Forumda yeni yazılar

Əsas forum

 
Üzvlər üçün giriş
İstifadəçinin adı:
Parol:
qeydiyyat
parolu yada sal

Ana səhifə >> Barəmizdə >> “BUTA” HUMANİTAR UŞAQ FONDU
“BUTA” HUMANİTAR UŞAQ FONDU

    “BUTA” Humanitar Uşaq  Fondu (HUF) qeyri-hökumət, humanitar təşkilat olaraq, 1995-ci il 17 iyul tarixdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdır.

     Təşkilatın missiyası qaçqın, məcburi köçkün, əlil və valideynlərini itirmiş uşaqların problemləri və onları əhatə edən  mühitlə  məşğul olmaqdır.

     “BUTA”-nın fəaliyyətinin əsas istiqamətləri Psixo-sosial Reabilitasiya, İcmanın İnkişafı Proqramı, Gənclərin  problemləri, Təhsil, Tədqiqatlar, Valideynlərini itirmiş uşaqlardır.

 ·                    1995-2001-ci illərdə “BUTA” Norvec Qaçqınlar Şurası (NQŞ) tərəfindən maliyyələşdirilən “Qaçqın və məcburi köçkün uşaqların psixo-sosial reabilitasiyası” layihəsi çərçivəsində Sabirabadın, Saatlının çadır şəhərciklərində və Abşeronun (Pirşağı qəsəbəsi) “Qızıl Qum”, ”Gilavar” sanatoriyalarında məskunlaşan Fizuli, Zəngilan, Cəbrayıl, Şuşa, Xocalıdan köçkün düşən və sarsıntı keçirən 1500-dən artıq uşaqların psixo-sosial reabilitasiyasını həyata keçirmişdi. İdman, teatr, musiqi, folklor və təsviri incəsənət vasitələri ilə keçirilən layihənin orijinal psixoreabilitasiya metodikası dünyanın müxtəlif ölkələrinin tanınmış psixoloq və psixiatorlarının diqqət mərkəzinə çevrilmiş və beynəlxalq müstəqil ekspertlər tərəfindən yüksək qiymətləndirilmişdır. Həmin işin nəticəsi də 1996-cı ildə İyerusalim şəhərində keçirilən psixiatorların Ümumdünya Konqresində təqdim olunmuşdur.

     Layihə çərçivəsində 30 nəfərdən ibarət Xocalı və Şuşalı uşaqların  folklor ansamblı Oslo şəhərində mərkəzi televiziyanın birbaşa efirində konsert proqramı ilə çıxış etmişdir.

 ·                       1996-cı ildə “BUTA”  uşaqlar üçün xüsusi proqram çərçivəsində “Tutu” uşaq jurnalını və “Mənim kitabxanam həmişə mənimlə” uşaq nağılları seriyasından kitablar dəstini hazırlamışdır.

 ·                       2001-ci ildə    “BUTA”,  NQŞ (Oslo) və NQŞ (Cenevrə)-nın sifarişi ilə  “Məcburi köçkün uşaqların psixo-sosial reabilitasiyası” adlı metodik vəsaiti azərbaycan, rus və ingilis dillərində nəşr etmişdir.

 ·                       2001-2002-ci illərdə BMT QAK və  NQŞ tərəfindən maliyyələşdirilən “Məcburi köçkün ailələrin kompleks şəkildə məskunlaşdırılması” layihəsi çərçivəsində 137 ailə Biləsuvar rayonunda yerləşən 4 və 6 saylı çadır düşərgələrindən  Fizuli rayonunun “Qayıdış” qəsəbəsinə “BUTA” təşkilatı tərəfindən köçürülmüşdür.

 ·                       2002-2006-cı illərdə “BUTA”  NQŞ ilə birgə BMT QAK-ın maliyyə dəstəyi ilə “İctimai Binaların Bərpası” layihəsi çərçivəsində Sumqayıt şəhərində məcburi köçkün və aztəminatlı ailələrin məskunlaşdığı 24 ictimai binanı tam, 3 binanı qismən bərpa edib və bu binalarda yaşayan icmalarla “İcma İnkişafı və Səfərbərliyi” istiqamətində fəaliyyət göstərmişdir. Layihə çərçivəsində keçirilən təlimlər nəticəsində icmalar  problemlərinin həlli yolunda bacarıqlarını artırmışlar.

