|
UŞAQ HAQLARI KONVENSİYASI
Baş Assambleyanın 44/25 saylı 1989-cu il 20 noyabr tarixli Qətnaməsi ilə qəbul olunmuş və imzalanma, ratifikasiya və qoşulmaq üçün açıq elan edilmişdir.
1990-cı il sentyabrın 2-də qüvvəyə minmişdir.
PREAMBULA
Bu Konvensiyanın iştirakçısı olan dövlәtlәr:
Birlәşmiş Millәtlәr Tәşkilatının Nizamnamәsindә bәyan edilmiş prinsiplәrә uyğun olaraq, cәmiyyәtinin bütün üzvlәrinin lәyaqәtlәrinin, bәrabәr vә ayrılmaz hüquqlarının tanınmasını Yer üzәrindә azadlığın, әdalәtin vә sülhün tәmin edilmәsinin әsası olduğunu hesab edәrәk, Birlәşmiş Millәtlәr Tәşkilatının üzvü olan xalqların onun Nizamnamәsindә insanın әsas hüquqlarına, insan şәxsiyyәtinin qәdir vә lәyaqәtinә inamlarını tәsdiq etdiklәrini vә geniş azadlıq tәqribindә sosial tәrәqqiyә vә hәyat şәraitinin yaxşılaşdırılmasına kömәk göstәrmәk qәtiyyәtlәrini nәzәrә alaraq, Birlәşmiş Millәtlәr Tәşkilatının insan hüquqları haqqında ümumi Bәyannamәdә1 vә insan hüquqları haqqında beynәlxalq paktlarda2 irq, dәrinin rәngi, cins, dil, din, siyasi әqidә, yaxud digәr әqidәlәr, milli vә ya sosial mәnşә, әmlak vәziyyәti, doğulma vә yaxud başqa hallar kimi әlamәtlәrә heç bir fәrq qoyulmadan, hәr bir adamın hәmin sәnәdlәrdә göstәrilәn bütün hüquq vә azadlıqlara malik olmasını bәyan etdiyini vә bunula razılaşdığını tәsdiq edәrәk, Birlәşmiş Millәtlәr Tәşkilatının insan hüquqları haqqında ümumi Bәyannamәdә uşaqların xüsusi qayğıya vә kömәyә hüququ olduğunu bәyan etdiyini xatırladaraq, cәmiyyәtin әsa özәyi kimi vә ailәnin bütün üzvlәrinin, xüsusilә uşaqların inkişafı vә rifahi üçün әsas tәbii mühit kimi ailәnin cәmiyyәt çәrçivәsindә vәzifәlәri tam hәcmdә öz üzәrinә götürә bilmәsi üçün ona yardım göstәrilmәsinin vә onun müdafiә edilmәsinin zәruriliyinә әmin olaraq, uşağın şәxsiyyәtinin tam vә ahәngar inkişafı üçün onun ailә mühitindә, xöşbәxtlik, mәhәbbәt vә anlaşma mühitindә böyümәsinin vacibliyini tәsdiq edәrәk, uşağın cәmiyyәtdә müstәqil hәyata tamamilә hazırlamalı vә Birlәşmiş Millәtlәr Tәşkilatının Nizamnamәsindә bәyan olunmuş ideallar ruhunda vә xüsusilә sülh, lәyaqәt, dözümlük, azadlıq, bәrabәrlik vә hәmrәylik ruhunda tәrbiyә edilmәli olduğunu qeyd edәrәk, uşağın belә xüsusi müdafiә olunması zәruriliyinin uşaq hüquqlarına dair 1924-cü il tarixli Cenevrә Bәyannamәsindә 3 vә 1959-cu il noyabrın 20-dә Baş Mәclis tәrәfindәn qәbul edilmiş uşaq hüquqları Bәyannamәsindә nәzәrdә tutulduğunu vә insan hüquqları haqqında ümumi Bәyannamәdә, mülki vә siyasi hüquqlar haqqında Beynәlxalq paktda (xüsusәn 23 vә 24-cü maddәlәrәdә)2, iqtisadi, sosial vә mәdәni hüquqlar haqqında Beynәlxalq paktda (xüsusәn 10-cu maddәdә)2, habelә uşaqların rifahi mәsәlәlәri ilә mәşğul olan ixtisaslaşdırılmış idarәlәrin vә beynәlxalq tәşkilatların nizamnamәlәrindә vә müvafiq sәnәdlәrindә tәsdiq edildiyini nәzәrә alaraq, uşaq hüquqları Bәyannamәsindә göstәrildiyi kimi, «fiziki vә әqli cәhәtdәn yetkin olmadığına görә uşağın istәr doğulmazdan әvvәl, istәrsә dә doğulduqdan sonra xüsusi mühafizәyә vә qayğıya, o cümlәdәn dә lazımi hüquqi müdafiәyә ehtiyacı olduğunu»4 nәzәrә alaraq, uşaqların xüsusilә tәrbiyә olunmağa verilmәsi, milli vә beynәlxalq sәviyyәlrdә övladlığa götürülmәsi zamanı onların müdafiәsinә vә rifahına aid sosial vә hüquqi prinsiplәr haqqında Bәyannamәnin müddәalarına5, yetkinlik yaşına çatmayanlar barәsindә әdalәt mühakimәsinin icrasına aid Birlәşmiş Millәtlәr Tәşkilatının minimal standart qaydalarına («Pekin qaydaları»)6 vә fövqәladә vә silahlı münaqişәlәr dövründә qadınların vә uşaqların müdafiәsi haqqında Bәyannamәnin müddәalarına7 istinad edәrәk, dünyanın bütün ölkәlәrindә son dәrәcә çәtin şәraitdә yaşayan uşaqlar olduğunu vә belә uşaqların xüsusi qayğıya möhtac olduğunu tәsdiq edәrәk, uşağın müdafiәsi vә ahәnqdar inkişafı üçün hәr bir xalqın әnәnәlәrinin vә mәdәni dәyәrlәrinin әhәmiyyәtini lazımınca nәzәrә alaraq, hәr bir ölkәdә, xüsusәn inkişaf etmәkdә olan ölkәlәrdә uşaqların hәyat şәraitinin yaxşılaşdırmaq üçün beynәlxalq әmәkdaşlığın әhәmiyyәtini tәsdiq edәrәk, aşağıdakılar barәdә razılığa gәlmişdir:
I HISSӘ.
Maddә 1.
Hәr bir insan 18 yaşına çatanadәk bu Konvensiyanın mәqsәdlәri üçün uşaq sayılır, bir şәrtlә ki, hәmin uşaq barәsindә tәrtib edilә bilәn qanuna görә o, yetkinlik yaşına daha әvvәl çatmamış olsun.
Maddә 2.
1. Iştirakçı dövlәtlәr onların yuridiksiyası daxilindә olan hәr bir uşaq üçün bu Konvensiyada nәzәrdә tutulan bütün hüquqlara hörmәt bәslәyir vә onları tәmin edir, uşağın, onun valideyinlәrinin vә ya qanuni qәyyumlarının irqindәn, dәrisinin rәngindәn, cinsindәn, dilindәn, siyasi әqidәsindәn vә ya digәr әqidәlәrindәn, milli, etnik, yaxud sosial mәnşәyindәn, әmlak vәziyyәtindәn, sәhhәtindәn vә doğulduğu şәraitdәn vә ya hәr hansı başqa hallardan asılı olmayaraq, heç bir ayrı-seçkiliyә yol vermirlәr.
2. Iştirakçı dövlәtlәr uşağın, onun valideyinlәrinin, qanuni qәyyumlarının vә ya digәr ailә üzvlәrinin statusu, fәaliyyәti, ifadә olunan baxışları, yaxud әqidәlәri әsasında uşağın ayrı-seçkiliyin vә cәzanın bütün formalarından müdafiә olunmasını tәmin etmәk hәr cür lazımi tәdbirlәri görürlәr.
Maddә 3.
1. Sosial tәminat mәsәlәlәri ilә mәşğul olan dövlәt idarәlәri vә ya özәl idarәlәr, habelә mәhkәmәlәr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tәrәfindәn hәyata keçirilib-keçirilmәmәsindәn asılı olmayaraq, uşaqlar barәsindә görülәn bütün tәdbirlәrdә uşağın maraqlarının daha yaxşı tәmin edilmәsinә ilk növbәdә diqqәt yetirilir.
2.Iştirakçı dövlәtlәr uşağın valideyinlәrinin, qәyyumlarının vә ya onun üçün qanuna görә mәsuliyyәt daşıyan digәr şәxslәrin hüquq vә vәzifәlәrini nәzәrә alaraq, onun rifahi üçün zәruri olan müdafiә vә qayğı ilә uşağı tәmin etmәyi öhdәyә götürür vә bu mәqsәdlә bütün qanunvericilik tәdbirlәrinin vә inzibati tәdbirlәri görürlәr.
3. Iştirakçı dövlәtlәr tәmin edirlәr ki, uşaqlara qayğı vә ya onların müdafiәsi üçün cavabdeh olan idarәlәr, xidmәtlәr vә orqanlar sәlahiyyәtli orqanların qoyduqları normalara, o cümlәdәn tәhlükәsizlik vә sәhiyyә sahәsindә normalara onların işçilәr heyәtinin say tәrkibi vә yararlığı, habelә mötәbәr nәzarәt baxımından da cavabdeh versinlәr.
Maddә 4.
Iştirakçı dövlәtlәr bu Konvensiyada tanınan hüquqların hәyata keçirilmәsi üçün bütün lazımi qanunvericilik tәdbirlәrini, inzibati vә digәr tәdbirlәri görürlәr. Iştirakçı dövlәtlәr iqtisadi, sosial vә mәdәni hüquqlar sahәsindә belә tәdbirlәri malik olduqları ehtiyatların maksimum çәrçivәsindә, lazım gәldikdә isә, beynәlxalq әmәkdaşlıq çәrçivәsindә görürlәr.
