|
Azərbaycanda internet resurslarının inkişaf etdiyi bir zamanda, ölkəmizin təhsil sisteminin inkişaf etdirilməsi, orta məktəblərin fəaliyyətinin səmərəliliyinin artırılması və onlara lazımi məlumatın çevik şəkildə çatdırılması məqsədi ilə fəaliyyət göstərən internet səhifələr kifayət qədər deyildir. Bu sahədə mövcud çatışmazlığı aradan qaldırmaq və Azərbaycan təhsilinin inkişafına müəyyən köməklik göstərmək üçün yaratdığımız bu portal özündə aşağıdakı bölmələri əks etdirir.
• Xəbərlər
İnformasiya bolluğu şəraitində yaşamağımıza baxmayaraq, bizə lazım olan məlumatın əldə edilməsində bəzən çətinliklərlə qarşılaşırıq. Xəbərlər adlanan bu bölməmizdə Azərbaycanın təhsil sistemində gedən islahatlar, tətbiq olunan yeniliklər, keçirilmiş və ya keçiriləcək tədbirlər, məktəblərin həyatında baş verən önəmli hadisələr haqqındakı məlumatlar maraqlı oxucu kütləsinə daha operativ şəkildə çatdırılacaqdır. Sizə təqdim etdiyimiz hər bir xəbəri forumda müzakirə edə bilərsiniz.
• Qanunvericilik
Bu bölməyə iki hissə daxildir: birincisi- “Hüquqi-normativ sənədlər (qanunlar, əmr və sərəncamlar)”Birinci hissə öz növbəsində aşağıdakı alt-hissələrdən ibarətdir:
1. Konstitusiya
2. Qanunlar
Burada, Azərbaycan Respublikasının Təhsil Qanunu, Ekoloji Təhsil Haqqında Azərbaycan Respublikasının Qanunu, Uşaq Hüquqları Haqqında Azərbaycan Respublikasının Qanunu və s. qanunlar yerləşdirilmişdir.
3. Hüquqi sənədlər
Burada, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərar və sərəncamları, Təhsil Nazirliyinin qəbul etdiyi hüquqi sənədlər yerləsdirilmişdir.
4. Beynəlxalq sənədlər
Burada, Uşaq Hüquqları Konvensiyası yerləşdirilmişdir.
İkincisi- “Təkliflər” bölməsi oxucuların qəbul edilməsi nəzərdə tutulan qanunlara dair təkliflər vermək imkanına malik olmaları üçün daxil edilib. Həmin təkliflərin portal əməkdaşları tərəfindən aidiyyatı orqanlara çatdırılması və ya ekspertlərin müzakirəsinə verilməsi nəzərdə tutulub.
• Fəaliyyətlər
Bu bölmədə dövlət orqanlarının, Qeyri Hökumət Təşkilatlarının və digər təşkilatların təhsil sahəsində olan fəaliyyətləri haqqında məlumatlar yerləşdiriləcəkdir.
• Məktəblər
Bu bölmədə respublikamızın şəhər və rayon məktəbləri haqqında məlumatın, eyni zamanda məktəb nailiyyətləri və məktəbin həyatından bəhs edən fotoqalereyanın yerləşdirilməsi ilə yanaşı məktəblilərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə digər məktəblərdə oxuyan uşaqlarla əlaqə yaratmaq və ünsiyyətdə olmaq üçün “forum” fəaliyyət göstərir.
• Əlaqələr
Bu bölmədə portal istifadəçilərinin müxtəlif qurumlara əlaqə yaratması üçün əlaqə vasitələri yerləşdirilmişdir.
Bu bölmə üç hissədən ibarətdir:
1. Dövlət strukturları
Nazirlər Kabinetinin, Maliyyə Nazirliyinin, Təhsil Nazirliyinin və Təhsil Nazirliyinin tabeliyində olan idarələrin, şəhər və rayon Təhsil şöbələrinin, ünvanları yerləşdirilmişdir.
2. QHT-lər
Xarici və Azərbaycanda təhsillə bağlı fəaliyyət göstərən QHT-lər haqqında məlumat yerləşdirilmişdir, həmin təşkilatların əsas prioritet iş istiqamətləri öz əksini tapmışdır
3. Digər
Ali və orta ixtisas məktəblərinin, məktəbdənkənar təlim-tərbiyə müəssisələrinin, kitabxanaların, müxtəlif kursların ünvanları və ekspertlər barədə məlumatlar yerləşdirilmişdir.
• Kitabxana
Burada təhsil sahəsinin müxtəlif aspektlərini əhatə edən məqalələr, dərs vəsaitləri, treninq materialları, metodik vəsaitlər, təhsil sistemində aparılan çoxşaxəli fəaliyyətlərə dair hesabatlar və digər məsələlərə aid ədəbiyyat nümunələri (kitablar və ya bu kitabların yerləşdiyi kitabxana) haqqında məlumat verilmişdir. Eyni zamanda bəzi kitabların yüklənməsini asanlasdırmaq məqsədi ilə maraqlı kitabların birbaşa kompüterə yüklənmə linki də göstərilmişdir.
• Testlər
Burada məktəblilərin öz biliklərini yoxlamaq üçün bütün siniflər, bu siniflərdə keçirilən fənlərə aid I və II yarımilliyi və hər iki yarımilliyi əhatə edən “qarışıq” test və “sınaq” test sualları yerləşdiriləcəkdir.
• Forum
Bu bölmədə ümumtəhsil məktəblərimizin fəaliyyəti istiqamətində cəmiyyəti maraqlandıran aktual problemlər, xüsusilə məktəblərin idarə olunması və maliyyələşdirilməsi sahələrini əhatə edən mövzular portal istifadəçilərinin geniş müzakirəsinə buraxılacaqdır.
• Bloqlar
Burada hər bir şəxs və ya məktəb özünün bloqunu yarada və idarə edə bilər.
• Vakansiyalar
Bu bölmədə təhsillə bağlı iş yerləri haqqında elanlar yerləşdiriləcək ki, bu da təhsil sistemində işləmək arzusunda olanlara və məktəblərin kadrlara olan ehtiyacını ödəməyə yardımçı olacaqdır.
• Barəmizdə
Burada təşkilatımız və həyata keçirdiyimiz layihələr barədə geniş məlumat yerləşdirilmişdir.
Eyni zamanda səhifəmizdə mütamadi olaraq təhsilin müxtəlif sahələrinə dair sorğular keçirməklə təhsildə olan problemləri öyrənməyi nəzərdə tutmuşuq. |