   məşğələlərə ehtiyacı vardır).   Pankardit (stasionar və ya   sanatoriyadan evə yazıldıqdan sonra uşaqların   bir və ya iki il fərdi məşğələlərə ehtiyacı   vardır). 

Subkompensasiya və dekompensasiya   mərhələlərində olan ürəyin anadangəlmə   qüsurları.  

Tez-tez baş verən təngnəfəslik sianoz   tutmaları ilə gedən ağır dərəcəli Fallo   tetradası. 

Prosesin yayılması və nəzərə çarpan   intoksikasiya ilə gedən III dərəcəli xronik   pnevmoniya. 

Tez-tez təkrarlanan ağır tutmalar və   ya uzunmüddətli asmatik vəziyyətlə gedən   bronxial astma.

Nevrotik sindromla gedən xroniki   qlomerulonefrit.   Böyrək çatışmazlığı simptomları   müşahidə edilən xronik diffuz qlomerulonefrit.

Residivləşən gedişli və böyrək   çatışmazlığı simptomları ilə gedən xronik   pielonefrit.

Assitlə müşayiət olunan xroniki   hepatit və qara ciyərin sirrozu.   Mikovissidozun ağır formaları.

Hemofiliyanın ağır forması (hərəkətin   məhdudlaşması ilə müşayiət olunan). 

Hərəkətin məhdudlaşması, oynaqların   kobud morfofunksional pozğunluqları ilə   müşayiət olunan revmatoid artriti. 

Şəkərli diabetin ağır formaları

Leykozlar.

İrsi koaqulopatiyalar (vilimbrant   xəstəliyi, trombasteniya).

İmmun trombastenit purpura   xəstəliyinin xroniki forması.

X-histnositozlar (hend-süller-krissen,   tatarinov).

Toplanma xəstəlikləri (Toze, Niman-Pik,   Landinq, Volmari, Tandasir).

Hemorragik hematomezenximae   displaziya.

Talassemiyanın ağır formaları.

Anadangəlmə sferositaf anemiyanın   ağır formaları.

Hipoplastik anemiya.

Qazanılma immun çatışmazlığı sindromu   (QİÇS) və insan immun çatışmazlığı virusu ilə yoluxanlar (IIV).

Xondrodistrofiya və xondrodisplaziya.

Nevroloji xəstəliklər 

Miopatiya, anadangəlmə və irsi   mənşəli torzion distoniya və digər davamlı   hipergenetik sindromlar zamanı dayaq-hərəkət   aparatının funksiyasının pozulması.

Keçirilmiş poliomielitdən sonra   dayaq-hərəkət aparatının ağır pozulmaları. 

Keçirilmiş ensefalomielit və   poliradikulonevritdən sonra ağır qalıq   əlamətləri. 

Cərrahi xəstəliklər

Aşağı ətrafların iflici və çanaq   orqanlarının funksiyalarının pozulması ilə   müşayiət olunan onurğa beyni dəbəliyi (yırtıcı). 

Uşaq serebral iflici (təhsilini   bitirənədək). 

Anusun arteziyası nəcis saxlaya   bilməməklə (enkoprez). 

Müxtəlif xəstəliklər zamanı aşağı   ətrafların iflici. 

Koksit gips sarğısında olarkən   dayaq-hərəkət sisteminin xroniki xəstəlikləri 

(xroniki ostiomielit, sümük-oynaq vərəmi). 

Anadangəlmə xəstəliklər və   zədələnmələrlə əlaqədar dayaq-hərəkət   aparatındakı cərrahi əməliyyatlardan sonrakı   vəziyyət (müalicənin sonunadək hərəkətin   çətinləşməsi baş verən hallarda). 

 Hərəkətin mümkünsüzlüyü ilə gedən   dayaq-hərəkət aparatının pozulması (oxuduğu   məktəbin nəzdində 6 aydan 1 ilədək). 

Mədə-bağırsaq traktında aparılan ağır   cərrahi əməliyyatlardan sonra baş verən   bağırsaq fistulları (1 il müddətinə). 

Dəri xəstəlikləri 

Kəskinləşmiş vəziyyətdə olan   yayılmış ekzemalar.

Psoriatik eritrodermiyalar. 

Aztropatik psoriaz. 

Herb prurioqosu. 

Dyurinq dermatiti (kəskinləşmə   dövründə). 

İxlioz formalı eritrodermiya.

Bulloz epidermoliz (ağır formaları) 

Enterpatik akrodermatit (ağır   formaları). 

Kəskin qırmızı qurdeşənəyi. 

Şiddətli yayılmış sklerodermiya. 

Piqmentli kseroderma ağır xroniki   gedişli. 

