|
Qubad İbadoğlu, İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri
Azərbaycan kimi orta təhsil sistemi məcburi olan və ali təhsil sitemi həm də fiskal mərkəzləşdirmə prinsipi ilə idarə olunan ölkələrdə təhsil xərcləri sosial yönümlü büdcəinin ən böyük xərcini götürür. 2007-2009-cu illər üzrə Azərbaycan Respublikasının büdcə xərclərinin təhlili göstərir ki, ümumi büdcə xərclərinin 9-11%-i, sosial məqsədlərlə ayrılmış büdcənin isə 42-45%-i yalnız təhsil xərclərinin payına düşür. 2007-2008-ci illər ərzində dövlətdən maliyyələşən təhsil xərcləri ÜDM-un 2.6-2.7%-ni təşkil edib. 2009-cu ildə isə bu göstəricinin artaraq 3.09%-ə çatacağı proqnozlaşdırılır. Bu xərc maddəsi üzrə illik artım tempi 2007 və 2008-ci illərdə 50%-dən yuxarı olsa da, 2009-cu ildə təhsil xərclərin artım tempi 2 dəfə aşağı düşərək 24.3% təşkil edib. Lakin bununla yanaşı 2009-cu ilin proqnoz dövlət büdcəsində təhsil xərcləri investiya xərclərindən sonra üstün xüsusi çəkiyə malik olaraq, büdcə xərcləri aasında ikinci böyük xərc maddəsi kimi qərarlaşıb. Ümumiyyətlə isə təhsil xərcləri son illər ərzində sürətli artım tempinə malik olub. Belə ki, 2003-cü illə müqayisədə 2008-ci ildə təhsil xərclərinin artım tempi 5 dəfədən də çox olmuşdur. Həmin baza ilini hal hazırkı, 2009-cu il üzrə proqnoz göstəriciləri ilə müqayisə etsək bu artımın 7 dəfəyədək təşkil edir. Bu artım sürəti təhlil olunan dövr ərzində sosial yönümlü büdcənin artım sürətində həmişə üstün olmuşdur.
Azərbaycanda təhsil xərclərinin 2009-cu il üzrə proqnoz büdcəsinin təhsil xərclərinin ÜDM-də payı 3 faiz təşkil edir. Müqayisə üçün qeyd edək ki, 2007-ci ilin yekunları üzrə, Avropa Birliyinin 27 dövləti üzrə müvafiq göstərici 5,03 faiz təşkil edib. Azərbaycanla müqayisəyə gələn Mərkəzi və Şərqi Avropa ölkələrindən Litva (5,06%), Macarıstan (5,45%), Polşa (5,47%) və Sloveniyanın (5,83%) göstəricisi Avropa Birliyinin orta göstəricisindən yuxarı, Rumınıya (3,48%), Slovakiya (3,85%), Çexiya (4,25%), Bolqarıstan (4,51%), Estoniya (4,87 %), Litvanın (4,95%) göstəricisi Avropa Birliyinin orta göstəricisindən aşağı olub. Göründüyü kimi, Mərkəzi və Şərqi Avropanın ən aşağı göstəricinə malik olan ölkəsində də 2007-ci il üzrə dövlətin təhsil xərclərinin ÜDM-də payı Azərbaycanın bu ilki göstəricisindən belə yüksəkdir.
Təhsil xərclərinin funksional strukturuna (i) məktəbəqədər və ibtidai təhsil, (ii) natamam və orta təhsil, (iii) internat və xüsusi məktəblər, (iv) texniki-peşə məktəbləri və liseylər, (v) ali təhsil, (vi) təhsil sahəsində tətbiqi tədqiqatlar və (vii) təhsil sahəsində digər xidmətlər kimi bəndlər daxildir.
Təhsil xərclərinin funksional strukturu təşkil edən ayrı-ayrı bəndlərin ümumi təhsil xərclərində payı
Cədvəl 1.
