Forumda yeni yazılar

Əsas forum

 
Üzvlər üçün giriş
İstifadəçinin adı:
Parol:
qeydiyyat
parolu yada sal

Ana səhifə >> Qanunlar >> Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə
Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə

"Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU  

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

I. "Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 16, maddə 697; 1994-cü il, № 15, maddə 176; 1995-ci il, № 17-18, maddə 285; Azərbaycan Respublikasının qanunları, 1996-cı il, № 1; Azərbaycan Respublikasının Qanunvericilik toplusu, 1997-ci il, № 2, maddə 81, № 4, maddə 305, № 5, maddə 356, maddə 378, № 6, maddə 452; 1998-ci il, № 1, maddə 16; 1999-cu il, № 4, maddə 217, № 7, maddə 395; 2001-ci il, № 3, maddə 145, № 12, maddə 731, maddə 736) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1. Qanuna aşağıdakı məzmunda 3-1-ci maddə əlavə edilsin:

"Maddə 3-1. Psixoloji-tibbi-pedaqoji komissiya

Uşaqlarda fiziki çatışmazlıqların, əqli və (və ya) psixi ləngimələrin diaqnostikasının aparılmasını, bunun əsasında onların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul edilməsini, valideynlərinə və ya digər qanuni nümayəndələrinə müvafiq məsləhətlər verilməsini, mübahisəli məsələlərə baxılmasını müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan və daimi fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiya həyata keçirir.

Sağlamlıq imkanları məhdud şəxslərin valideynlərinin və ya digər qanuni nümayəndələrinin psixoloji-tibbi-pedaqoji komissiya tərəfindən aparılan müayinədə və müayinə nəticələrinin müzakirəsində iştirak etmək hüquqları vardır.".

2. 13-cü maddədə:

a) aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

"Uşaqların erkən, habelə sonrakı yaş hədlərində psixoloji-tibbi-pedaqoji müayinəsini aparmaq, inkişaf xüsusiyyətlərini aşkarlamaqla diaqnozunu müəyyənləşdirmək psixoloji-tibbi-pedaqoji komissiyanın vəzifələrindən biridir.";

b) ikinci hissə üçüncü hissə hesab edilsin.

3. 14-2-ci maddədə:

a) maddənin adında "reabilitasiya müəssisələri" sözlərindən sonra "(mərkəzləri)" sözü əlavə edilsin;

b) aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

"Sağlamlıq imkanları məhdud (mürəkkəb və ağır çatışmazlıqları olan) şəxslərin təlimi və (və ya) tərbiyəsi ilə əlaqədar müxtəlif profilli reabilitasiya mərkəzləri yaradılır. Reabilitasiya mərkəzlərinin əsas vəzifəsi həmin şəxslərdə ünsiyyət, özünəxidmət və sadə əmək vərdişlərini formalaşdırmaq, çatışmazlıqların korreksiyasını və fərdi təhsil proqramları üzrə məşğələləri təşkil etməkdir.";

c) üçüncü hissə dördüncü hissə hesab edilsin.

4. 15-ci maddədə:

a) ikinci hissədə "fərdi reabilitasiya proqramına uyğun surətdə" sözləri "psixoloji-tibbi-pedaqoji və ya tibbi-sosial ekspert komissiyasının qərarına əsasən tədris proqramları üzrə məktəbəqədər," sözləri ilə əvəz edilsin;

b) aşağıdakı məzmunda beşinci hissə əlavə edilsin:

"Sağlamlıq imkanları məhdud şəxslərin təhsilinin təşkili qanunvericilik aktları ilə tənzimlənir.".

5. 19-cu maddənin üçüncü hissəsində "reabilitasiya müəssisələrində" sözlərindən sonra "(mərkəzlərində)" sözü əlavə edilsin.

6. 20-ci maddədə "daim qalan" sözləri "uzunmüddətli (21 gündən artıq) olan" sözləri ilə əvəz edilsin.

7. 43-cü maddənin üçüncü hissəsində "reabilitasiya müəssisələrinin" sözlərindən sonra "(mərkəzlərin)" sözü əlavə edilsin.

II. "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik toplusu, 1997-ci il, № 6, maddə 497; 1999-cu il, № 5, maddə 285; 2001-ci il, № 3, maddə 141, maddə 142, maddə 143, maddə 144, № 11, maddə 672, maddə 687, maddə 693) aşağıdakı məzmunda 43-1-ci maddə əlavə edilsin:

"Maddə 43-1. Psixoloji-tibbi-pedaqoji komissiya

Uşaqlarda fiziki çatışmazlıqların, əqli və (və ya) psixi ləngimələrin diaqnostikasının aparılmasını, bunun əsasında onların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul edilməsini, valideynlərinə və ya digər qanuni nümayəndələrinə müvafiq məsləhətlər verilməsini, mübahisəli məsələlərə baxılmasını müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan və daimi fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiya həyata keçirir.

Sağlamlıq imkanları məhdud şəxslərin valideynlərinin və ya digər qanuni nümayəndələrinin psixoloji-tibbi-pedaqoji komissiya tərəfindən aparılan müayinədə və müayinə nəticələrinin müzakirəsində iştirak etmək hüquqları vardır.".

III. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik toplusu, 2000-ci il, № 8, maddə 586; 2001-ci il, № 7, maddə 455) aşağıdakı məzmunda 130.3-cü maddə əlavə edilsin:

"130.3. Tərbiyə müəssisələrində psixoloji-tibbi-pedaqoji komissiyanın rəyində müəyyən edilmiş şərtlərə əməl etməklə sağlamlıq imkanları məhdud məhkumların xüsusi təhsili qanunvericiliklə müəyyən edilmiş qaydada təşkil edilir.".

IV. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 aprel 2002-ci il
              № 314-IIQD

 

 

 

 

 

 

 

 

WebMaster.AZ
tərəfindən yaradılıb