Forumda yeni yazılar

Əsas forum

 
Üzvlər üçün giriş
İstifadəçinin adı:
Parol:
qeydiyyat
parolu yada sal

Ana səhifə >> Təhsil Nazirliyi >> Kollegiya qərarının icrası barədə
Kollegiya qərarının icrası barədə

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

"2008-09-cu dərs ilində ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada keçirilmiş imtahanların yekunları və cari dərs ilində qarşıda duran vəzifələr haqqında" Təhsil Nazirliyinin 24.10.2009-cu il tarixli kollegiya qərarının icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1.  "2008-09-cu tədris ilində ümumtəhsil məktəblərində mərkəzləşdirilmiş qaydada keçirilmiş imtahanların yekunları və cari dərs ilində qarşıda duran vəzifələr haqqında" kollegiya qərarı nəzərə alınsın.

2. Aparatın rəhbəri (İ.Pirməmmədov), Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva), Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi (F.Qədirov), Şəhərlər üzrə ümumi təhsil şöbəsi (A.Muradov), Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov), Texniki peşə təhsili şöbəsi (N.Məmmədov) müvafiq rayon (şəhər) təhsil şöbələrinin müdirləri ilə birlikdə:

2.1. Buraxılış imtahanının nəticələrini və yeni dərs ilində qarşıda duran vəzifələri rayon (şəhər) təhsil şöbələrinin təhsilyanı şura iclaslarında geniş müzakirə etsinlər, nəticələri aşağı olmuş məktəblərdə vəziyyətin yaxşılaşdırılması istiqamətində ciddi tədbirlər görsünlər;

2.2. Buraxılış imtahanında şagirdləri daha aşağı nəticə göstərən ümumtəhsil məktəblərinin və peşə liseylərinin rəhbərlərinə ciddi xəbərdarlıq edilməklə bu vəziyyətin davam edəcəyi təqdirdə onların vəzifə məsuliyyətinə baxsınlar.

2.3. çoxsaylı şagirdləri buraxılış imtahanında iştirak etməyən məktəblərdə bunun başvermə səbəblərini araşdırsınlar, nəticəsindən asılı olaraq, məktəb rəhbərləri haqqında müvafiq tədbirlər görsünlər və Təhsil Nazirliyinə hesabat təqdim etsinlər.

3. Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva) və Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsi (İ.Sadıqov) 2009-10-cu dərs ilində əsas və orta təhsil pillələrinin buraxılış sinif şagirdləri və imtahan nəzarətçiləri haqqında müvafiq baza məlumatlarının toplanmasını həyata keçirsin.

4. Monitorinq və qiymətləndirmə şöbəsi (T.Hacıyeva) və Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi (F.Qədirov) imtahanların keçirilməsi üçün zəruri fəaliyyətlərin və təşkilati mexanizmlərin qurulması, onların koordinasiya olunması ilə bağlı təkliflər hazırlasın.

5. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (N.Rzaquliyeva), Gəncə Şəhər Təhsil İdarəsi (M.Əliyev) və bütün rayon (şəhər) təhsil şöbələri əsas və orta təhsil pillələri üzrə buraxılış imtahanlarının keçirildiyi günədək məktəb rəhbərlərinin, müəllimlərin, şagirdlərin və valideynlərin mütəmadi olaraq maarifləndirilməsi işini təşkil etsinlər.

6. Şəhərlər və kənd rayonları üzrə ümumi təhsil şöbələri (A.Muradov, A.Əhmədov) nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün şəhər və rayon təhsil şöbələrinə lazımi kömək göstərsinlər.

7. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) əsas və orta təhsil pillələri üzrə yoxlama və buraxılış imtahan materiallarının çap olunması ilə bağlı smeta sənədlərinin hazırlanmasını təmin etsin.

8. Orta təhsil pilləsi üzrə buraxılış imtahanlarında öz vəzifələrinə məsuliyyətlə yanaşmış, imtahanın keçirilməsi üçün nümunəvi şərait yaratmış aşağıda adları qeyd olunan məktəb rəhbərlərinə təşəkkür elan edilsin:

* Məmmədova Məhbubə Arzuman qızı - Təhsil Nazirliyinin birbaşa tabeliyində olan İ.Hacıyev adına "Tərəqqi" liseyinin direktoru

* Dəmirov Novruz Hüseyn oğlu - Təhsil Nazirliyinin birbaşa tabeliyində olan S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyasının direktoru

* Eynullayeva Səmayə Xankişi qızı - Təhsil Nazirliyinin birbaşa tabeliyində olan "Ankara" məktəb-liseyinin direktoru

* Abbasov Məhəmmədəli Ədil oğlu - Təhsil Nazirliyinin birbaşa tabeliyində olan S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyanın direktoru