|
Xərcin adı |
Ümumi təhsil xərclərində payı |
|
2007 |
2008 |
2009 |
|
Cəmi |
100.00% |
100.00% |
100.00% |
|
Məktəbəqədər və İbtidai Təhsil |
6.86% |
6.32% |
6.60% |
|
Natamam və Orta Təhsil |
60.71% |
51.36% |
56.63% |
|
İnternat və Xüsusi Məktəblər |
3.81% |
3.44% |
3.62% |
|
Texniki – Peşə Məktəbləri və Liseylər |
5.17% |
4.61% |
4.73% |
|
Ali Təhsil |
7.95% |
8.87% |
10.58% |
|
Təhsil Sahəsində Tətbiqi Tədqiqatlar |
0.30% |
0.33% |
0.31% |
|
Təhsil Sahəsində Digər Xidmətlər |
15.20% |
25.07% |
17.54% |
2007-2009-cu illər üzrə təhsil xərclərinin təhlili göstərir ki, bu bölmənin funksional strukturunu təşkil edən bəndlərdən məktəbəqədər ibtidai təhsil, natamam və orta təhsil, internat və xüsusi məktəblər, eləcə də texniki-peşə məktəblər və liseylərə ayrılan vəsaitlərin ümumi təhsil xərclərində payı 2007-ci illə müqayisədə 2008-ci ildə azalsa da, 2009-cu ilin dövlət büdcəsində bu xərclərin payı artmışdır. Bunun əksinə olaraq, təhsil sahəsində tətbiqi tədqiqatlar və təhsil sahəsində digər xidmətlərlə bağlı xərclərin payı ümumi təhsil xərclərində 2007-ci illə müqayisədə 2008-ci ildə artsa da, 2009-cu ilin dövlət büdcəsində bu xərclərin payının azalmışdır. Təhsil xərclərinin funksional təhlili zamanı nəzərə çarpan məqamlardan biri də ali təhsil xərclərinin ümumi təhsil xərclərində payının davamlı şəkildə artmasıdır ki, bu da ali təhsilin ümumi təhsil xərclərində və təhsil siyasətində daha da prioritet qazandığını göstərir.
Bununla yanaşı 2007-2009-cu illər üzrə təhsil xərclərinin funksional strukturunun təhlili göstərir ki, bu bəndlərin əksəriyyəti üzrə davamlı artım və ya azalma tendensiyası müşahidə olunmur. Burdan da təhsil xərclərinin ayrı-ayrı funksional istiqamətləri üzrə prioritetlərin ciddi şəkildə dəyişmədiyini qənaətinə gəlmək olar. Bu isə daha çox vəsaitin uşaqların təhsilinə ayrıldığını demək olar. Belə ki, məktəbəqədər və natamam təhsillə birlikdə natamam və orta təhsilə ümumi təhsil büdcəinin 63 faizindən çoxunun xərclənməsi nəzərdə tutulub. İnternat və xüsusi məktəblərə ayrılan vəsaitləri də nəzərə alsaq məlum olacaq ki, təhsil büdcəsinin 2/3 –i uşaqların məktəbəqədər və orta təhsilinə yönəldilir
2007-2009-cu illər üzrə ümumi təhsil xərclərinin ən böyük hissəsi natamam və orta təhsil xərclərinin payına düşür. Azərbaycan Respublikası Təhsil Nazirliyinin sərəncamında olan natamam və orta təhsillə bağlı ayrılmış vəsaitlər 2009-cu il dövlət büdcəsində ümumi təhsil xərclərinin 56.63%-ni təşkil edir. 2007-ci ilin faktiki büdcə xərcləri ilə müqayisədə 2009-cu il üçün bu bənd üzrə ayrılmış xərclər 74.45%, 2008-ci ilin gözlənilən icrası ilə müqayisədə isə 37.07% artmışdır:
2009-cu il üçün təklif olunan dövlət büdcəsində funksional baxımdan bu xərc maddəsi 2 əsas istiqamətə - (i) natamam təhsil (8.33%) və (ii) orta təhsil (91.67%) – ayrılır. Bu bənd üzrə xərclərin daha böyük hissəsini təşkil edən orta təhsil xərclərinin 2009-cu il dövlət büdcəsində nəzərdə tutulan məbləği (702 004 608 manat) 2007-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 75.53%, 2008-ci ilin müvafiq göstəricisi ilə müqayisədə isə 38.51% çoxdur. İqtisadi baxımdan natamam və orta təhsil xərcləri aşağıdakı kimi bölünür:
2009-cu il üzrə təhsil xərclərinə ayrılmış vəsaitin 84.39%-i (1 141 179 484 manat) Təhsil Nazirliyinin sərəcncamına veriləcək. 2007-2008-ci illərin müvafiq göstəricilərinin təhlili göstərir ki, ümumi təhsil xərclərində Təhsil Nazirliyinin sərəncamında olan xərclərin payı 2007-ci ildə 90.59%, 2008-ci ildə isə 78.55% olmuşdur. Ümumi təhsil xərclərində Təhsil Nazirliyinə düşən hissənin ötən 2 il ərzində azalıb və yenidən artmasına baxmayaraq, bu bənd üzrə ayrılan vəsaitlər bir qayda olaraq artırmışdır. Belə ki, 2009-cu il nazirliyin sərəncamına verilən xərclər 2007-ci illə müqayisədə 74.24% və 2008-ci illə müqayisədə 33.55% artmışdır:
Təhsil xərcləri iqtisadi təsnifat baxımdan aşağıdakı tərkib elementlərinə bölünür:
Təhsil xərclərinin iqtisadi sturukturu
Cədvəl 2.