Maddә 5.
Iştirakçı dövlәtlәr valideyinlәrin vә yerli adәtdә nәzәrdә tutulduğu kimi, müvafiq hallarda genişlәndirilmiş ailә vә ya icma üzvlәrinin, qәyyumların, yaxud qanuna görә uşaq üçün mәsuliyyәt daşıyan digәr şәxslәrin bu Konvensiyada tanınan hüquqların onlar tәrәfindәn hәyata keçirilmәsindә uşağı lazımınca idarә vә ona rәhbәrlik etmәk vә bunu uşağın inkişaf etmәkdә olan qabiliyyәtinә müvafiq sürәtdә yerinә yetirmәk mәsuliyyәtinә, hüquqlarına vә vәzifәlәrinә hörmәt bәslәyirlәr.
Maddә 6.
1. Iştirakçı dövlәtlәr tәsdiq edirlәr ki, hәr bir uşaq yaşamaq üçün ayrılmaz hüquqa malikdir.
2. Iştirakçı dövlәtlәr uşağın sağ vә sağlam inkişaf etmәk imkanını maksimum mümükün dәrәcәdә tәmin edirlәr.
Maddә 7.
1. Uşaq doğulduqdan sonra dәrhal qeydә alınır vә doğulduğu andan ad vә vәtәndaşlıq almaq hüququna, habelә, mümkün olduğu dәrәcәdә, öz valideyinlәrini tapmaq vә onlardan qayğı görmәk hüququna malikdir.
2. Işitrakçı dövlәtlәr bu hüquqların öz milli qanunvericiliyinә müvafiq sürәtdә hәyata keçirilmәsini vә öz öhdәliklәrinin bu sahәdә müvafiq beynәlxalq sәnәdlәrә uyğun olaraq yerinә yetirilmәsini tәmin edirlәr, bir şәrtlә ki, uşaq vәtәndaşlığa malik olmasın.
Maddә 8.
1. Iştirakçı dövlәtlәr qeyri-qanuni müdaxilәyә yol vermәdәn, qanunda nәzәrdә tutulduğu kimi, vәtәndaşlıq, ad vә ailә әlaqәlәri daxil olmaqla uşağın öz fәrdiliyini saxlamaq hüququna hörmәt bәslәmәyi öhdәlәrinә götürürlәr.
2. Әgәr uşaq öz fәrdiliyinin bütün ünsürlәrinin bir qismindәn vә ya hamısından mәhrum olursa, onda iştirakçı dövlәtlәr onun fәrdiliyiyinin tezliklә bәrpa edilmәsi üçün lazımi kömәyi vә müdafiәni tәmin edirlәr.
Maddә 9.
1. Iştirakçı dövlәtlәr tәmin edirlәr ki, uşaq öz valideynlәrinin arzusuna zidd olaraq onlardan ayrılmasın, bir şәrtlә ki, mәhkәmәnin qәrarına uyğun olaraq sәlahiyyәtli orqanlar tәtbiq edilәn qanuna vә qaydalara müvafiq sürәtdә müәyyәn etsinlәr ki, belә ayrılıq uşağın әn üaxşı mәnafelәri naminә labüddür. Belә ayrılıq bu vә ya digәr konkret halda labüd ola bilәr ki, mәsәlәn, valideynlәr uşaqla şәrt rәftar edir vә ya ona qayğı göstәrmir, yaxud valideyinlәr bir-birindәn ayrı yaşayırlar vә uşağın yaşayış yeri barәdә qәrar qәbul edilmәlidir.
2. Bu maddәnin 1-ci bәndinә uyğun olaraq hәr cür araşdırma zamanı bütün әlaqәdar tәrәflәrә araşdırmada iştirak etmәyә vә öz nöqteyi-nәzәrini şәrh etmәyә imkan verilir.
3. Iştirakçı dövlәtlәr valideynlәrinin biri vә ya hәr ikisi ilә yürılmış uşağın hәr iki valideynlә müntәzәm әsasda şәxsi münassibәtlәr vә birbaşa әlaqәlәr saxlamaq hüququna hörmәt bәslәyirlәr, bir şәrtlә ki, bu münasibәt vә әlaqәlәr uşağın әn yaxşı maraqlarına zidd olmasın.
4. Belә ayrılıq iştirakçı dövlәt tәrәfindәn qәbul edilmiş hәr hansı qәrardan irәli gәldikdә, mәsәlәn, valideyinlәrdәn birinin vә ya hәr ikisinin hәbsә alınması, mәhbәsdә saxlanması, sürgünә göndәrilmәsi, ölkәdәn qovulması, yaxud ölmәsi (o cümlәdәn hәmin şәxsin dövlәtin sәrәncamında olduğu dövrdә hәr hansı sәbәb üzündәn baş vermiş ölümü) ilә әlaqәdar olduqda hәmin iştirakçı dövlәt ailәnin qaib üzvünün/üzvlәrinin olduğu yer barәsindә valideyinlәrә, uşağa vә ya, әgәr lazım gәlәrsә, ailәnin başqa üzvünә onların xahişi ilә lazımi mәlumat verir, bir şәrtlә ki, bu mәlumatın verilmәsi uşağın rifahına ziyan vurmsın. Iştirakçı dövlәtlәr daha sonra tәmin edirlәr ki, bu cür xahişin yerinә yetirilmәsi müvafiq şәxs/şәxslәr üçün özlüyündә xoşagәlmәz nәticәlәrә gәtirib çıxarmasın.
Maddә 10.
1. Iştirakçı dövlәtlәrin 9-cu maddәnin 1-ci bәndi üzrә öhdәliyinә uyğun olaraq uşağın vә ya onun valideyinlәrinin ailәnin qovuşması mәqsәdilә iştirakçı dövlәtә gәlmәk, yaxud oradan getmәk barәdә әrizәlәrinә iştirakçı dövlәtlәr tәrәfindәn müsbәt, humanist vә operativ tәrzdә baxılmalıdır. Iştirakçı dövlәtlәr daha sonra tәmin edirlәr ki, bu cür xahişin yerinә yetirilmәsi әrizәçilәr vә onların ailә üzvlәri üçün xoşagәlmәz nәticәlәrә gәtirib gәtirib çıxarmasın.
2. Valideyinlәri müxtәlif dövlәtlәrdә yaşayan uşağın ixtiyarı var ki, xüsusi hallar istisna olmaqla, hәr iki valideynlә müntәzәm әsasda şәxsi münasibәtlәr vә birbaşa әlaqәlәr saxlasın. Bu mәqsәdlә vә iştirakçı dövlәtlәrin 9-cu maddәnin 2-ci bәndi üzrә öhdәliyinә uyğun olaraq iştirakçı dövlәtlәr uşağın vә onun valideynlәrinin istәnilәn ölkәni, o cümlәdәn dә öz ölkәsini tәrk etmәk hüququ barәsindә yalnız elә mәhdudiyyәtlәr qüvvәdәdir ki, bu mәhdudiyyәtlәr qanunla müәyyәn edilmişdir vә dövlәt tәhlükәsizliyinin, ictimai asayışın (ordre public), әhalinin sağlamlığı vә ya mәnәviyyatının, yaxud digәr şәxslәrinin hüquq vә azadlıqlarının mühafizәsi üçün zәruridir vә bu Konvensiyada tanınan digәr hüquqlara uyğun gәlә bilәr.
Maddә 11.
1. Iştirakçı dövlәtlәr uşağın bir yerdәn başqa yerә qanunsuz aparılmasına vә xaricdәn geri qaytarılmasına qarşı mübarizә aparılması üçün tәdbirlәr görürlәr.
2. Bu mәqsәdlә iştirakçı dövlәtlәr ikitәrәfli vә ya çoxtәrәfli sazişlәr bağlanmasına, yaxud qüvvәdә olan sazişlәrә qoşulmağa kömәk edirlәr.
Maddә 12.
1. Iştirakçı dövlәtlәr bu baxışlarını formalaşdırmağa qadir olan uşağı hәmin baxışları özünә aid bütün mәsәlәlәrlә әlaqәdar azad ifadә etmәk hüququ ilә tәmin edirlәr, hәm dә uşağın baxışlarına onun yaşına vә yetkinliyinә müvafiq sürәtdә lazımi diqqәt yetirilir.
2. Bu mәqsәdlә uşağa imkan verilir ki, ona aid hәr hansı mәhkәmә araşdırmasının vә ya inzibati araşdırmanın cedişindә ya bilavasitә, ya da nümayәndә, yaxud müvafiq orqan vasitәsilә onu milli qanunvericiliyin prosessual normalarında nәzәrdә tutulan qaydada dinlәsinlәr.
Maddә 13.
1. Uşaq öz fikrini azad ifadә etmәk hüququna malikdir; bu hüquqa hәr cür informasiya vә ideyaları sәrhәdlәrdәn asılı olmayaraq, şifahi, yazılı vә ya çap edilmiş formada, incәsәnәt әsәrlәri formasında, yaxud üşağın istәdiyi digәr vasitәlәrin kömәyilә axtarmaq, almaq vә vermәk azadlığı daxildir.
2. Bu hüququn hәyata keçirilmәsinә bәzi mәhdudiyyәtlәr qoyula bilәr, lakin hәmin mәhdudiyyәtlәr qanunda nәzәrdә tutulan vә aşağıdakı mәqsәdlәr üçün zәruri mәhdudiyyәtlәr ola bilәr:
a) digәr şәxslәrin hüquqlarına vә nüfuzuna hörmәt üçün; vә ya
b) dövlәt tәhlükәsizliyinin vә ya ictimai asyışın (ordre public), yaxud әhalinin sağlamlığı vә ya mәnәviyyatının mühafizәsi üçün.
