Forumda yeni yazılar

Əsas forum

 
Üzvlər üçün giriş
İstifadəçinin adı:
Parol:
qeydiyyat
parolu yada sal

Ana səhifə >> Ədəbiyyat >> Töhfətül-Iraqeyn
Töhfətül-Iraqeyn

Annotasiya:

 Şərq aləminin ən böyük şair və filosoflarından biri Əfzələddin İbrahim ibn Əli Xaqani Şirvani təxminən 1126-cı ildə Şirvanşahlar dövlətinin paytaxtı Şamaxı şəhərində anadan olub. Şamaxı Azərbaycanın şimalında yerləşirdi. Xaqanini fars poeziyasının klassiki Sənainin ardıcılı hesab edənlər çox vaxt onun adına "Bədil" ("Varis") ləğəbini də qoşurlar.

 İbrahimin atası Əli Nəccar ibn Osman Şirvani dülgər, babası Osman isə toxucu idi. smanın atasının adı İbrahim olmuşdu. Şairin əmisi Ömər Kafiəddin oğlunu Osman adlandırmış, onun qardaşı Əli Nəccar isə oğluna babasının adını qoymuşdu. Azərbaycanda bu yolla adqoyma ənənəsi bu gün də davam edir. Özünün sadə mənşəyindən danışanda Xaqani həmişə Bibliya patriarxı Moiseyi (İbrahim) misal gətirir, belə ki, adları eyni olmaqdan savayı Moisey də dülgər oğlu olmuşdu. İbrahimin anası xristian-nestorian Rəbiyə xanım aşpaz idi. O, Şirvana gətirilmiş əsir kənizlərdən idi.

 İbrahim həmişə atasına hörmətlə yanaşır, onu öz əsərlərində xoş sözlərlə xatırlayır. Lakin hansısa səbəblər üzündən atasının onları atdığı və İbrahimə əmisi Ömər Kafiəddinin tərbiyə verdiyi məlumdur. Ömər Kafiəddin öz dövrünün görkəmli şəxslərindən sayılırdı. Bir alim kimi onun şöhrəti Azərbaycandan uzaqlara yayılmışdı. O, bir neçə dil bilir, fəlsəfə, ilahiyyat, riyaziyyat, təbabət, əzcaşünaslıq elmlərinə dərindən bələd idi. Ömər Kafiədiin mədrəsədə dərs deyirdi. Azərbaycanda təbabətin inkişafında onun xidmətləri daha böyükdür. 0, Şamaxı yaxınlığında, Məlhəm adlanan yerdə Tibb Akademiyası yaratmış və müalicə təcrübəsi, dərman hazırlığı və həkim kadrların yetişdirilməsi üçün təbabət elminin bilicilərini buraya dəvət etmişdi. Gözəl həkim, cərrah və farmokoloq olan Kafiəddin müalicə zamanı kif göbələyinin ondan artıq növündən istifadə edirdi (hal-hazırda kif göbələkləri antibiotiklər istehsalında istifadə olunur).

 Kiçik İbrahimin təhsili ərəb əlifbasının, hüsnxətt qaydalarının mənimsənilməsindən və "Qur'an"ın mütaliəsindən başlanır. Sonra ona dövrün adətincə, ilahiyyat, dilçilik, riyaziyyat, astronomiya və astrologiyanı tədris edirlər. Xaqaninin tərbiyə olunmasında Kafiəddinin oğlu Vəhidəddin Osman da böyük kömək göstərir. Osman ensiklopedik biliyə malik həkim, əczaçı və cərrah idi. Bundan başqa o həm də istedadlı musiqiçi və musiqişünas idi. O, musiqi nəzəriyyəsini yaxşı bilir və müasir orqanın ələfi" sayılan ərqənun alətində ustalıqla çalırdı. Ehtimal ki, İbrahim musiqi təhsilini ondan alıb.
 Xaqani 1199-cu ildə Təbrizdə rəhmətə gedir və şəhərin yaxınlığında Surxab adlanan yerdə sonradan "şairlər qəbristanlığı" ("məqbərətüşşüəra") adı ilə məşhurlaşan qəbristanlıqda dəfn olunur. Hələ sağlığında İran və Azərbaycan poeziyasının klassikinə çevrilmiş Şəhriyarın ölümündən sonra 1981-ci ildə burada nəhəng bir muzey-məqbərə tikilmişdir. hal-hazırda orada Şəhriyarın adı ilə yanaşı Xaqaninin və bir çox başqa şair və mütəfəkkirlərin adlarına rast gəlmək mümkündür.

 Orta əsr təzkirəçilərinin göstərdiklərinə görə, Xaqaninin ölümünə dahi Nizami də mərsiyə yazıb. O, burada böyük üzüntü ilə bildirir ki, həmişə öz ölümünə Xaqaninin mərsiyə yazmasını arzulayıb, ancaq tale elə gətirib ki, o, Xaqaninin ölümünə mərsiyə yazmalı olub.

 Kitabı yüklə

 

WebMaster.AZ
tərəfindən yaradılıb