|
Xərcin adı |
2009-cu il layihə (mantla) |
Xərc maddəsində payı |
|
Təhsil xərclərinin cəmi |
1352196405 |
100.00% |
|
Əməyin ödənişi |
1031178464 |
76.26% |
|
Malların (işlərinvə xidmətlərin) satınalınması |
152328671 |
11.27% |
|
Təqaüdlər və sosial müavinətlər |
48073219 |
3.56% |
|
Digər xərclər |
106794911 |
7.90% |
|
Qeyri - maliyyə aktivlərinin alınması |
38211401 |
1.02% |
Təhsil xərclərinin iqtisadi təsnifatı göstərir ki, bu sahəyə ayrılan xərclərin əsas hissəsini (76.26%) “Əməyin ödənişi” ilə bağlı xərclər təşkil etmişdir və 2007-2009-cu illər ərzində ən çox artım da məhz bu xərc maddəsində baş vermişdir:
2007-2009-cu ill doğrudan da neft gəlirləri hesabına büdcənin təhsil xərcləri ildən ilə artır, amma təhlillər göstərir ki, uşaqların təhsilə çıxış imkanları hələ də məhdud olaraq qalır, təhsil büdcəsinin artım sürəti ilə təhsilin keyfiyyət göstəriciləri mütənasiblik təşkil etmir. Çünki, büdcə gəlirlərinin və adekvat olaraq xərcləmələrinin ildən ilə genişləndiyi şəraitdə uşaqların təhsil xidmətləri ilə təmin səviyyəsini və onun keyfiyyətini xarakterizə edən göstəricilər pisləşməkdə davam edir. Bu tendensiyanı təsvir etmək üçün statistik təhlilə müraciət edək.
Əvvala qeyd edək ki, 2007/2008-ci tədris ilində Azərbaycanda təhsil alan şagirdlərin sayi 1 milyon 724 min 744 nəfər olub ki, onlardan da 1 milyon 490 min 152 nəfəri ümumtəhsil məktəblərində təhsil alıblar. Umumiyyətlə, 2000-2007-ci illər üzrə təhsilin vəziyyətini xarakterizə edən başlıca kəmiyyət göstəriciləri aşağıdakı cədvəldəki kimi olub.
Təhsilin əsas göstəriciləri
Cədvəl 3.
|
|
2000 |
2002 |
2003 |
2004 |
2005
|
2006 |
2007 |
|
Məktəbəqədər müəssisələrin sayı (ilin sonuna) - cəmi |
1790 |
1784
|
1780 |
1761
|
1764
|
1760
|
1658
|
|
o cümlədən: |
|
|
|
|
|
|
|
|
Məktəbəqədər müəssisələrdə uşaqların sayı - cəmi, nəfər |
111020
|
111467
|
110891
|
110081
|
110017
|
109458
|
103902
|
|
Uşaqların məktəbəqədər müəssisələr ilə təminatı (1-5 yaşlı əhalinin sayına nisbətən, faizlə)
|
16.9
|
19.4
|
19.9
|
19.6
|
19.1
|
18.2
|
16.3
|
|
Gündüz ümumtəhsil məktəblərinin sayı - cəmi |
4548
|
4542
|
4553
|
4544
|
4550
|
4529
|
4555
|
|
Gündüz ümumtəhsil məktəblərində şagirdlərin sayı - cəmi, nəfər |
1653703
|
1691562
|
1680424
|
1631567
|
1583628
|
1534580
|
1487477
|
|
Ümumtəhsil məktəblərində müəllimlərin sayı (əvəzçilərsiz) - cəmi, nəfər
|
161492
|
165215
|
169398
|
169565
|
171788
|
175423
|
176344
|
|
Peşə məktəblərinin və peşə liseylərinin sayı (ilin sonuna) |
110
|
109
|
110
|
110
|
107
|
107
|
107
|
|
Peşə məktəblərində və peşə liseylərində şagirdlərin sayı, nəfər |
22944
|
20753
|
21677
|
21563
|
22189
|
23813
|
24455
|
|
Orta ixtisas təhsil müəssisələrinin sayı - cəmi |
71
|
58
|
60
|
59
|
60
|
60
|
60
|
|
Orta ixtisas təhsil müəssisələrində tələbələrin sayı - cəmi, nəfər
|
42612
|
51410
|
53694
|
55794
|
57896
|
56872
|
53489
|
|