 ·                       2003- cü ildə “BUTA”  Dünya Bankı və Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu tərəfindən maliyyələşdirilən Sumqayıt şəhərində məcburi köçkün və aztəminatlı ailələrin yaşadığı icmalarda Gənclər Klubu yaratmışdır. Klubun əsas məqsədi inkişafetdirici təlim və tədbirlərin vasitəsi ilə gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi idi. Kluba 400-dən artıq gənclər cəlb olunmuşdur. Gənclər Klubun fəaliyyətini Gənclər və İdman Nazirliyinin Sumqayıt  bölməsi ilə koordinasiya edirdi.

 ·                       2003-cü ildə “BUTA” CRS-ın  maliyyə dəstəyi ilə Sumqayıt şəhərində məskunlaşan 30 məcburi köçkün və aztəminatlı ailələrin uşaqları  üçün Zaqatala şəhərində “Mən Azərbaycan Vətəndaşıyam” mövzusunda Yay Məktəbi təşkil etmişdir.

 ·                       2003-2004-cü illərdə  “BUTA” Milli Debat Mərkəzi ilə birgə Bakı şəhərinin 189, 220 və 181 saylı məktəblərində Avrasiya Fondu və EKSON  tərəfindən maliyyələşdirilən “Dünyanı dəyişmək istəyirsən özünü dəyiş” layihəsini həyata keçirmişlər. Layihə çərçivəsində “Debat texnologiyaları” və “Sağlam Həyat Tərzi” mövzularında təlimlər, seminarlar və tədbirlər keçirilmişdir.

 ·                       2004-cü ildə “BUTA” BP-nin maliyyə dəstəyi ilə Bakı şəhərinin Qaradağ rayonunda “Şanqar qəsəbəsində ibtidai məktəbin tikintisi və icmanın səfərbərliyi” layihəsini həyata keçirmişdir. Layihə çərçivəsində qəsəbədə ibtidai məktəb tikilmiş və qəsəbənin icması səfərbər olunmuşdur. Layihənin icrası yerli İcra Hakimiyyəti  və Bələdiyyə ilə koordinasiya olunurdu.

 ·                       2004-cü ildə “BUTA” Qızıl Aypara ilə birgə Mingəçevir, Zaqatala, Ucar, Şamaxı, İsmayıllı və Sumqayıtda “İcmanın İnkişafı Proqramı” və “Layihə yazma” mövzusunda treninqlər keçirmişdir.

 ·                       2006-2007-ci illərdə “BUTA” Mərdəkan qəsəbəsinin 2 saylı internatında İtaliyanın “Crescere İnsieme” təşkilatı tərəfindən maliyyələşdirilən «Uşaqların uşaq evlərində psixo-sosial rifahının reabilitasiyası və onların bioloji ailələrə reinteqrasiyası» layihəsini həyata keçirmişdir. Layihənin əsas məqsədi- posttravmatik pozuntuların ifadəsinin korreksiyasına, uşaq evlərində yaşayan uşaqların psixo-sosial inkişafına və bioloji ailələrə reinteqrasiyasına əlverişli şəraitin yaradılmasına yönələn kompleks tədbirlərin keçirilməsi idi.