Maddә 14.
1. Iştirakçı dövlәtlәr uşağın fikir, vicdan vә din azadlığına hörmәt edirlәr.
2. Iştirakçı dövlәtlәr valideynlәrin vә müvafiq hallarda qanuni qәyyumların uşağın inkişaf etmәkdә olan qabiliyyәti ilә uzlaşan metodlarla onun hüquqlarının hәyata keçirilmәsindә uşağa rәhbәrlik etmәk hüquqlarına vә vәzifәlәrinә hörmәt bәslәyirlәr.
3. Öz dininә vә ya inamına etiqad etmәk azadlığına yalnız elә mәhdudiyyәtlәr qoyula bilәr ki, bu mәhdudiyyәtlәr qanunla müәyyәn edilmiş olsun vә dövlәt tәhlükәsizliyinin, ictimai asayışın, әhalinin mәnәviyyat vә sağlamlığının mühafizәsi, yaxud digәr şәxslәrin әsas hüquq vә azadlıqlarının müdafiәsi üçün zәruri olsun.
Maddә 15.
1. Iştirakçı dövlәtlәr uşağın assosiasiyalara üzv olmaq azadlığını vә dinc yığıncaqlarda iştirak etmәk azadlığını tanıyırlar.
2. Hәmin hüququn hәyata keçirilmәsindә hәr hansı mәhdudiyyәtlәr tәtbiq edilә bilmәz, burada elә mәhdudiyyәtlәr istisna tәşkil edir ki, onlar qanuna müvafiq sürәtdә tәtbiq olunur vә demokratik cәmiyyәtdә dövlәt tәhlükәsizliyi vә ya ictimai tәhlükәsizlik, ictimai asayış (ordre public) baxımından, әhalinin sağlamlığı vә ya mәnәviyyatının mühafizәsi, yaxud digәr şәxslәrin hüquq vә azadlıqlarının müdafiәsi üçün zәruridir.
Maddә 16.
1. Heç bir uşaq onun şәxsi hәyat, ailә hәyatı, mәnzilin in toxunulmazlığı vә ya yazışma sirri hüququnun hәyata keçirilmәsinә özbaşınalıqla vә ya qanunsuz sürәtdә müdaxilә obyekti, yaxud onun şәrәf vә nüfuzuna qanunsuz qәsd edilmәk obyekti ola bilmәz.
2. Uşaq belә müdaxilә vә ya qәsdә qarşı qanunsuz müdafiә olunmaq hüququna malikdir.
Maddә 17.
Iştirakçı dövlәtlәr kütlәvi informasiya vasitәlәrinin mühüm rol oynadığını qәbul edir vә tәmin edirlәr ki, uşaq müxtәlif milli vә ya beynәlxalq mәnbәlәrdәn informasiya vә materiallar, xüsusәn uşağın sosial, mәnәvi vә әxlaqi rifahına, habelә sağlam fiziki vә psixi inkişafına kömәyә yönәldilmiş informasiya vә materialları ala bilsin. Bu mәqsәdlә iştirakçı dövlәtlәr:
a) kütlәvi informasiya vasitәlәrini uşaq üçün sosial vә mәdәni baxımdan faydalı olan vә 29-cu maddәnin ruhuna uyğun gәlәn informasiya vә materialları yaymağa hәvәslәndirirlәr;
b) müxtәlif mәdәni, milli vә beynәlxalq mәnbәlәrdәn alınan belә informasiya vә materialların hazırlanması, mübadilәsi vә yayılması sahәsindә beynәlxalq әmәkdaşlığa hәvәslәndirirlәr;
v) uşaq әdәbiyyatının buraxılmasını vә yayılmasını hәvәslәndirirlәr;
q) kütlәvi informasiya vasitәlәrini azlıq tәşkil edәn xalqların hәr hansı qrupuna vә ya yerli әhaliyә mәnsub olan uşağın dil ilә bağlı ehtiyaclarını xüsusi diqqәt yetirmәyә hәvәslәndirirlәr;
ğ) 13-cü vә 18-ci maddәlәrin müddәalarını nәzәrә alaraq, uşağın rifahına zәrәr gәtirәn informasiya vә materiallardan uşağın qorunmasının lazımi prinsiplәrini hazırlamağa hәvәslәndirirlәr.
Maddә 18.
1. Iştirakçı dövlәtlәr uşağın tәrbiyәsi vә inkişafı üçün hәr iki valideynin birlikdә vә eyni dәrәcәdә mәsuliyyәt daşıdığına dair prinsipin tanınmasını tәmin etmәkdәn ötrü mümkün olan bütün sәylәri göstәrirlәr. Uşağın tәrbiyәsi vә inkişafı üçün әsas mәsuliyyәti valideynlәr vә ya müvafiq hallarda qanuni qәyyumlar daşıyırlar. Uşağın әn yaxşı maraqları onların әsas qayğı obyektidir.
2. Bu Konvensiyada şәrh olunmuş hüquqların hәyata keçirilmәsinә tәminat verilmәsi vә kömәk göstәrilmәsi mәqsәdilә iştirakçı dövlәtlәr valideynlәrә vә qanuni qәyyumlara uşaqların tәrbiyәsi ilә bağlı öz vәzifәlәrini yerinә yetirmәkdә onlara lazımi kğmәk edir vә uşaq tәrbiyә müәssisәlәri şәbәkәsinin inkişafını tәmin edirlәr.
3. Iştirakçı dövlәtlәr bütün lazımi tәdbirlәr görürlәr ki, valideynlәri işlәyәn uşaqların onlara baxmaq üçün nәzәrdә tutulan idarәlәrdәn istifadә etmәk hüququna malik olması tәmin edilsin.
Maddә 19.
1. Iştirakçı dövlәtlәr uşağı valideynlәr, qanuni qәyyumlar vә ya uşağa qayğı göstәrәn hәr hansı digәr şәxs tәrәfindәn fiziki, yaxud psixoloji zorakılığın, tәhqirin vә ya istismarın, o cümlәdәn dә seksual süiistifadәnin hәr cür formalarından qorumaq mәqsәdilә bütün lazımi qanunvericilik, inzibati, sosial vә maarifçilik tәdbirlәrini görürlәr.
2. Lazım gәlәrsә, bu cür müdafiә tәdbirlәrinә uşağa vә onun qayğısına qalan şәxslәrә zәruri kömәk göstәrilmәsi mәqsәdilә sosial proqramlar hazırlamaq üçün, habelә uşaqla yuxarıda sadalanmış kobud rәftar hallarının qarşısının alınmasının vә aşkara çıxarılmasının digәr formalarını hәyata keçirmәk, bu hallar barәdә mәlumat vermәk. Ona baxmaq, onu tәhqiqata göndәrmәk, uşağı müalicә etmәk vә sonrakı tәdbirlәri görmәk, habelә, lazım gәlәrsә, mәhkәmә prosesinә başlamaq üçün sәmәrәli qaydalar daxildir.
Maddә 20.
1. Öz ailә mühitindәn müvәqqәti vә ya daimi mәrhum olan, yaxud özünün әn yaxşı mәnafeyi naminә belә mühitdә qala bilmәyәn uşaq dövlәt tәrәfindәn xüsusi müdafiә edilmәk vә ona yardım göstәrilmәk hüququna malikdir.
2. Iştirakçı dövlәtlәr öz milli qanunlarına uyğun olaraq belә uşağa baxılması üsulunun dәyişdirilmәsini tәmin edirlәr.
3. Belә baxma üsulu uşağın şәriәtә görә «kәfalәt»ә, yәni tәrbiyәyә verilmәsindәn, habelә övladlığa götürülmәsindәn, lazım gәldikdә isә, uşaqlara baxan müvafiq müәssisәlәrә qoyulmasından ibarәt ola bilәr. Uşağa baxılması üsulunun dәyişdirilmәsi variantları müzakirә edilәrkәn uşağın tәrbiyәsinin varisliyinin mәqsәdәuyğunluğu vә onun etnik mәşәyi, dini vә mәdәni mәnsubiyyәti vә ana dili lazımi dәrәcәdә nәzәrә alınmalıdır.
Maddә 21.
Övladlığa götürmә sistemini qәbul edәn vә yaxud bu sistemin hәyata keçirilmәsinә icazә verәn iştirakçı dövlәtlәr uşağın әn yaxşı maraqlarının ilk növbәdә nәzәrә alınmasını tәmin edirlәr vә onlar:
a) tәmin edirlәr ki, uşağın övladlığa götürülmәsinә ancaq sәlahiyyәtli orqanlar icazә versinlәr. Bu orqanlar tәtbiq edilәn qanunla vә qaydalara uyğun olaraq vә işә aid bütün sәhih mәlumat әsasında müәyyәn edirlәr ki, uşağın valideyinlәr, qohumlar vә qanuni qәyyumlar barәsindә statusuna görә övladlığa götürmә mümkündür vә әgәr tәlәb olunursa, әlaqәdar şәxslәr lazım ola bilәcәk belә mәslәhәtlәşmә әsasında övladlığa götürmәyә öz dәrk edilmiş razılığını versinlәr;
b) tәsdiq edirlәr ki, uşağın başqa bir ölkәdә övladlığa götürülmәsi ona baxmağın alternativ üsulu hesab oluna bilәr, bir şәrtlә ki, uşaq onun tәrbiyә olunmasını vә ya övladlığa götürülmәsini tәmin edә bilmәyәcәk ailәyә tәrbiyә edilmәyә, yaxud saxlanmağa verilә bilmәsin vә uşağın doğulduğu ölkәdә ona münasib qaydada baxılmasının tәmin edilmәsi mümkün olmasın;
v) tәmin edirlәr ki, uşaq başqa bir ölkәdә övladlığa götürüldükdә ölkәnin daxilindә övladlığa götürülmә ilә әlaqәdar tәtbiq edilәn eyni tәminat vә normalar tәtbiq olunsun;
q) bunu tәmin etmәk mәqsәdilә bütün lazımi tәdbirlәri görürlәr ki, başqa ölkәdә övladlığa götürmә tәqbirindә uşağın yerbәyer edilmәsi bununla bağlı şәxslәrin әsassız olaraq maliyyә mәfәәti әldә etmәsinә gәtirib çıxarmasın;
ğ) zәruri hallarda ikitәrәfli vә çoxtçәrәfli razılaşmalar, yaxud sazişlәr bağlanması yolu ilә bu maddәnin mәqsәdlәrinә nail olmağa kömәk edir vә bunun әsasında tәmin edirlәr ki, uşağın başqa bir ölkәdә yerbәyer edilmәsi sәlahiyyәtli hakim dairәlәr vә ya orqanlar tәrәfindәn hәyata keçirilsin;
Maddә 22.