Əhalinin hər 10000 nəfərinə orta ixtisas təhsil müəssisələri tərəfindən buraxılan mütəxəssislərin sayı
|
14
|
16
|
19
|
18
|
19
|
20
|
20
|
|
Ali məktəblərin sayı - cəmi |
43
|
41
|
42
|
42
|
42
|
42
|
42
|
|
o cümlədən:
|
|
|
|
|
|
|
|
|
dövlət |
25
|
26
|
27
|
27
|
27
|
28
|
283)
|
|
qeyri-dövlət
|
18
|
15
|
15
|
15
|
15
|
14
|
14
|
|
Ali məktəblərdə tələbələrin sayı - cəmi, nəfər
|
119683
|
120039
|
121535
|
127248
|
129948
|
129141
|
130430
|
|
o cümlədən: |
|
|
|
|
|
|
|
|
dövlət
|
91019
|
101676
|
104009
|
106020
|
105997
|
106882
|
108238
|
|
qeyri-dövlət
|
28664
|
18363
|
17526
|
21228
|
23951
|
22259
|
22192
|
|
Əhalinin hər 10000 nəfərinə ali məktəblər tərəfindən buraxılan mütəxəssislərin sayı - cəmi, nəfər bakalavr - cəmi, nəfər
|
31
|
35
|
35
|
38
|
39
|
34
|
37
|
2007-ci ilin yekunlarını xarakterizə edən bu kəmiyyət göstəricilərinin və həmin ilin faktiki təhsil büdcəsi əsasında bəzi hesablamalar və təhlillər aparaq. İlk növbədə qedy edək ki, aparılmış hesablamalar göstərir ki, həmin ilə 1 şagirdə düşən orta təhsil xərci il ərzində 420 manat təşkil edir. Bu isə 2007-ci ilin dövlət büdcəsindən hər şağirdin təhsili üçün ay ərzində 35 manat xərclənməsi deməkdir. Son illər bu sahədə aparılmış digər tədqiqatlar[1] göstərir ki, şağirdlərin təhsilinə rəsmi və qeyri-rəsmi ödənişlər də ildən ilə artır. Belə ki, İqtisadi Tədqiqatlar Mərkəzinin 3000 ev təsərrüfatı arasında keçirdiyi sorğunun nəticələr göstərir ki, son təhsil ilində valideynlər orta hesabla 1 şagirdə görə təhsil müssisələrinə 13,17 manat rəsmi olaraq qeyri rəsmi olaraq 14,03 manat, ümumilikdə isə 27,22 manat vəsait ödəyirlər. Bundan əlavə ki, eyni dövrdə əlaə olaraq uniformalara, idman geyimlərinə, dərs və tədris vəsaitlərinə görə ödəniş 29,02 manat təşkil edir ki, bu da bütövlükdə 1 uşağın yalnız məktəblə bağlı xərclərinin 56,24 manata bərabər olduğunu deməyə əsas verir. Nəzərə alanda ki, hazırda ümum ümumtəhsil məktəblərində 1,5 milyon nəfərə yaxın şağird oxuyur. Onda rəsmi və qeyri-rəsmi olaraq valideynlərin şagirdləri təhsili üçün ödənişlərinin məbləği 85 milyon manata qədər vəsait edir.
Bununla yanaşı İTM tərəfindən aparılan ev təsərrüfatlarının büdcə müayinəsi göstərdi ki, valideynlər son 4 həftədə təhsil müəssisələrinə yol xərci, yataqxanada qalmaq, yemək və cib xərcliyi üçün nə 9.44 manat ödəyiblər. Bu isə ayda təxminən 10, ildə isə 120 manat təşkil edir. Bu halda hər bir valideynin 1 şagirdə görə təhsillə bağlı illik xərci 176,24 manata, aylıq xərci isə 14,68 manata bərabər olur. Qeyd edək ki, bura uşaqların yemək, geyim, tibb və yaşayışla əlaqəli digər xərcləri daxil deyildir. Statistika göstərir ki, ötən il ərzində sosial müavinət təyin olunan uşaqlı ailələrin sayı ökə üzrə 23481 olub ki, həmin ailələrdə də bir nəfərə düşən orta aylıq məbləğ 6,43 manat təşkil edib. Göründüyü kimi, bu vəsait təhsil üçün tələb olunan xərclərin cəmisi 43,8 faizinə çatır.