* Bağırova Aytən Tahir qızı - Bakı şəhəri 47 nömrəli orta məktəbin direktoru

* Həsənov Qurban Hidayət oğlu - Bakı şəhəri 212 nömrəli orta məktəbin direktoru

* Abdullayeva Sahibə Zahid qızı - Gəncə şəhəri 2 nömrəli orta məktəbin direktoru

* Nadirov Firudin İsmayıl oğlu - Gəncə şəhəri 5 nömrəli orta məktəbin direktoru

* Nəsibov Tahir Alosman oğlu - Sumqayıt şəhəri 10 nömrəli orta məktəbin direktoru

* Babayeva Ofelya Hacıməmməd qızı - Sumqayıt şəhəri 11 nömrəli orta məktəbin direktoru

* Əsgərova Rübabə Sahib qızı - Sumqayıt şəhəri 33 nömrəli orta məktəbin direktoru

* Süleymanova Vəfa İsgəndər qızı - Zaqatala şəhər Zərifə Əliyeva adına məktəb-liseyin direktoru

* Babayev Ələsgər Hacı oğlu - Xaçmaz şəhər 6 nömrəli orta məktəbin direktoru

* Salahova Tünzalə Sabir qızı - Xaçmaz şəhər 9 nömrəli orta məktəbin direktoru

* Almazova Gülüstan Bulud qızı - Hacıqabul şəhər 5 nömrəli orta məktəbin direktoru

* Əsgərova Zeynəb Nüsrət qızı - Hacıqabul şəhər 8 nömrəli orta məktəbin direktoru

* Nəsirov Vüqar Hüseynağa oğlu - Kürdəmir şəhər 1 nömrəli orta məktəbin direktoru

* Musayeva Yavər Mustafa qızı - Quba şəhər 1 nömrəli orta məktəbin direktoru

* Qasımova Elmira Məmmədrza qızı - Quba şəhər 4 nömrəli orta məktəbin direktoru

* Cəbrayılova Fərqanə Həbib qızı - Salyan şəhər 7 nömrəli məktəb-liseyin direktoru

* Nadirova Elminaz Tapdıq qızı - Cəlilabad şəhər 7 nömrəli orta məktəbin direktoru

* Əhmədova Şəhanə Şamil qızı - Lənkəran şəhər 1 nömrəli orta məktəbin direktoru

* Kərimov Sərxan Süleyman oğlu - Lənkəran şəhər 7 nömrəli orta məktəbin direktoru 

* Məşədiyev İsmayıl İsbi oğlu - Oğuz şəhər 1 nömrəli orta məktəbin direktoru

* Rüstəmova Svetlana İlyas qızı - Oğuz şəhər 2 nömrəli orta məktəbin direktoru  

* Soltanov Qəzənfər Ələmdar oğlu - Sabirabad şəhər 1 nömrəli orta məktəbin direktoru

* Abıyev Afər Xasay oğlu - Sabirabad şəhər 4 nömrəli orta məktəbin direktoru  

* Bəşirov Səxavət Kamal oğlu - Yevlax şəhər 7 nömrəli orta məktəbin direktoru

* Məcnunova Mehriban Məcnun qızı - Yevlax şəhər 8 nömrəli orta məktəbin direktoru

9. Orta təhsil kursu üzrə buraxılış imtahanlarında öz vəzifələrinə məsuliyyətlə yanaşmış aşağıda adları qeyd olunan nəzarətçi müəllimlərə təşəkkür elan edilsin:

* Hüseynova Xalidə Səlim qızı - Abşeron rayon Təhsil Şöbəsinin metodisti

* Rüstəmov Rövşən Möhübbət oğlu - Bakı Neft-Energetika Kollecinin şöbə müdiri

* Verdiyev Vüqar Nazim oğlu - Gəncə şəhəri 16 nömrəli orta məktəbin müəllimi

* Ağayeva Məleykə Mirağa qızı - Gəncə şəhəri 25 nömrəli orta məktəbin müəllimi

* Cəfərova Gültəkin Məmməd qızı - Quba şəhər 2 nömrəli orta məktəbin müəllimi

* Hacıyeva Məryəm Malik qızı - Quba rayonu Püstəqasım kənd orta məktəbinin müəllimi

* Süleymanov Seyfulla Şahin oğlu - Zaqatala rayonu Əliabad qəsəbə 3 nömrəli orta məktəbinin müəllimi

* Soltanova Hicran Comərd qızı - Şamaxı şəhər 9 nömrəli orta məktəbin müəllimi

* İsgəndərova Gülzar Ağa qızı - Şamaxı şəhər 9 nömrəli orta məktəbin müəllimi

* Məlikova Şimşad Əlihəsən qızı - Şamaxı şəhər 9 nömrəli orta məktəbin müəllimi

* Qasımova Həcər Mətləb qızı - Füzuli rayonu Horadiz qəsəbə orta məktəbinin müəllimi