1. Iştirakçı dövlәtlәr qaçqın statusu almaq istәyәn vә ya tәtbiq edilә bilәn beynәlxalq, yaxud daxili hüquq vә qaydalara müvafiq sürәtdә qaçqın sayılan, valideynlәri vә ya hәr hansı digәr şәxs tәrәfindәn istәr müşayiәt edilәn, istәrsә dә müşayiәt edilmәyәn uşağı bu Konvensiyada vә göstәrilәn dövlәtlәrin iştirakçısı olduğu insan hüquqlarına dair digәr beynәlxalq sәnәdlәrdә vә ya humanitar sәnәdlәrdә әksini tapmış hüquqlardan istifadә edilmәsindә lazımi mudafiә vә humanitar yardımla tәmin etmәk üçün zәruri tәdbirlәri görürlәr.
2. Bu mәqsәdlә iştirakçı dövlәtlәr belә uşağın müdafiәsi vә ona kömәk göstәrilmәsi hәr hansı qaçqın uşağın öz valideynlәrini vә ya digәr ailә üzvlәrini axtarıb tapması, öz ailәsinә qovuşmaqdan ötrü görәkli mәlumat alması üçün Birlәşmiş Millәtlәr Tәşkilatının vә onunla әmәkdaşlıq edәn digәr sәlahiyyәtli hökumәtlәrarası tәşkiltların vә ya qeyri-hökumәt tәşkilatlarını bütün sәylәrinә lazım bildikdә kömәk edirlәr. Valideynlәr vә ya digәr ailә üzvlәri tapıla bilmәdikdә belә uşaq, elәcә dә hansı sәbәbdәnsә öz ailә mühitindәn daimi vә ya müvәqqәti mәhrum olmuş istәnilәn digәr uşaq, bu Konvensiyada nәzәrdәtutulduğu kimi, eyni qaydada müdafiә edilir.
Maddә 23.
1. Iştirakçı dövltlәr tәsdiq edirlәr ki, әqli vә ya fiziki çatışmazlıq olan uşaq onun lәyaqәtini tәmin edәk, onun özünә inamını artıran vә cәmiyyәtin hәyatında fәal iştirakını asanlaşdıran şәraitdә dәyәrli vә lәyaqәtli hәyat sürmәlidir.
2. Iştirakçı dövlәtlәr әqli vә ya fiziki çatışmazlığı olan uşağın ona xüsui qayğı göstәrilmәsi hüququnu tәsdiq edir vә belә hüquqa malik olan uşağa vә ona qayğı üçün mәhsuliyyәt daşıyanlara mövcud imkanlar daxilindә yardım göstәrilmәsini hәvәslәndirir vә tәmin edirlәr. Xahişlә müraciәt edilmiş bu yardım uşağın vәziyyәtinә vә onun valideyinlәrini, yaxud uşağa qayğını tәmin edәn digәr şәxslәrin vәziyyәtinә müvafiq olmalıdır.
3. Әqli vә ya fiziki çatışmazlığı olan uşağın xüsusi ehtiyacları olduğu tәsdiq edildikdә bu maddәnin 2-ci bәndinә müvafiq sürәtdә ona imkan daxilindә pulsuz yardım verilir vә bu zaman valideynlәrin, yaxud uşağa qayğını tәmin edәn digәr şәxslәrin maliyyә ehtiyyatları nәzәrә alınır. Bundan mәqsәd әqli vә ya fiziki çatışmazlığı olan uşağın tәhsil, peşә hazırlığı, tibbi xidmәt, sağlamlığın bәrpası, әmәk fәaliyyәtinә hazırlıq sahәsindә xidmәtlәrindәn sәmәrәli istifadә etmәsini vә istirahәt vasitәlәrindәn bәhrәlәnmәsini elә tәmin etmәkdir ki, bunlar uşağın sosial hәyata imkan daxilindә daha geniş cәlb edilmәsinә vә uşağın mәdәni vә mәnәvi inkişafı da daxil olmaqla şәxsiyyәtinin rüxtәlәşmәsinә nail olmağa gәtirib çıxarsın.
4. Iştirakçı dövlәtlәr profilaktiki sәhiyyә vә әqli, fiziki çatışmazlıq olan uşaqların tibbi, psixoloji vә funksiolnal müalicәvi sahәsindә müvafiq mәlumat mübadilәsinә, o cümlәdәn dә sağlamlığın bәrpası metodların, ümumtәhsil vә peşә hazırlığı barәdә mәlumatın yayılmasına, habelә bu mәlumatdan istifadә olmasına beynәlxalq әmәkdaşlıq ruhunda kömәk edirlәr ki, iştirakçı dövlәtlәrә bu sahәdә öz imkanları yaxşılaşdırmağa, biliklәrini zәnginlәşdirmәyә vә öz tәcrübәsini artırmağa şәrait yaratsınlar. Bunula әlaqәdә olaraq inkişaf etmәkdә olan ölkәlәrin tәlәbatına xüsusi diqqәt yetirilmәlidir.
Maddә 24.
1. Iştirakçı dövlәtlәr uşağın әn tәkmil sәhiyyә sistemi xidmәtlәrindәn vә xәstәliklәrin müalicәsi vә sağlamlığın bәrpası vasitәlәrindәn istifadә etmәk hüququ olduğunu tәsdiq edirlәr. Iştirakçı dövlәtlәr tәmin etmәyә çalışırlar ki, heç bir uşaq sәhiyyә sisteminin belә xidmәtlәrindәn istifadә üçün öz hüququndan mәhrum olmasın.
2. Iştirakçı dövlәtlәr hәmin hüququn tamamilә hәyata keçirilmәsinә çalışır vә lazımi tәdbirlәr görürlәr ki:
a) körpәlәr vә uşaqlar arasında ölüm hallarının sәviyyәsi aşağı düşsün;
b) ilkin tibbi-sanitar yardımının inkişafına birinci növbәdә diqqәt yetrmәk şәrtilә bütün uşaqlara lazımi tibbi yardım göstәrilmәsi vә onların zağlamlığının mühafizәsi tәmin edilsin;
v) xәstәliklәrә vә doyunca yemәmәyә qarşı mübarizә aparılsın, o cümlәdәn ilkin tibbi-sanitar yardımı çәrçivәsindә, digәr vasitәlәrlә yanaşı, asanlıqla әldә olunan texnologiyasının tәtbiq edilmәsi kifayyәt qәdәr qidalı әrzaq vә tәmiz içmәli su verilmәsi yolu ilә, әtraf mühitin çirklәnmәsi tәhlükәsini vә riskini nәzәrә alaraq mübarizә aparılsın;
q) analara doğumdan әvvәl vә sonrakı dövrlәrdә sәhәtin mühafizәsi sahәsindә lazımi xidmәt göstәrilsin;
ğ) uşaqların sağlamlığı vә yedizdirilmәsi әmizdirmәni üstünlüklәri, gigiyena, uşağın yaşadığı mühitin sanitariyası vә bәdbәxt xadisәlәrin qarşısının alınması barәdә cәmiyyәtin bütün tәbәqәlәrinә, xüsusәn valideynlәrә vә uşaqlara mәlumat verilmәsi, habelә onqlarıın tәhsil alması vә belә biliklәrdәn istifadә etmәkdә onlara kömәk göstәrilmәsi tәmin edilsin;
d) profilaktiki tibbi yardım vә ailәnin böyüklüyünün planlaşdırılması sahәsindә maarifçilik işi vә xidmәtlәr inkişaf etdirilsin.
3. Iştirakçı dövlәtlәr uşaqların sağlamlığına mәnfi tәsir göstәrәn әnәnәvi praktikanın lәğv edilmәsi mәqsәdilә hәr cür sәmәrәli vә lazımi tәdbirlәri görürlәr.
4. Iştirakçı dövlәtlәr bu maddәdә tәsdiq olunan hüququn tamamilә hәyata keçirilmәsinә tәdricәn nail olmaq mәqsәdilә beynәlxalq әmәkdaşlığı hәvәslәndirmәyi vә inkişaf etdirmәyi öhdәlәrinә götürürlәr.
Maddә 25.
Iştirakәçı dövlәtlәr uşağa baxılması, onun müdafiәsi vә ya fiziki yaxud psixi müalicәsi mәqsәdilә sәlahiyyәtli orqanlar tәrәfindәn qeyyumluğa verilmiş uşağın keçdiyi müalicәnin vә onun haqqında belә qeyyumluqla bağlı bütün digәr şәraitin vaxtaşırı qiymәtlәndirilmәsi barәdә uşağın hüququnu tәsdiq edirlәr.