Bütün bunlarlardan əlavə hazırda valideynlərin uşaqlarının təhsilinə görə əsas ödənişini onların məktəbdən sonra yuxarı sinif şagirdləri üçün hazırlıq məqsədilə müəllimlərə ödənişləri təşkil edir. Lakin bütün bunlara baxmayaraq, Azərbaycanda təhsilin keyfiyyətini xarakterizə edən göstəricilər ildən ilə aşağı düşür. Belə ki, 2009/2010-cu tədris ilində ali məktəblərə qəbul və eləcə də orta məktəblərdə buraxılış imtahanlarının nəticələri təhsil sahəsində keyfiyyət göstəicilərinin əvvəlki dövrlərlə müqayisədə aşağı düçdüyündən xəbər verir. Belə ki, 2009-2010-cu tədris ili üçün ali məktəblərin 1-ci ixtisas qrupu üzrə abituriyentlərin (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə imtahan verənlər nəzərə alınmadan) 35,8 faizi, 2-ci ixtisas qrupu üzrə 24,4 faizi, 3-ci ixtisas qrupu üzrə 25,5 faizi, 4-cü ixtisas qrupu üzrə 49,2 faizi 100-dən aşağı bal toplayıb. İlkin məlumatlara görə, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə imtahan verənlər də nəzərə alınmaqla 1-ci və 4-cü ixtisas qrupu üzrə abituriyentlərin 70 faizindən, 3-cü ixtisas qrupu üzrə isə 60 fazindən çoxu 200-dən az bal toplayıb. Dörd qrup üzrə ümumiləşdirilmiş nəticə isə belə olmuşdur: bütün abituriyentlərin 62,8 faizi 200-dən az, 4 faizi isə 500-dən çox bal toplaya bilib. Məlumat üçün deyim ki, bu, son 5 ildə əldə olunan ən pis nəticədir. Məlumatların illər üzrə dinamikası da bunu təsdiqləyir: 200-dən az bal toplayan abituriyentlərin ümumi iştirakçılarda payı 2005-ci ildə 62 faiz (500-dən çox bal toplayanlar 4,4%), 2006-cı ildə 62,7 faiz (500-dən çox 4,8%), 2007-ci ildə 60,2 faiz (4,6%), 2008-ci ildə isə 56,4 faiz (4,2%). Bu əvvəlki illərlə müqayisədə ən aşağı göstərici hesab olunur. Bundan əvvəl isə orta təhsil məktəblərində buraxılış imtahanlarının nəticələri üzrə imtahanlara qatılan 23 faizədək şağirdin orta məktəb bitirmək haqqında müvafiq sənədə (attestata) yiyələnə bilməməsi onu deməyə əsas verir ki, əslində, hətta attestata yiyələnən 77 faiz orta məktəb məzunun 62,8 faizi ali məktəbə müsabiqə üçün tələb olunan minumum keçid balını belə toplaya bilməyib. Statistika göstərir ki, bunun əsas səbəblərindən biri uşaqların əksəriyyətinin təhsildən yayınmasıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq etdiyi 2008-2015-ci illər üzrə yoxsulluğun azaldılması və davamlı inkişaf proqramında da tam orta təhsil üzrə xalis təhsil əmsalının 50 faizdən də aşağı olduğu göstərilib. Bu əmsal tam orta təhsil pilləsi üzrə faktiki təhsil alan uyğun yaşlı (15-17 yaş) uşaqların 9-11-ci siniflərdə oxumalı həmin yaşdan bütün uşaqlara nisbətini ifadə edir. Bu o deməkdir ki, natamam orta təhsil pilləsindən texniki-peşə və orta ixtisas məktəblərinə daxil olanları nəzərə almasaq, birinci sinfə qəbul olan uşaqların azı üçdə biri 11 sinfi başa vura bilmir. Müqayisə üçün qeyd edək müvafiq göstərici Latviyada 81, Litvada 89,7, Estoniyada 86,8, Polşada 94,4, Macarıstanda 87,6, Çexiyada 94,5, Rumıniyada 81 və Bolqarıstanda 82 faiz təşkil edib.[2] Baxmayaraq ki, Azərbaycan rəsmi və qeyri rəsmi mənbələr hesabına təhsilə yönələn vəsaitlərin həcminə görə bu ölkələrdən heç də ciddi fərqlərlə geridə qalmır.