 ·                       2006-2007-ci illərdə “BUTA” Avrasiya Fondunun maliyyə dəstəyi ilə «Valideynlərin qeyri-formal yığımlarının idarə edilməsi, məktəb büdcəsinin şəffaflığı» layihəsini Bakı şəhərinin 220 saylı orta məktəbində icra etmişdir. Layihənin əsas məqsədi məktəbin idarə olunması prosesinə ictimaiyyəti, o cümlədən valideynləri geniş şəkildə cəlb etmək, büdcə fəaliyyətinin planlaşdırılmasında məktəbin potensialını gücləndirmək idi. Layihənin əsas obyekti valideynlər tərəfindən məktəbə yönələn vəsaitlərin idarə olunması və şəffaflığı idı. Bu layihə çərçivəsində “BUTA” tərəfindən valideynlərlə aparılan müzakirələr, məsləhətləşmələr, treninqlər, sorğular nəticəsində valideynlərin məktəbin idarə olunmasında fəal iştirakı təmin olunmuşdur. Bundan əlavə valideynlər bankda öz adlarına depozit hesab açmışlar və hesaba qoyulan məbləğin faizləri məktəb üçün açılan ümumi hesaba köçürülür. Valideynlər məktəb direktorunun razılığı ilə ümumi hesabda yığılan vəsaitlə məktəbin ehtiyaclarının bir hissəsini ödəyirlər. Bununla əlaqədar 15 kommersiya bankı arasında layihə üçün eksklüziv şərtlərin təqdimatı ilə bağlı sorğu keçirilmişdir. Alınan təkliflər arasında ən maraqlısı depozit hesaba qoyulan əmanətin minimum məbləğinə məhdudiyyət qoymayan  “Atrabank” tərəfindən təqdim edilmişdir. Nəticədə bu gün “Atrabank” SC-də “Gələcəyin məktəbi” adlı depozit növü fəaliyyət göstərir.

 ·                       2007-ci ildə “BUTA”  Avrasiya Fondunun maliyyə dəstəyi ilə “Məktəbin idarə olunması və inkişafında ictimai komponentin rolunun artırılması” layihəsini həyata keçirmişdir. Layihə çərçivəsində “Gələcəyin məktəbi” adlı təhsil portalı yaradılmışdır. Portalda təhsil sahəsində baş verən yeniliklər, keçirilmiş və ya keçiriləcək yeni layihələr, tədbirlər, çap olunan məqalələr, nəşr olunan kitablar və s. haqqında məlumatlar; təhsil ilə bağlı qanunlar, fərmanlar, sərəncamlar və s. normativ sənədlər;  Azərbaycanın şəhər və rayon məktəblərinin verdikləri məlumat  əsasında məktəblər haqqında məlumatlar yerləşdirməklə yanaşı məktəblərdə keçirilən tədbirlər, foto-şəkillər, şagirdlərin nailiyyətlərini əks etdirən göstəricilər də öz əksini tapır. Bundan əlavə portalda Dövlət strukturları, Azərbaycanda təhsil sahəsində fəaliyyət göstərən  QHT-lər, Beynəlxalq təşkilatlar, təhsil problemləri ilə məşğul olan digər təşkilatlar və ekspertlər barədə məlumatlar yerləşdirilmişdir. Həmçinin istifadəçilərə təhsil sahəsində, xüsusilə də məktəbin idarə olunması ilə bağlı onları maraqlandıran  məsələləri müzakirəyə çıxarıb, problemlərin həlli yollarını axtarmaq imkanı yaradılır.

 ·                       2008-ci ildə “BUTA” Avrasiya Fondunun maliyyə dəstəyi ilə “Azərbaycanın orta məktəblərində əks-mərkəzləşdirilmiş  maliyyə idarəçiliyinin inkişafı” layihəsini Dünya Bankının Əli-Bayramlı şəhərindəki 14 pilot məktəbində həyata keçirmişdir. Layihənin əsas məqsədi pilot məktəblərində məktəb büdcəsinin formalaşması və ona nəzarət prosesində məktəbin potensialının gücləndirilməsi və məktəbin idarə olunmasında ictimaiyyətin iştirakının artırılması olmuşdur.

 ·                       2008-ci ildə “BUTA” “Media Servis” MMC-nin maliyyə dəstəyi ilə Bakı şəhərinin Bilgə qəsəbəsində yerləşən “Qocalar evinin bərpası” layihəsini həyata keçirmişdir. Nəticədə Qocalar evinin 36 nəfərlik yaşayış korpusunun əsaslı təmiri aparılmış və avadanlıqla təmin olunmuşdur.

 ·                       2002-ci ildən “BUTA” fəaliyyət göstərən CRİNGO - Qafqaz Bölgəsində Qaçqın və Məcburi Köçkünlərlə işləyən QHT-lər Şəbəkəsinin Koordinasiya Şurasının üzvüdür.

 

WebMaster.AZ
tərəfindən yaradılıb