Maddә 26.
1. Iştirakçı dövlәtlәr hәr bir uşağı sosial sığorta da daxil olmaqla sosial tәminat imtiyazlarından istifadә etmәk hüququnu tanıyır vә öz milli qanunvericiliyinә uyğun olaraq bu hüququn tamamilә hәyata keçirilmәsinә nail olmaq üçün lazımi tәdbirlәri görürlәr.
2. Lazım olduqca bu imtiyazlar mövcud ehtiyatlar vә uşağın imkanları vә onun saxlanması üçün mәhsuliyyәt daşıyan şәxslәrin imkanları, habelә uşaq tәrәfindәn vә ya onun adından nemәtlәr alınması ilә bağlı istәnilәn mülahizәlәr nәzәrә alınaraq verilir.
Maddә 27.
1. Iştirakçı dövlәtlәr hәr bir bir uşağın fiziki, әqli, mәnәvi, әxlaqi vә sosial inkişafı üçün lazım olan hәyat sәviyyәsinә malik olmaq hüququnu tәsdiq edirlәr.
2. Valideyn(lәr) vә ya uşağı tәrbiyә edәn digәr şәxslәr uşağın inkişafı üçün lazım olan hәyat şәraitini öz bacarıqları vә maliyyә imkanları daxilindә tәmin etmәyә görә әsas mәsuliyyәti daşıyılar.
3. Iştirakçı dövlәtlәr valideynlәrә vә uşaqları tәrbiyә edәn digәr şәxslәrә hәmin hüququn hәyata keçirilmәsindә kömәk göstәrilmәsi üçün öz milli şәraitinә müvafiq sürәtdә vә öz imkanların daxilindә lazımi tәdbirlәri görür vә lazım gәlәrsә, maddi yardım göstәrir vә xüsusәn әrzaqla, paltarla vә mәnzillә tәmin edilmәyә dair prqramları dәstәklәyirlәr.
4. Iştirakçılar dövlәtlәr validynlәr vә ya uşaq üçün maliyyә mәhsuliyyәti daşıyan digәr şәxslәr tәrәfindәn istәr iştirakçı dövlәtin daxilindә, istәrsә dә xaricdә uşağın saxlanmasının bәrpa olunmasını tәmin etmәk sahәsindә bütün lazımi tәdbirlәri görürlәr. Mәsәlәn, әgәr uşaq üçün maliyyә mәsuliyyәti daşıyan şәxs vә uşaq müxtәlif dövlәtlәrdәn yaşayırlarsa, iştirakçı dövlәtlәr beynәlxalq sazişlәrә qoşulmağa vә ya belә sazişlәr bağlanmasına, habelә digәr müvafiq razılaşmalar әldә olunmasına kömәk edirlәr.
Maddә 28.
1. Iştirakçı dövlәtlәr uşağın tәhsil almaq hüququnu tanıyır vә bәrabәr imkanlar әsasında bu hüququn hәyata keçirilmәsinә tәdricәn nail olmaq mәqsәdilә olar:
a) pulsuz vә icbari ibtidai tәhsil sistemi tәtbiq edirlәr;
b) istәr ümumi orta tәhsilin, istәrsә dә orta peşә tәhsilinin müxtәlif formalarının inkişaf etdirilmәsinin hәvәslәndirir, bu tәhsilin bütün uşaqlar üçün mümkün olmasını tәmin edir vә pulsuz tәhsil sisteminin tәtbiq olunması vә lazım gәlәrsә maliyyә yardımı göstәrilmәsi kimi zәruri tәdbirlәr görürlәr;
v) bütün lazımi vasitәlәrin kömәyilә hәr kәsin bacarığı әsasında hamı üçün ali tәhsilin mümükün olmasını tәmin edirlәr;
q) tәhsil vә peşә hazırlığı sahәsindә mәlumat vә materialların bütün uşaqların әldә etmәsi imkanını tәmin edirlәr:
ğ) mәktәbdә müntәzәm davamiyyәtә kömәk göstәrilmәsi vә mәktәbi tәrk edәn şagirdlәrin sayının azalması sahәsindә tәdbirlәr görürlәr;
2. Iştirakçı dövlәtlәr mәktәb intizamının uşağın insan lәyaqәtinә hörmәti әks etdirәn metodların kömәyi ilә vә by Konvensiyaya müvafiq sürәtdә tәşkil olunmasını tәmin etmәk üçün bütün lazımi tәdbirlәri görürlәr.
3. Iştirakçı dövlәtlәr bütün dünyada cәhalәtin vә savadsızlığın lәğvinә kömәk göstәrilmәsi vә elmi-texniki biliklәrә vә tәlimin müasir metodlarına yiyәlәnmәyin asanlaşdırılması mәqsәdilә tәhsilә aid mәsәlәlәrdә beynәlxalq әmәkdaşlığı hәvәslәndirir vә inkişaf etdirirlәr. Bununla әlaqәdar olaraq inkişaf etmәkdә olan ölkәlәrin tәlәbatına xüsusi diqqәt yetirilmәlidir.
Maddә 29.
1. Iştirakçı dövlәtlәr razılaşırlar ki, uşağın tәhsili aşağıdakı mәqsәdlәrә yönәldilmәlidir:
a) uşağın şәxsiyyәtinin, istedadının, әqli vә fiziki bacarığının әn tam hәcmdә inkişaf etdirilmәsinә;
b) insan hüquqlarına vә әsas azadlıqlara, habelә Birlәşmiş Millәtlәr Tәşkilatının Nizamnamәsindә bәyan edilmiş prinsieplәrә hörmәt tәrbiyә olunmasına;
v) uşağın valideynlәrinә, onun mәdәni özgünlüyünә, dilinә vә dәyәrlәrinә, uşağın yaşadığı ölkәnin vә onun әslәn olduğu ölkәnin milli dәyәrlәrinә, onun öz sivilizayalarından fәrqlәnәn sivilizasiyalara hörmәt tәrbiyә edilmәsinә;
q) uşağın azad cәmiyyәtdә anlaşma, sülh, dözümlük, kişilәrlә qadınların hüquq bәrabәrliyi vә bütün xalqlar, etnik, milli vә dini qruplar arasında, habelә yerli әhali sırasındı olan şәxslәr arasında dostluq ruhunda şüurlu hәyata hazırlanmasına;
ğ) әtraf mühitә hörmәt tәrbiyә edilmәsinә.
2. Bu maddәnәnin vә ya 28-ci maddәnin heç bir hissәsi ayrı –ayrı şәxslәrin vә orqanların tәhsil müәssisәlәri yaratmaq vә onlara rәhbәrlik etmәk azadlığının mәhdudlaşdırılması yozulmur , bir şәrtlә ki, bu maddәnin 1-ci bәndindә şәrh olunmuş prinsiplәrә daim әmәl edilsin vә belә tәhsil müәssisәlәrindә verilәn dövlәt tәrәfindәn qoyula bilәn minimal normalara uyğun gәlmәsi barәdә tәlәblәr yerinә yetirilsin.
Maddә 30.
Etnik, dini baxımdan vә dil baxımından azlıqların vә ya yerli әhali sırasından olan şәxslәrin yaşadıqları dövlәtlәrdә belә azlıqlara vә ya yerli әhaliyә mәnsub olan uşaq öz qrupunun digәr üzvlәri ilә birlikdә öz mәdәniyyәtindәn bәhrәlәnmәk, öz dininәetiqad bәslәmәk vә onun ayinlәrini yerinә yetirmәk, habelә ana dilindәn istifadә etmәk hüququndan mәhrum oluna bilmәz.
Maddә 31.
1. Iştirakçı dövlәtlәr uşaqı istirahәt etmәk vә asudә vaxta malik olmaq hüququnu, onun yaşına uyğun qәlәn oyunlarda vә әylәncәli tәdbirlәrdә iştirak etmәk vә sәrbәst surәtdә mәdәni hәyatda iştirak etmәk vә incәsәnәtlә mәşğul olmaq hüququnu tanıyırlar.
2. Iştirakçı dövlәtlәr uşağın mәdәni hәyatda vә yaradıcılıq hәyatında hәrtәrәfli iştirak etmәk hüququna hörmәt bәslәyir vә bu hüququ tәşviq edir. Mәdәni fәaliyyәt vә yaradıcılıq fәaliyyәti, asudә vaxt vә istirahәt üçün müvafiq vә bәrabәr imkanlar verilmәsinәkömәk göstәrirlәr.
Maddә32.
1. Iştirakçı dövlәtlәr uşağın iqtisadi istismardan vә onun sağlamlığı üçün tәhlükә törәdәn vә ya tәhsil almasında әngәlә çevrilә bilәcәk, yaxud onun sağlamlığına vә fiziki, әqli, mәnәvi, әxlaqi vә sosial inkişafına ziyan vura bilәcәk hәr hansı işin yerinә yetirilmәsinә müdafiә edilmәk hüququnu tanıyırlar.
2. Iştirakçı dövlәtlәr bu maddәni hәyata keçirilmәsini tәmin etmәk üçün qanunvericilik tәdbirlәri, inzibati vә sosial tәdbirlәr, habelә tәhsil sahәsindә tәdbirlәr görürlәr.Bu mәqsәdlә digәr beynәlxalq sәnәdlәrin müvafiq müddәalarını rәhbәr tutaraq iştirakçı dövlәtlәr:
a) işә qәbul üçün minimal yaş hәddi vә ya minimal yaş hәdlәri müәyyәn edirlәr;
b) iş gününün uzunluğu vә әmәk şәraiti haqqında lazımi tәlәblәr müәyyәn edirlәr;
v) bu maddәnin sәmәrәli sürәtdә hәyata keçirilmәsini tәmin etmәk üçün müvafiq cәza növlәri vә ya digәr sanksiyalar nәzәrdә tuturlar.