Müxtəlif nüfuzlu beynəlxalq qurumların apardığı qiymətləndirmələr, onların reytinq cədvəllərindəki Azərbaycanda uşaqların təhsilinin vəziyyəti yaxşı görsənmir. Belə ki, Dünya İqtisadi Forumunun 2008-2009-cu illər üzrə hazırladığı qlobal rəqabət qabiliyyətliliyinə dair hesabatda müxtəlif təhsil göstəricilərinə görə Azərbaycanın reytinqinə diqqət yetirək. Ölkəmiz 134 ölkə arasında təhsil sisteminin keyfiyyətinə görə 78-ci, natamam orta təhsillə əhatə səviyyəsinə görə 82-ci, riyaziyyat və təbiət elmlərinin tədrisinin keyfiyyətinə görə 92-ci, tam orta təhsillə əhatə səviyyəsinə görə 95-ci, məktəb menecmentinin keyfiyyətinə görə119-cu yerlərdə qərarlaşıb.
YUNESKO-nun Statistika İnstitutunun 2008-ci il üzrə təhsil inkişafı indeksi[3] əsasında tərtib olunmuş reytinq cədvəlində Azərbaycan 129 ölkə arasında 58-ci yeri tutur. Bu siyahıda keçmiş sovet respublikalarından Qazaxıstan, Belarus, Estoniya, Latviya, Litva, Gürcüstan, Qırğızıstan, Moldova və Ermənistan Azərbaycanı qabaqlayır. Təhsil inkişafı indeksi 4 vacib əmsal əsasında hesablanıb. Bura ibtidai təhsillə əhatə səviyyəsi, əhalinin savadlılıq səviyyəsi və ən azı 5-ci sinfədək oxuyanların xüsusi çəkisi daxildir.
Nəhayət, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının «Şagird Nailiyyətlərinin qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram»ı[4] çərçivəsində 2006-cı ildə keçirilən sonuncu testdə ölkəmiz 57 dövlət arasında 55-ci nəticəni göstərib. Bu proqram 15 yaşlı şagirdlərin riyaziyyat və təbiət fənləri üzrə biliklərini yoxlayır.
Azərbaycan höküməti təhsil büdcəsinin genişlənməsi, təhsil müəssislərinin infrastrukturunun yaxşılaşdırılması məqsədilə büdcədən və digər mənbələrdən hər il milyardlarla vəsait xərcləyir. Dövlət Proqramının qəbulundan ötən beş il ərzində 1600 yeni təhsil müəssisəsi və ayrı-ayrı təhsil müəssisələri üçün əlavə korpuslar tikilib istifadəyə verilmişdir. Regionlarda 636 yeni məktəb tikilmiş, 192 məktəb əsaslı təmir olunmuş, ayrı-ayrı məktəblərdə 243 yeni sinif otağı tikilib istifadəyə verilmişdir. Yalnız Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində ötən müddətdə 238 məktəb binası tikilmiş, 39 təhsil müəssisəsi, o cümlədən 28 internat məktəbi əsaslı təmir olunmuş, 8 uşaq bağçası bərpa edilmiş, müasir avadanlıqlarla təmin olunmuşdur.[5]
Bu istiqamətdə qoyuluşların artmasına baxmayaraq uşaqların xüsusilə də məktəbəqər müəssisələrlə təminat səviyyəsi problem olaraq qalır. İTM tərəfindən aparılan ev təsərrüfatlarının büdcə müayinəsinin nəticələri göstərir ki, rəyi soruşulanlan ailələrin 93 faizində uşaqlar məktəbəqədr təhsil müəssisələrinə getmirlər. Məkəbəqədər təhsil müəsissəsinə uşağını göndərən ev təsərrüfatları yaşadığı ərazidə ən yaxın məktəbəqədər təhsil müəssisəsinə getmək üçün orta hesabla 18 dəqiqə vaxt sərf etməli olur. Hansı səbəbə uşaqlar məktəbəqədər təhsil müəsissəsinə getmirlər sualına isə rəyi soruşulanların 36 faizi yaşadığı ərazidə məktəbəqədər təhsil müəsissəsinin olmadığını, 23 faizi isə onun xeyli uzaqda yerləşdiyini, 15 faizi övladımı işsız ev təsərrüfatı üzvünün və 12 faizi isə övladımı ev təsərrüfatının yaşlı üzvünün yanında qoyuram cavablarını veriblər.(bax: diaqram 8-ə).