Psixonevroloji xəstəliklər 

Epilepsiya kəskinləşmə   mərhələsində, tez-tez qıcolma əlamətləri ilə. 

Nevrozların ağır formaları, o cümlədən   enkoprez, gündüz enurezi, dekompensasiya   mərhələsində olan kəkələmə. 

Ruhi xəstəliklər (şizofreniya,   psixozlar), kəskinləşmə mərhələsində. 

Müxtəlif etiologiyalı (infeksion,   somatik) ensefaloastenik əlamətlər. 

2. Xüsusi təhsil məktəbinin proqramı ilə  Aşağıdakı   sindromlarla kəskinləşmiş debillik   mərhələsində olan oliqrofreniya: 

a) tez-tez baş verən gündüz epilepsiya tutmaları;

b) ağır ensefaloastenik vəziyyət;

c) enkoprez və gündüz enurezi;

ç) hərəkət oyanıqlığı sindromu;

d) reaktiv vəziyyət. 

Ağıl azlığı ilə olan epilepsiya   (tez-tez gündüz tutmaları ilə).

Üzvi proseslər kəskinləşmə   mərhələsində. 

3. Somatik, psixonevroloji xəstəlikləri olan şagirdlərə sadələşdirilmiş rejimin yaradılması (əlavə istirahət günü, bəzi dərslərdən azad olunma, natamam fərdi təhsilə keçirilməsi) 

Somatik xəstəliklər 

Anadangəlmə eferositar anemiya   (ağır və orta dərəcədə). 

Hemofiliya. 

Hipoplastik anemiya. 

Göz xəstəliklərinin ağır forması (göz   əzələlərinin iflici, göz almasının çıxarılması,   cərrahi əməliyyatdan sonrakı vəziyyət). 

Psixonevroloji xəstəliklər 

Ruhi xəstəliklər (şizofreniya,   müxtəlif etnologiyalı psixozlar), natamam   kompensasiya mərhələsində. 

Epilepsiya - kəskinləşmə mərhələsində   (tutmaların tezləşməsi, distrofiyanın olması). 

Beyində cərrahiyyə əməliyyatı   aparıldıqdan sonra serebral çatışmazlığı. 

Ağır kəllə zədələnməsindən və ağır   keçən infeksiyalardan sonra baş verən   ensefaloastenik vəziyyət.  

 

 

II. Evdə təhsilin təşkili qaydaları 

 

1. «Sağlamlıq   imkanları məhdud olan şəxslərin təhsili (xüsusi   təhsil) haqqında» Azərbaycan Respublikası   Qanunun 1.0.14 maddəsinə əsasən, evdə təhsil -   sağlamlıq vəziyyətinə görə təhsil müəssisəsində   təhsil almaq imkanı olmayan şəxslərin müvafiq   təhsil müəssisəsinin pedaqoji işçiləri   vasitəsilə ümumtəhsil proqramlarını evdə   mənimsəməsidir. 

2. Evdə fərdi qaydada təhsil alan   şagirdlər müvafiq təhsil müəssisəsinə   xəstəxanaların, poliklinikaların,   dispanserlərin təqdim etdiyi sənədlər əsasında   rayon, şəhər psixoloji-tibbi-pedaqoji   komissiyaların qərarı ilə qəbul olunurlar. 

3. Evdə fərdi təhsilə ümumtəhsil   məktəblərinə cari ilin 1 sentyabrınadək 6 yaşı   tamam olan, xüsusi məktəblərdə isə (əqli cəhətdən   qüsurlu) 7 yaşı tamam olan səhhətinə görə   ümumtəhsil məktəblərində oxuya bilməyən uşaqlar   cəlb olunur. 

4. Evdə fərdi təhsilə cəlb edilən   şagirdlər məktəbə aşağıda adları qeyd olunan   sənədlərə əsasən qəbul olunurlar: 

məktəb direktorunun adına ərizə; 

doğum haqqında şəhadətnamənin surəti; 

müvəffəqiyyət cədvəli (ilk dəfə təhsilə cəlb   edilənlər istisna olunmaqla); 

şagirdlərin şəxsi işi (ilk dəfə təhsilə cəlb   edilənlər istisna olunmaqla); 

yaşayış yerindən arayış;

 psixoloji-tibbi-pedaqoji komissiyanın   göndərişi. 

5. Evdə fərdi qaydada təhsil alan 

şagird evdə məktəbə və ya ərazidəki yaxın   məktəbə cəlb olunur və onun təlim-tərbiyəsinin   təşkili həmin məktəbə həvalə olunur. 

