Forumda yeni yazılar

Əsas forum

 
Üzvlər üçün giriş
İstifadəçinin adı:
Parol:
qeydiyyat
parolu yada sal

Ana səhifə >> Təhsil Nazirliyi >> Pilot məktəblərinin müəyyənləşdirilməsi haqqında
Pilot məktəblərinin müəyyənləşdirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin «Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)»nın icrası ilə bağlı Nazirliyin Fəaliyyət Planına uyğun olaraq, istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onlarla spesifik iş formalarının müəyyənləşdirilməsi istiqamətində nəzərdə tutulmuş elmi-tədqiqat işlərinin nəticələrinin sınaqdan keçirilməsinə şərait yaratmaq məqsədilə

 

ƏMR EDİRƏM:

 

 

1.   Aşağıdakı müəssisələr pilot məktəblər kimi təsdiq olunsun:

Naxçıvan MR Naxçıvan şəhəri Heydər Əliyev adına məktəb

Naxçıvan MR Ordubad rayonu orta ümumtəhsil internat məktəbi

Bakı şəhəri Yasamal rayonu 158 nömrəli orta məktəb

Bakı şəhəri Səbail rayonu «Klassik gimnaziya»

Bakı şəhəri Qaradağ rayonu Elton İsmayılov adına 253 nömrəli orta məktəb

Bakı şəhəri Nəsimi rayonu İlqar Əbdülhəsənov adına 42 nömrəli orta məktəb

Bakı şəhəri Nizami rayonu Ərəstun Mahmudov adına 220 nömrəli orta məktəb

Bakı şəhəri Nərimanov rayonu Arif Vəliyev adına 258 nömrəli orta məktəb

Bakı şəhəri Xətai rayonu 245 nömrəli orta məktəb

Bakı şəhəri Suraxanı rayonu Ələkbər Eyvazov adına 275 nömrəli orta məktəb

Bakı şəhəri Sabuncu rayonu Nazim İsmayılov adına 80 nömrəli orta məktəb

Bakı şəhəri Əzizbəyov rayonu Rasim Sadıqov adına 136 nömrəli orta məktəb

Bakı şəhəri Binəqədi rayonu Əsəd Əsgərov adına 244 nömrəli orta məktəb

Gəncə şəhəri M.Ə.Sabir adına 5 nömrəli orta məktəb

Sumqayıt şəhəri «Təfəkkür» liseyi

Mingəçevir şəhəri təbiət-riyaziyyat və humanitar fənlər təmayüllü lisey

Əli Bayramlı şəhəri Elçin İmanov adına 10 nömrəli orta məktəb

Naftalan şəhəri İmaməddin Nəsimi adına 1 nömrəli orta məktəb

Goranboy rayonu 2 nömrəli orta məktəb

Bərdə rayonu akademik Z.Əliyeva adına məktəb

Quba rayonu Hikmət Hüseynov adına şəhər 4 nömrəli orta məktəb

Qəbələ rayonu Nicat Ağayev adına şəhər 4 nömrəli orta məktəb

Neftçala rayonu Rafiq Gözəlov adına Xıllı qəsəbə 1 nömrəli orta məktəb

Salyan rayonu Ə.Kürçaylı adına şəhər 7 nömrəli orta məktəb

Tovuz rayonu N.Tusi adına şəhər orta məktəbi

Ucar rayonu Heydər Əliyev adına Qazqumlaq kənd orta məktəbi

Şamaxı rayonu C.Cəbrayılbəyli adına 5 nömrəli orta məktəb

Cəlilabad rayonu şəhər 8 nömrəli orta məktəb

Lənkəran rayonu Vaqif Əliyev adına humanitar təmayüllü 4 nömrəli orta məktəb-lisey

Şəki rayonu fizika-riyaziyyat və humanitar təmayüllü lisey

Ağcabədi rayonu M.F.Axundov adına şəhər 3 nömrəli orta məktəb

Balakən rayonu Qullar kənd 1 nömrəli orta məktəb

2.  Təhsil Problemləri İnstitutu (A.Mehrabov) elmi-tədqiqat işlərinin aparılması və nəticələrin sınaqdan keçirilməsi sahəsində pilot məktəblərin imkanlarından səmərəli istifadə olunmasını təmin etsin, tədqiqatların yekunlarına dair elmi-metodik tövsiyələrin və vəsaitlərin hazırlanması istiqamətində lazımi tədbirlər görsün.

3.  Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, müvafiq rayon (şəhər) təhsil şöbələri pilot məktəblərində elmi-tədqiqat yönümlü tədbirlərin həyata keçirilməsi üçün hərtərəfli şərait yaradılmasını təmin etsinlər.

4.  İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin «Azərbaycan müəllimi» qəzetində və «Təhsil xəbərləri» məcmuəsində dərc olunmasını təmin etsin.

5.   Əmrin icrasına nəzarət nazir müavinləri İ.İsgəndərov və İ.Hüseynovaya həvalə olunsun.  

Misir Mərdanov

 

 

 

WebMaster.AZ
tərəfindən yaradılıb