İTM-in apardığı tədqiqatlar göstərir ki, sorğuya cəlb olunan ev təsərrüfatlarının 80 faizindən çoxu məktəbəqədər təhsil müəssisəsinin keyfiyyətdən əsasən orta və yaxşı səviyyədə razı qalmışlar. Məlumat üçün qeyd edək ki, rəsmi statistik məlumatlara görə Azərbaycanda 2007-ci ildə 1658 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib və həmin müəssisələrdə 103902 nəfər uşaq təhsil alırdı. Həmin ilə olan göstəriciyə görə 1658 məktəbəqədər təhsil müəsissəsinin yalnız 5-i özəl olub, lakin sonradan bu tip sosial müəsissələrin özəlləşdirilməsi ilə bağlı prezident fərmanından sonra onların fəaliyyətdə olanlarının arasında özəl müəsissələrin sayı azalmış və bəziləri isə fəaliyyətini dayandırmış və yaxud da profilinin dəyişdimişdir. Bu müəsissələrin mülkiyyət mənsubiyyətindəki dəyişiklik nəticəsində xüsusilə də özəl məktəbəqədər təhsil müəsissələrinfə ödəniş xərcləri kəskin surətdə artırılmışdır.
Bu ildən icrasına başlanan 2008-2015-ci illər üzrə yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə dövlət proqramında qeyd olunur ki, qarşıdakı illәrdә tәhsil sahәsindә hәyata keçirilәcәk işlәr onun strukturunun vә mәzmununun yenilәşmәsinә istiqamәtlәnәcәkdir. Ölkәdә bütün әhali tәbәqәlәri üçün müasir tәlәblәr sәviyyәsindә qurulmuş tәhsil xidmәtlәrinin göstәrilmәsini tәmin edә bilәcәk maddi-texniki vә tәdris-metodiki şәraitin yaradılması vә bu zәmindә tәhsil sisteminin yüksәk sosial-iqtisadi sәmәrәliliyinә nail olunması dövlәtin sosial siyasәtindә әsas yer tutur. Eyni zamanda, ölkәdә rәqabәt qabiliyyәtli iqtisadi sistemin formalaşdırılması vә davamlı inkişafın tәmin edilmәsi baxımından müasir tәlәblәrә cavab verәn kadrlara ehtiyacın ödәnilmәsi, gәnclәrin ümumbәşәri dәyәrlәr әsasında layiqli ali tәhsil almaları üçün lazımi şәraitin yaradılması, dünyanın aparıcı ölkәlәrindә tәhsil almaq imkanlarının genişlәndirilmәsi prosesinin mütәşәkkilliyi vә sәmәrәliliyinin artırılmasını tәmin etmәk prioritet olacaqdır. Bu mәqsәdlәrә nailolmaq üçün qarşıdakı illәrdә aşağıdakı tәdbirlәr hәyata keçirilәcәkdir:
-
tәhsilin mәzmununun müasirlәşdirilmәsi, onun keyfiyyәtinin artırılması;
-
yeni mәktәblәrin inşası, mәktәblәrin texniki vә kadr tәminatının yaxşılaşdırılması;
-
tәhsil müәssisәlәrinin informasiya-kommunikasiya üzrә maddi-texniki bazasının tәkmillәşdirilmәsi, kompyuter avadanlığı vә digәr zәruri rәqәmsal avadanlıqla tәminatının yaxşılaşdırılması;
-
şagirdlәrin pulsuz dәrsliklәrlә tәmin edilmәsi vә mәktәb kitabxanalarının fәaliyyәtinin tәkmillәşdirilmәsi;
-
әhalinin bütün tәbәqәlәri üçün tәhsil almaq imkanlarının bәrabәrlәşdirilmәsi;
-
xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları mәhdud) uşaqların tәhsilinin yaxşılaşdırılması;
-
mәktәbәqәdәr tәhsil sahәsindә islahatların sürәtlәndirilmәsi, belә tәhsil müәssisәlәri şәbәkәsinin optimallaşdırılması, maddi-texniki bazasının möhkәmlәndirilmәsi vә ehtiyac duyulan şәhәr, kәnd vә qәsәbәlәrdә müasir sәviyyәdә yeni mәktәbәqәdәr müәssisәlәrin yaradılması;
-
peşә vә ali tәhsil sistemindә islahatların güclәndirilmәsi, o cümlәdәn kadr hazırlığının әmәk bazarına uyğunlaşdırılması.