6. Azərbaycan Respublikasının Təhsil   Qanununa uyğun olaraq evdə təhsil üç pillədən   ibarətdir:  

ibtidai (I-IV siniflər);

əsas (V-IX siniflər);

orta (X-XI siniflər) 

7. Şagirdlərin evdə təhsilə qəbulu il   boyu aparılır. 

8. Məşğələlər bir qayda olaraq   sentyabrın 1-də başlayır və mayın 25-də başa çatır.

9. Dərs ili müddətində tətillər   «Azərbaycan Respublikası ümumtəhsil məktəbinin   nümunəvi Əsasnaməsi» əsasında verilir. 

10. Evdə dərs məşğələləri ümumtəhsil   proqramı ilə 45, xüsusi təhsil proqramı ilə 40   dəqiqə müəyyən edilir. 

11. Gündəlik dərslərin miqdarı I pillədə   2, II və III pillədə 3 saatdan artıq ola bilməz. 

12. Fərdi təlim planları hazırlanarkən   psixoloji-tibbi-pedaqoji komissiyanın rəyinə   üstünlük verilir. 

13. II pilləni müvəffəqiyyətlə başa   vuran şagirdlərə əsas məktəbi bitirmək barədə   şəhadətnamə, III pillənin məzunlarına orta təhsil   haqqında attestat verilir. 

14. Evdə fərdi məşğul olan şagirdlərin   dərs cədvəli oxuduğu məktəbin sinif rəhbəri   tərəfindən valideyn və müəllimlərlə   razılaşdırılaraq direktor tərəfindən təsdiq   olunur

15. Evdə fərdi məşğul olan şagirdlər   ümumtəhsil və ya xüsusi məktəblərin (şagirdin   inkişaf xüsusiyyətinə müvafiq) Azərbaycan   Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi   tədris planı əsasında təhsil alırlar.

16. Evdə fərdi məşğul olan şagirdin dərs   məşğələlərinə sinif rəhbəri, proqram   materiallarının yerinə yetirilməsi və həmin   prosesdə tətbiq edilən metodiki işə   təlim-tərbiyə işi üzrə direktor müavini, bütün  prosesin gedişinə isə direktor məsuliyyət   daşıyır. 

17. Evdə təhsil alan şagirdlərin biliyi   ardıcıl olaraq rüblər üzrə sinif jurnalında qeyd   olunur. Onların sinifdən-sinfə keçirilməsi,   məktəbi bitirməsi də müvafiq qaydada sinif   jurnalında öz əksini tapır. 

18. Evdə fərdi təhsilə cəlb olunan   uşaqlar buraxılış və sinifdən-sinfə keçirilmə   imtahanlarından psixoloji-tibbi-pedaqoji   komissiyanın qərarı ilə azad oluna bilərlər.

19. Evdə fərdi məşğul olan şagirdlərin   ev dəftəri, gündəliyi tərtib olunur. Burada   müəllimin qeydi, yoxlama işlərinə dair yazdığı   qiymətlər öz əksini tapır. 

20. Müəllimin əmək haqqı tabelik   qaydasında, rayon (şəhər) təhsil şöbələri   tərəfindən yerinə yetirilən proqram   materialları əsasında təsdiq olunmuş stavkaya   uyğun ödənilir. Şagirdin psixoloji inkişaf   xüsusiyyəti sinif rəhbəri və məktəbin psixoloqu   tərəfindən işlənir, ailə üzvlərinin xəstəyə   baxması üçün şərait və ya fasilələr yaradılır.

21. Evdə fərdi qaydada təhsil alan   şagirdlərlə işləyən pedaqoji işçinin,   mütəxəssisin seçilməsində könüllülük   prinsipinə əməl olunmalı, həmin kateqoriyadan   olan uşaqlarla işləyəcək müəllimlərin arzusuna   üstünlük verilməlidir. 

22. Şagirdlərin evdə müstəqil təhsil   almalarına, bədii ədəbiyyatla təmin   olunmalarına, xəstəliyin xüsusiyyətinə uyğun   olaraq gələcəkdə müəyyən peşə öyrənmələrinə   pedaqoji kollektivlər şərait yaratmalı, onların   hərtərəfli inkişafına qayğı və diqqətlə   yanaşmalıdırlar. 

23. Məktəb rəhbərləri hər il mayın 25-dən   iyunun 25-dək evdə təhsil alan şagirdlərin həmin   məktəblərdə və yaxud başqa məktəblərdə   təhsillərini davam etdirmək üçün siyahılarını   psixoloji-tibbi-pedaqoji komissiyanın təsdiqinə   təqdim etməlidirlər.

 

WebMaster.AZ
tərəfindən yaradılıb