Maddә 33.
Iştirakçı dövlәtlәr müvafiq beynәlxalq müqavilәlәrdә nәzәrdә tutulduğu kimi uşaqları narkotik vasitәlәrdә vә psixotropik madәlәrdәn qanunsuz istifadә etmәkdәn qorumaq vә belә madәlәrin qanuna zidd olaraq istehsalında vә satılmasında uşaqlardan istifadә edilmәsinә yol vermәk üçün bütün lazımi tәdbirlәri, o cümlәdәn dә qanunvericilik tәdbirlәri, inzibati vәsosial tәdbirlәr, habelә tәhsil sahәsindә tәdbirlәr görürlәr.
Maddә 34.
Iştirakçı dövlәtlәr uşağı seksual istismarın vә seksual sәhәtdәn pis yola salınmağın bütün formalarından qorunmağı öhdәlәrinә götürürlәr. Bu mәqsәdlәiştirakçı dövlәtlәr aşağıdakı halların qarşısını almaq üçün milli, ikitәrәfli vә çoxtәrәfli sәviyyәlәrdә bütün lazımi tәdbirlәri görürlәr:
a) uşağı hәr cür qanunsuz seksual fәaliyyәtә çәkmәk vә ya mәcbur etmәk;
b) istssmar mәqsәdilә uşaqlardan fahişәlikdә vә ya digәr qanunsuz seksual praktikada istifadә etmәk;
v) istismar mәqsәdilә uşaqlardan pornoqrafiyada vә pornoqrafik materiallarda istifadә etmәk.
Maddә 35.
Iştirakçı dövlәtlәr uşaqların istәnilәn mәqsәdlәrlә vә istәnilәn formada oğurlanmasının, uşaq alveri edilmәsinin vә ya onların qaçaqmalçılıqla mәşğul olmasının qarşısını almaq üçün milli, ikitәrәfli vә çoxtәrәfli sәviyyәlәrdә bütün lazımi tәdbirlәri görürlәr.
Maddә 36.
Iştirakçı dövlәtlәr uşağı onun rifahinin istәnilәn cәhәtinә ziyan vuran istismarın digәr bütün formalarından müdafiә edirlәr.
Maddә 37.
Iştirakçı dövlәtlәr tәmin edirlәr ki:
a) heç bir uşaq işgәncәlәrә vә ya rәftarın, yaxud cәzanın digәr amansız, qeyri-insanı vә ya lәyaqәti alçaldan növlәrinә mәruz qalmasın. 18 yaşına çatmamış şәxslәr tәrәfindәn törәdilmiş cinayәtlәrә görә nә ölüm cәzası, nә dә azad edilmәk imkanı nәzәrdә tutlmayan ömürlük hәbs cәzası kәsilmir;
b) heç bir uşaq qanunsuz olaraq vә ya özbaşınalıqla azadlıqdan mәhrum edilmәsin. Uşağın hәbsә alınması, tutulması vә ya hәbs cәzası çәkmәsi qanuna uyğun olaraq hәyata keçirilir vә bunlarda son tәdbir kimi vә mümkün olan daha qısa müddәt әrzindә vә müvafiq qayğada istifadә edilir;
v) azadlıqdan mәhrum olunmuş hәr bir uşaqla humanist vә rәftar edilsin vә onun şәxsiyәtinin ayrılmaz hissәsi kimi lәyaqәtinә hörmәt bәslәnsin, onunla bir yaşda olan şәxslәrin tәlәbatı nәzәrә alınsın. Mәsәlәn, azadlıqdan mәhrum edilmiş hәr bir uşaq mәhbәsdә yaşlılardan ayrı saxlanılmalı (әgәr hesab edilsә ki, bunu uşaqın әn yaxşı mәnafelәri naminә etmәk gәrәk deyildir) vә xüsusi hallar istisna olmaqla, öz ailәsilә yazışmaq vә görüşmәk yolu ilә әlaqә saxlamaq hüququna malik olmalıdır.
q) azadlıqdan mәhrum edilmiş hәr bir uşaq lәngidilmәdәn hüquqi vәdigәr müvafiq yardım almaq hüququna, habelә onun azadlıqdan mәhrum olunmasının qanuniliyini mәhkәmә vә ya digәr sәlahiyyәtli, müstәqil vә qәrәzsiz orqan qarşısında sübuta yetirmәk hüququna vә istәnilәn belә prosessual tәdbir barәsindә onların tәrәfindәn tәxirә salınmadan qәrarlar çıxarılması hüququna malik olsun.
Maddә 38.
1. Iştirakçı dövlәtlәr silahlı münaqişәlәr zamanı onların barәsindә tәdbiq edilә bilәcәk vә uşaqlara aid olan beynәlxalq humanitar hüquq normalarına hörmәt bәslәmәyi vә onlara әmal olunmasını tәmin etmәyi öhdәlәrinә götürürlәr.
2. Iştirakçı dövlәtlәr bunu tәmin etmәk üçün bütün tәdbirlәri görürlәr ki, 15 yaşına çatmayan şәxslәr hәrbi әmәliyyәtlarda birbaşa iştirak etmәsinlәr.
3. Iştirakçı dövlәtlәr 15 yaşına çatmayan hәr hansı şәxsi öz silahlı qüvvәlәrindә hәrbi xidmәtә çağırmaqdan imtina edirlәr.Iştirakçı dövlәtlәr 15 yaşına çatan, lakin 18 yaşlı hәlә tamam olmayan şәxslәrin orduya cәlb edilmәsi zamanı üstünlüyü daha yaşlı şәxslәrә vermәyә çalışırlar.
4. Silahlı münaqişәlәr zamanı mülki әhalinin müdafiәsi ilә bağlı beynәlxalq qumanitar hüquq üzrә öz öhdәliklәrinә uyğun olaraq iştirakçı dövlәtlәr silahlı münaqişәyә mәruz qalmış uşaqların müdafiәsinin vә onlara baxılmasının tәmin edilmәsi üçün mümkün olan bütüntәdbirlәri görürlәr.
Maddә 39.
Iştirakçı dövlәtlәr hәr hansı növ etinasızlığın, istismarın vә ya suiistifadәnin, işgәncәlәrin, yaxud hәr hansı digәr sәrt, rәhmsiz vә ya lәyaqәti alçaldan rәftarın, yaxud silahlı münaqişәlәrin qurbanı olmuş uşağın fiziki vә psixoloji sәhәtdәn bәrpasına vә sosial reinteqrasiyasına kömәk etmәk üçün bütün lazımi tәdbirlәri görürlәr.
Maddә 40.
1. Iştirakçı dövlәtlәr cinayәt qanunvericiliyini pozmuş hesab edilәn, bu qanunvericiliyin pozulmasında tәqsirlәndirilәn vә ya müqәssir sayılan hәr bir uşağın onunla elә bir rәftar hüququnu tanıyırlar ki, belә rәftar uşaqda lәyaqәt vә mәnlik hissәlәrinin inkişafına kömәk edir, uşaqda insan hüquqlarına vә başqalarının әsas azadlıqlarına hörmәti möhkәmlәndirir vә bu zaman uşağın yaşı vә onun reinteqrasiyasına vә cәmiyyәtdә faydalı rolunu yerinә yetirmәsinә kömәk göstәrilmәsi arzusu nәzәrә alınır.
2. Iştirakçı dövlәtlәr bu mәqsәdlә vә beynәlxaldq sәnәdlәrin müvafiq müddәalarını nәzәrә alaraq tәmin edirlәr ki:
a) cinayәt qanunvericiliyinin pozulduğu zaman milli vә ya beynәlxalq hüquqla qadağan olunmayan hәrәkәtlәrә vә fәaliyyәtsizliyә görә heç bir uşaq cinayәt qanunvericiliyini pozmuş hesab edilmәsin, onun pozulmasında tәqsirlәndirilmәsin vә müqәssir bilinmәsin;
b) cinayәt qanunvericiliyini pozmuş hesab edilәn vә ya onu pozmaqda tәqsirlәndirilәn hәr bir uşaq әn azı aşağıdakı tәminatlara malik olsun:
I) onun tәqsiri qanuna uyğun olaraq sübuta yetirilmәyincә tәqsirsizlik prezumpsiyası;
II) ona qarşı irәli sürülәn ittihamlar barәdә ona dәrhal vә bilavsitә, zәruri hallarda isә, onun valideyinlәri vә ya qanuni qәyyumları vasitәsilә mәlumat verilmәsini vuә öz müdafiyәsinә hazırlaşarkәn vә bunu hәyata kecirәrkәn hüquqi yardım vә digәr lazımi yardım göstәrilmәsi;
III) qanuna uyğun olaraq vәkilin vә ya digәr müvafiq şәxsin iştirakı ilә mәsәlәyә әdalәtlә baxılarkәn sәlahiyyәti, müstәqil vә qәrәzsiz orqnan, yaxud mәhkәmә orqanı uşağın yaşı vә ya onun valideuinlәrinin, yaxud qanuni qәyyumlarının vәziyyәti nәzәrә alınaraq hәmin mәsәlә barәsindә tәxirә salınmadan qәrar çıxarsınlar, әgәr bu, uşuğın әn yaxşı maraqlarına zidd deyildirsә;
IV) şahid ifadәlәri vermәyә vә ya tәqsiri boynuna almağa mәgbur edilmәkdәn azad olmaq; ittiham şahidlәrinin verdiyi ifadәlәrin ya müstәqil surәtdә ya da diğәr şәxslәrin kömәyilә öyrәnilmәsi vә müdafiyә şahidlәrinin bәrarbәr hüquqla iştirakının vә onların ifadәlәrlәtanış olmasının tәmin edilmәsi;
V) әgәr hesab edilsә ki, uşaq cinayәt qanunvericiliyini pozmuşdur, onda qanuna uyğun olaraq müvafiq qәrara vә bununla әlaqәdar görülmüş hәr hansı tәdbirlәrә sәlahiyyәti, müstәqil vә qәrәzsiz yuxarı orqan, yaxud mәhkәmә orqanı tәrәfindәn tәkrar baxılması;
VI) әgәr uşaq istifadә olunan dili başa düşmürsә vә ya bu dildә danışa bilmirsә, tәrcümәçinin pulsuz kömәyi;
VII) mәsәlәyә baxılmasının bütün mәrhәlәlәrindә uşağın şәxsi hәyatına tam hörmәt edilmәsi.
