"Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (bundan sonra - xüsusi təhsil) haqqında" Azərbaycan Respublikasının Qanunu
Bu qanun sağlamlıq imkanları məhdud şəxslərin təhsili (bundan sonra - xüsusi təhsil) sahəsində yaranan münasibətləri tənzimləyir, xüsusi təhsilin təşkilatı- hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə
"Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə
Bu Qanun vətəndaşların Azərbaycan Respublikası Kоnstitusiyasında təsbit оlunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edir, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ hüquqi aktların qəbul edilməsində baza rоlunu оynayır. Azərbaycan Respublikasında təhsil dünyəvi və fasiləsiz хarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli priоritet fəaliyyət sahəsidir. Azərbaycan Respublikasında təhsil insan hüquqları haqqında beynəlхalq kоnvensiyalara və Azərbaycan Respublikasının tərəfdar çıхdığı digər beynəlхalq müqavilələrə əsaslanır, təhsil sahəsində milli-mənəvi və ümumbəşəri dəyərlərin priоritetliyi əsasında dünya təhsil sisteminə inteqrasiya оlunaraq inkişaf edir.
Uşaq hüquqları haqqında Azәrbaycan Respublikasının Qanunu
Bu Qanun Azәrbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bәyannamәsinә, Uşaq Hüquqlarına dair Konvensiyaya vә digәr beynәlxalq hüquq normalarına uyğun olaraq Azәrbaycan Respublikasında uşaqların hüquqlarını vә azadlıqlarını, uşaqlar barәsindә dövlәt siyasәtinin әsas prinsiplәrini, onların müdafiәsi sahәsindә dövlәt orqanlarının, digәr hüquqi vә fiziki şәxslәrin vәzifәlәrini müәyyәn edir.
Yaşlıların təhsili haqqında Azərbaycan Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikasında yaşlıların təhsilinin həyata keçirilməsinin təşkilati, hüquqi əsaslarını və əlaqədar subyektlərin hüquq və vəzifələrini müəyyən edir, onlar arasında yaranan münasibətləri tənzimləyir.
Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Bu qanun əhalinin ekoloji təhsili və maarifləndirilməsi ilə bağlı dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir, bu sahədə münasibətləri tənzimləyir.