* Xudiyeva Rəsmiyyə Cəmil qızı - Füzuli rayonu Babı kənd orta məktəbinin müəllimi

* Kamranzadə ülviyyə İsa qızı - Füzuli rayonu Mollaməhərrəm kənd orta məktəbinin müəllimi

* Şükürova Leyla Qoca qızı - Füzuli rayonu Araz Yağlıvəng kənd orta məktəbinin müəllimi

10. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (N.Rzaquliyeva), Gəncə Şəhər Təhsil İdarəsi (M.Əliyev) və bütün rayon (şəhər) təhsil şöbələri:

10.1. İmtahan prosesində öz vəzifələrinə məsuliyyətsiz yanaşdıqları və ciddi nöqsanlara yol verdikləri üçün adları aşağıda qeyd olunan imtahan nəzarətçilərinə mövcud qanunvericiliyə uyğun intizam tənbehi - sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsinin təmin olunmasını rəsmiləşdirsinlər:

* Əzimova Rəna Əzim qızı - Şamaxı şəhər 1 nömrəli orta məktəbin müəllimi

* Zeynalova Rasimə İsgəndər qızı - Şamaxı şəhər 5 nömrəli orta məktəbin müəllimi

* Hüseynova Arzu Teymur qızı - Şamaxı şəhər 9 nömrəli orta məktəbin müəllimi

* Babayeva Şəhla Ağaməhəmməd qızı- Şamaxı şəhər 9 nömrəli orta məktəbin müəllimi

* Bəşirova Şəfa Nəsib qızı - Naftalan şəhəri 2 nömrəli orta məktəbin müəllimi

* Məmmədova Aynurə Polad qızı - Şəmkir rayonu Dəllər kənd orta məktəbinin müəllimi

* Əliyeva Kifayət İsmayıl qızı - Şəmkir şəhər Nizami adına orta məktəbin müəllimi

* Əhmədova Lilpar Mürsəl qızı - Şəmkir şəhər Nizami adına orta məktəbin müəllimi

* Hüseynova Xəyalə Əmir qızı - Şəmkir şəhər Nərimanov adına orta məktəbin müəllimi

* Məmmədova Əsməgül Məmməd qızı - Şəmkir rayonu Pravda kənd orta məktəbinin müəllimi

* İbadov Əlövsət Nəcəfəli oğlu - Lerik rayonu Anbu kənd orta məktəbinin müəllimi

* Şahbazov Taleh Nəsrullah oğlu - Lerik rayonu Vizəzəmin kənd orta məktəbinin müəllimi

* Hüseynov Zamanxan İmanxan oğlu - Lerik rayonu Xanagah kənd orta məktəbinin müəllimi

* Mehralıyev Faiq Səfərəli oğlu - Ağcabədi şəhər 3 nömrəli orta məktəbinin müəllimi

* Həziyeva Mahirə Sarı qızı - Ağcabədi rayonu Füzuli kənd orta məktəbinin müəllimi

* Hacıyeva Gülnarə Məmmədyar qızı - Ağcabədi rayonu Füzuli kənd orta məktəbinin müəllimi

* Bayramova Zərəngiz Qara qızı - Ağcabədi rayonu Muğanlı kənd orta məktəbinin müəllimi

* Seyidova Təranə Zakir qızı - Ucar şəhər 2 nömrəli orta məktəbin müəllimi

* Məmmədova Fatma Məmməd qızı - Ucar rayon Uşaq yaradıcılıq mərkəzinin dərnək rəhbəri

* İsrayılova Xuraman İslam qızı - Ucar şəhər 2 nömrəli orta məktəbin müəllimi

* Cəfərova Nuriyyə Eldar qızı - Ağcabədi şəhər 4 nömrəli orta məktəbin müəllimi

* Bağırova ülkər Ehtiram qızı - Salyan rayonu Seyidsadıqlı kənd orta məktəbinin müəllimi

* Bədəlov Vüsal Eldar oğlu - Samux rayonu Sərkar kənd orta məktəbinin müəllimi

* Piriyeva Eminə Piralı qızı - İsmayıllı şəhər 1 nömrəli orta məktəbin müəllimi

* Nəzərov Asif Ağakərim oğlu - Cəlilabad şəhər 2 nömrəli orta məktəbin müəllimi

11. Əmrin çoxaldılıb yerlərə göndərilməsi ümumi şöbəyə (İ.Mirzəyev) tapşırılsın.

12. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

13. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayıram.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

16 noyabr 2009-cu il

 

WebMaster.AZ
tərəfindən yaradılıb