3. Iştirakçı dövlәtlәr cinayәt qanunvericiliyini rozmuş hesab edilәn, onu pozmaqda tәqsirlәndirilәnvә ya müqәsir bilinәn uşaqlara bilavasitә aid olan vә qaydalar qәbul olunmasına, orqan vә müәssәlәr yaradılmasına kömәk göstәrmәyә çalışırlar, o cümlәdәn:
a) elә minimal yaş hәddi müәyyәn edirlәr ki, bu hәddәn aşağı yaşda olan uşaqlar cinayәt qanunvericiliyini pozmağa qadir hesab olunmur;
b) zәruri vә arzu olunan hallarda, insan hüquqlarını vә hüquqi tәminatları tәmamilә gözlәmәk şәrtilә, mәhkәmә tәhqiqatından istifadә etmәdәn belә uşaqlara rәftar üçün tәdbirlәr görürlәr.
4. Uşağa baxılması, qәyyumluq vә nәzarәt haqqında әsasnamә, mәslәhәt xidmәtlәri göstәrilmәsi, sınaq vә peşә müddәti tәyin edilmәsi, tәrbiyә verilmәsi, tәlim vә peşә hazırlığı proqramları vә tәrbiyә müәssisәlәrindә uşağa baxılmasını әvәz edәn digәr formalarda qayğı göstәrilmәsi kimi müxtәlif tәdbirlәrin olması zәruridir. Bundan mәqsәd uşaqla elә rәftar tәmin etmәkdir ki, bu rәftar üsulu onun rifahına, habelә onun vәziyyәtinә vә cinayәtin xarakterinә uyğun olsun.
Maddә 41.
Bu konvensiya heç dә uşağın hüqularının hәyata keçirilmәsinә daha çox kömәk edәn müddәaların vә aşağıdakı sәnәdlәrdә ola bilәn müddәalara xәlәl gәtirmir:
a) iştirakçı dövlәtin qanununda; yaxud
b) hәmin dövlәt barәsindә qüvvәdә olan beynәlxalq hüquq normalarında.
II HISSӘ.
Maddә 42.
Iştirakçı dövlәtlәr lazımi vә tәsirli vasitәlәrdәn istifadә edәrәk, Konvensiyanın prinsiplәri vә müddәaları barәdә istәr yaşlılara, istәrsә dә uşaqlara geniş mәlumat vermәyi öhdәlәrinә götürülәr.
Maddә 43.
1. Bu Konvensiyaya müvafiq surәtdә qәbul edilmiş öhdәliklәrin yerinә yetirilmәsindә iştirakçı dövlәtlәr tәrәfindәn tәldә olunmuş tәrәqqini nәzәrdәn keçirmәk mәqsәdilә Uşaq Hüquqları Komitәsi tәsis edilir. Komitә aşağıdakı funksiyaları yerinә yetirir.
2. Komitә yüksәk mәnәvi keyfiyyәtlәri olan vә bu Konvensiyanın әhatә etdiyi sahәdә sәriştәliyi ilә tanınmış on ekspertdәn ibarәt olur. Komitәnin üzvlәri iştirakçı dövlәtlәr tәrәfindәn öz vәtәndaşları sırasından seçilir vә öz adlarından çızış edirlәr, hәm dә әdalәtli coğrafi bölgüyә, habelә әsas hüquqi sistemlәrә diqqәt yetirilir.
3. Komitәnin üzvlәri siyahıya salınmış şәxslәr sırasından gizli sәsvermә yolu ilә seçilir. Hәmin şәxslәr iştirakçı dövlәtlәr tәrәfindәn irәli sürülür. Hәr bir iştirakçı dövlәt öz vәtәndaşları sırasında bir nәfәr irәli sürә bilәr.
4. Komitәyә ilk seçkilәr bu Konvensiya qüvvәyә mindiyi gündәn altı ay gec olmayaraq, sonralar isә iki ildә bir dәfә keçirilir. Hәr halda hәr seçkilәr gününә dörd ay qalmış Birlәşmiş Millәtlәr tәşkilatının Vaş katibi iştirakçı dövlәtlәrә mәktubla müragiyәt edәrәk, onlara iki ay әrzindә öz namizәdlәrini tәqdim etmәk tәklifi irәli sürür. Sonra Baş katib bu yolla irәli sürülmüş bütün şәxslәrin siyasını әlifba sırası ilә tәrtib edir, siyahıda hәmin şәxslәri irәli sürmüş iştirakçı dövlәtlәri göstәrir vә siyahını bu Konvensiyanın iştirakçısı olan dövlәtlәrә tәqdim edir.
5. Seçkilәr Birlәşmiş Millәtlәr Tәşkilatının idarәlәrindә Baş katib tәrәfindәn çağırılan iştirakçı dövlәtlәrin müşavirәlәrindә keçirilir. Iştirakçı dövlәtlәrin üçdә iki hissәsinin yetәrsay tәşkil etdiyi müşavirәlәrdә o namizәdlәr Komitәnin tәrkibinә seçilmiş sayılırlar ki, onlar sәsvermәdә olmuş vә iştirak etmiş iştirakçı dövlәtlәrin nümayәndәlәrinin sәslәrinin daha çoxunu vә mütlәq qazanmış olsunlar.
6. Komitәnin üzvlәri dördillik müddәtә seçilirlәr. Onlar namizәdliklәri tәkrar irәli sürüldükdә yenidәn seçilmәk hüququna malikdirlәr. Ilk seçkilәrdә seçilәn beş nәfәr üzvün sәlahiyyәt müddәti iki illik dövrün sonunda bitir; ilk seçkilәrdәn sonra dәrhal bu beş nәfәr üzvün adları müşavirә sәdrinin atdığı püşklә müәyyәnlәşdirilir.
7. Komitәnin hәr hansı üzvü öldükdә vә ya istefa verdikdә, yaxud o, Komitәnin üzvü vәzifәlәrini hәr hansı başqa sәbәbә görә daha yerinә yetirә bilmәdikdә, onda Komitәnin hәmin üzvünv irәli sürmüh olan iştirakçı dövlәt öz vәtәndaşları sırasında qalan müddәtә digәr ekspert tәyinq edir, bir şәrtlә ki, hәmin ekspert Komitә tәrәfindәn bәyәnilsin.
8. Komitә öz iş üsulu qaydalarını müәyyәn edir.
9. Komitә öz vәzifәli şәxslәrini iki il müddәtinә seçir.
10. Komitәnin sessiyaları, bir qayda olaraq, Birlәşmiş Millәtlәr Tәşkilatının Mәrkәzi idarәlәrindә, yaxud Komitә tәrәfindәn müәyyәnlәşdirilmiş hәr hansı digәr münasib yerdә keçirilir. Komitә öz sessiyalarını, bir qayda olaraq, hәr il keçirir. komitәnin sessiyasının davam etmәsi müddәti bu Konvensiyanın iştirakçısı olan dövlәtlәrin müşavirәsindә müәyyәnlәşdirilir vә lazım gәlәrsә ona yenidәn baxılır, bir şәrtlә ki, müәyyәn edilmiş müddәt Baş Mәclis tәrәfindәn bәyәnilsin.
11. Birlәşmiş Milәtlәr Tәşkilatının katibi Komitәnin öz funksiyalarını bu Konvensiyaya müvafiq sürәtdә sәmәrәli hәyata keçirmәsi üçün lazımi işçilәr heyәti vә maddi vәsait ayırır.
12. Bu Konvensiyaya müvafiq surәtdә tәsis edilmiş Komitәnin üzvlәri Baş Mәclisin qoyduğu qaydada vә şәrtlәrlә tәstiq olunan mәblәqdә haqq alırlar.
Maddә 44.
1. Iştirakçı dövlәtlәr Konvensiyada tanınmış hüquqların tәsbit olunması sahәsmindә onların gördüklәri tәdbirlәr haqqında vә bu hüquqların hәyata keçirilmәsindә әldә edilmiş tәrәqqi haqqında Komitәyә Birlәşmiş Millәtlәr Tәşkilatının Baş katibi vasitәsilә mәruzәlәr tәqdim etmәyi öhdәlәrinә götürürlәr:
a) Konvensiya müvafiq iştirakçı dövlәt üçün qüvvәyә mindikdәn sonra iki il әrzindә;
b) sonralar hәr beş ildәn bir.
2. Hәmin maddәyә müvafiq surәtdә tәqdim olunan mәruzәlәrdә bu Konvensiya üzrә öhdәliklәrin yerinә yetirilmәsi dәrәcәsinә tәsir edәn amillәr vә çәtinliklәr göstәrir, әgәr onlar varsa. Hәmin ölkәdә Konvensiyanın әhәmiyyәtinin tamamilә başa düşüldüyündәn Komitәnin xәbәrdar olması üçün mәruzәlәrdә kifayәt qәdәr mәlumat dә olur.
3. Komitәyә hәrtәrәfli ilkin mәruzә tәqdim etmiş olan iştirakçı dövlәtәehtiyac yoxdur ki, bundan әvvәl şәrh edilmiş әsas mәlumatı bu maddәnin 16 bәndinә müvafiq surәtdә tәqdim olunan sonrakı sәnәdlәrdә tәkrarlansın.
4. Komitә iştirakçı dövlәtlәrdәn bu Konvensiyanın hәyata keçirilmәsinә aid әlavә mәlumat istәyә bilәr.
5. Komitәnin fәaliyyәti haqqında mәruzәlәr Iqtisadi vә Sosial Şura vasitәsilә iki ildә bir dәfә Baş Mәclisә tәqdim olunur.
6. Iştirakçı dövlәtlәr öz msәruzәlәrini öz ölkәlәrindә geniş aşkarlığını tәmin edirlәr.
Maddә 45.
Konvensiyanın sәmәrәli surәtdә hәyata keçirilmәsinә kömәk göstәrmәk vә bu Konve6nsiyanın әhatә etdiyi sahәdә beynәlxalq әmәkdaşlığı hәvәslәndirmәk mәqsәdilә:
a) Birlәşmiş Millәtlәr Tәşkilatının ixtisaslaşdırmış idarәlәrinin, Uşaq Fondunun vә digәr orqanlarının ixtiyarı var ki, bu Konvensiyanın onların sәlahiyәtlәri dairәsinә daxil olan müdәalarının hәyata keçirilmәsi mәsәlәlәrinә bәxılarkәn nümayәndә ilә tәmsil edilsinlәr. Komitә Birlәşmiş Millәtlәr Tәşkilatının ixtisaslaşdırılmış idarәlәrinә. Uşaq Fonduna vә digәr mötәbәr orqanlarına mәqsәdәuyğun saydığı halda tәklif edә bilәr ki, on6ların müvafiq sәlahiyyәtlәri dairәsinә daxil olan sahәlәrdәn Konvensiyanın hәyata keçirilmәsi barәdә ekspertlәrin rәyini tәqdim etsinlәr. Komitә Birlәşmiş Millәtlәr Tәşkilatının ixtisaslaşdırılmış idarәlәrinә, Uşaq Fonduna vә digәr orqanlarına tәklif edә bilәr ki, onların fәaliyyәt dairәsinә daxil olan sahәlәrdә Konvensiyanın hәyata keçirilmәsi haqqında mәruzәlәr tәqdim etsinlәr;
b) Iştirakçı dövlәtlәrin texniki mәslәhәt vә ya yardım barәdә xahiş olan, yaxud buna tәlәbat duyulduğunu göstәrәn hәr hansı mәruzәlәrini, habelә xahiş vә ya göstәrişlәrlә әlaqәdar Komitәnin irad vә tәkliflәri varsa, bunları Komitә mәqsәdә uyğun sayarsa Birlәşmiş Millәtlәr Tәşkilatının ixtisaslaşdırılmış idarәlәrinә, Uşaq Fonduna vә digәr mötәbәr orqanlarına göndәrir.
v) Komitә Baş Mәclisә tövsiyә edә bilәr ki, uşaq hüquqlarına aid ayrı-ayrı mәsәlәlәr barәdә Baş Mәclisin adından aparılmasını Baş katibә tәklif etsin.
q) Komitә bu Konvensiyanın 44-cü vә 45-ci maddәlәrinә müvafiq surәtdә alınmış mәlumata әsaslanan ümumi xarakterli tәklifә tövsiyәlәr irәli sürә bilәr. Ümumi xarakterli belә tәklif vә tövsiyәlәr marağı olan hәr hansı iştirakçı dövlәtә göndәrilir vә әgәr iştirakçı dövlәtlәrin iradları varsa, bunlarla birlikdә Baş Mәclisә mәlumat verilir.
III HISSӘ.
Maddә 46.
Bu Konvensiya onun bütün dövlәtlәr tәrәfindәn imzalanması üçün açıqdır.
Maddә 47.
Bu Konvensiya tәstiq edilmәlidir. Tәsdiqnamәlәr saxlanılmaq üçün Birlәşmiş Millәtlәr Tәşkilatının Baş katibinә tәhvil verilir.
Maddә 48.
Bu Konvensiya hәn hansı bir dövlәtin ona qoşulması üçün açıqdır. Konvensiyaya qoşulmaq haqqında sәnәdlәr saxlanılmaq üçün Birlәşmiş Millәtlәr Tәşkilatının Baş katibinә tәhvil verilir.
Maddә 49.
1. Bu Konvensiya iyirminci tәsdiqnamә vә ya Konvensiyaya qoşulmaq haqqında sәnәt Birlәşmiş Millәtlәr Tәşkilatının Baş katibinә saxlanılmağa tәәhvil verildiyi gündәn sonra otuzuncu gün qüvvәyә minir.
2. Iyirminci tәsdiqnamә vә ya Konvenesiyaya qoşulmaq haqqında sәnәt saxlanılmağa tәhvil verildikdәn sonra bu Konvensiyanı tәsdiqlәyәn vә ya ona qoşulan hәr bir dövlәt üçün bu Konvensiya hәmin dövlәt öz tәsdiqnamәsini vә ya ona qoşulmağı haqqında sәnәdini tәhvil qüvvәyә minir.
Maddә 50.
1. Istәnilәn iştirakçı dövlәt düzәliş tәklif etmәk vә onu Birlәşmiş Millәtlәr Tәşkilatının Baş katibinә tәqdim etmәk ixtiyarına malikdir. Sonra Baş katib tәklif olunmuş düzәlişin iştirakçı dövlәtlәrәgöndәrir vә onlardan xahiş edir ki, hәmin tәkliflәrә baxılması vә bunlara dair sәs vermә keçirmәsi mәqsәdilә iştirakçı dövlәtlәrin kofransının çağırılıb- çağırılmaması barәdә öz fikirlәrini bildirsinlәr. Әgәr belә mәlumat verildiyi gündәn başlayparaq dörd ay әrzindә iştirakçı dövlәtlәrin әn azı üçdә biri bu konfransın çağırılmasına tәrәfdar olduğunu bildirәrsә, onda Baş katib konfransın Birlәşmiş Millәtlәr Tәşkilatının himayәsi ilә çağırır. Bu konfransda olan vә ya iştirak edәn iştirakçı dövlәtlәrin әksәriyyәti tәrәfindәn qәbul edilmiş hәr hansı düzәlitş Baş Mәclisin tәsdiqinә verilir.
2. Bu maddәnin 1-ci bәndinә müvafiq sürәtdә qәbul olunmuş düzәliş onu Birlәşmiş Millәtlәr Tәşkilatının Baş Mәclisi tәsdiqlәdikdәn vә iştirakçı dövlәtәrin üçdә ikiüә bәrabәr çoxluğu qәbul etdikdәn sonra qüvvәyә minir.
3. Qüvvәdәn mindikdәn sonra bu düzәliş onu iştirakçı dövlәtlәr tәrәfindәn hökmәn nәzәrә alınır, digәr iştirakçı dövlәtlәr isә bu Konvensiyanın müddәalarını onlar tәrәfindәn qәbul olunmuş hansı әvvәlki düzәlişlәri hökmәn hәyaa keçirirlәr.
Maddә 51.
1. Birlәşmiş Millәtlәr Tәşkilatının Baş katibi dövlәtlәrin Konvensiyanı tәsdiqlәnmәsi vә ya ona qoşulması vaxtı onlar tәrәfindәn irәli sürülmüş qeyd-şәrtlәrin mәtnini alır vә bütün dövlәtlәrә göndәrir.
2. Bu Konvensiyanın mәqsәd vә vәzifәlәri ilә bir araya sığmayan qeyd-şәrtlәr irәli sürülmәsinә yol verilmir.
3. Qeyd-şәrtlәr Birlәşmiş Millәtlәr Tәşkilatının Baş katibinә göndәrilmiş müvafiq xәbәrdarlıq yolu ilә istәnilәn vaxt lәğv edilә bilәr. Sonra Baş katib bu barәdә bütün dövlәtlәrә mәlumat verir. Belә xәbәrdarlıq onu Baş katib aldığı gündәn qüvvәyә minir.
Maddә 52.
Hәr hansı iştirakçı dövlәt bu Konvensiyanı Birlәşmiş Millәtlәr Tәşkilatının Baş katibinә yazılı xәbәrdarlıq göndәrmәk yolu ilә lәğv edә bilәr.
Lәğv etmә Baş katib tәrәfindәn xәbәrdarlıq alındığı vaxtdan bir il keçdikdәn sonra qüvvәyә minir.
Maddә 53.
Birlәşmiş Millәtlәr Tәşkilatının Baş katibi bu Konvensiyanın depozitarisi tәyin edilir.
Maddә 54.
Bu Konvensiyanın әsli saxlanılmaq üçün Birlәşmiş Millәtlәr Tәşkilatının Baş katibinә tәhvil verilir, hәmdә onun ingilis, әrәb, ispan, çin, rus vә fransız dillәrindә olan mәtnlәri eyni qüvvәyә malikdir.
Yuxarıdakıların doğruluğunu tәsdiq etmәk üçün aşağıda imza atmış sәlahiyyәtli nümayәndәlәr- öz hökümәtlәri tәrәfindәn hәmin mәqsәdlә lazımi qaydada vәkil edilmiş nümayәndәlәr bu Konvensiyanı imzaladılar.
1. Qәtnamә217 A (III)
2. Bax. Qәtnamә2200 A (XXI), әlavә
3. Bax. Leage of Nations Official Journal, Special Supplement №21, October 1924, p. 43
4. Qәtnamә 1386 (X) prembulanın üçüncü bәndi.
5. Qәtnamә 41/ 85, әlavә
6. Qәtnamә 40/33, әlavә
7. Qәtnamә 3318 (XXIX). |