Bu proqramın tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində atılan addımlar hələ ki ciddi nəticələri ortalığa qoymayıb.
Nəticə
Azərbaycan Respublikasının dövlət büdcəsində 2007-2009-cu illər üzrə təhsil xərclərin təhlili göstərir ki, bu məqsədlərlə ayrılan dövlət vəsaitlərinin məbləği ilbəil artsa da hökumətin mövcud təhsil proqramları artım templərinə adekvat olaraq effekt vermir. Araşdırmalar göstərdi ki, təhsil xərclərin səmərəliliyini artırmaq üçün bu məbləğlərin səmərəli bölgüsünü təşkil etmək zəruridir. Çünki, 2007-2009-cu illər üzrə isə Azərbaycan Respublikasının büdcəsində təhsil xərclərin təhlili göstərir ki, bu ayrılan vəsaitlərin böyük əksəriyyəti insan kapitalının müxtəlif formalarda inkişafına deyil, sadəcə cari xərclərin, xüsusilə də əmək haqqlarının ödənilməsinə yönəldilir. Bununla yanaşı, bəzi xərclərin funksional elementləri arasında da vəsaitlərin səmərəli bölgüsünü təşkil etmək vacibdir. Eyni zamanda təhsil xərclərinin düzgün bölüşdürülməməsi nəticəsində uşaqların məktəbəqədər təhsil müəsissəsi ilə təminat səviyyəsində ciddi problemlər müşahidə olunur. Belə ki, İTM tərəfindən aparılan ev təsərrüfatlarının büdcə müayinəsinin nəticələri göstərir ki, rəyi soruşulanlan ailələrin 93 faizində uşaqlar məktəbəqədr təhsil müəssisələrinə getmirlər. Məkəbəqədər təhsil müəsissəsinə uşağını göndərən ev təsərrüfatları yaşadığı ərazidə ən yaxın məktəbəqədər təhsil müəssisəsinə getmək üçün orta hesabla 18 dəqiqə vaxt sərf etməli olur. Hansı səbəbə uşaqlar məktəbəqədər təhsil müəsissəsinə getmirlər sualına isə rəyi soruşulanların 36 faizi yaşadığı ərazidə məktəbəqədər təhsil müəsissəsinin olmadığını, 23 faizi isə onun xeyli uzaqda yerləşdiyini, 15 faizi övladını işsız və 12 faizi isə yaşlı ev təsərrüfatı üzvünün yanında qoyuram cavablarını veriblər. Bu isə 1-5 yaşlı uşaqların məktəbəqədər təhsil müəssisələri ilə bağlı rəsmi statiatik məlumatların (16.3 faiz) 2 dəfədən çox mövcud gerçəklikdən uzaq olduğunu təsdiq edir. Bu eyni zamanda 2009-cu il üzrə dövlət büdcəsindən məktəbəqədər təhsil müəssisələrinin saxlanılması üçün 77,3 milyon manatın səmərəli istifadə edilməməsinin göstəricisi sayıla bilər. Çünki, bu vəsaitin 40,8 milyon manatının və ya 52 faizə qədərinin əməyin ödənilməsinə yönəldilməsi də onu göstərir ki, məktəbəqədər təhsil müəssisələri üçün ayrılan büdcə vəsaiti daha çox istehlak xərclərinə yönəldilir.
Hazırda Milli Məclisdə müzakirəsi başlanan 2010-cu ilin dövlət büdcəsinin parametrlərinə görə, gələn təhsilə ayrılan vəsaitlər bu illə müqayisədə 5,6% az olacaq və bu məktəbəqədər və ibtidai təhsil xərclərinin 1,7%, natamam və orta təhsil xərclərinin 9%, ali təhsil xərclərinin 3,1% və təhsil sahəsindəki digər xidmətlərin xərclərinin 1% ixtisarı hesabına baş verəcək. Xüsusilə də natamam və orta təhsil xərclərinin 2010-cu ildə 2009-cu ilə nisbətən 9 faiz azalacağı xeyli narahatçılıq yarada bilər. Bu onsuz da Mərkəzi və Şərqi Avropa ölkələri ilə müqayisədə şagirdbaşına düşən təhsil göstəricilərinin görə geridə qalan Azərbaycanın müvafiq göstəricisini daha da pisləşdirir. Azərbaycaninin bəzi pilot məktəblərinə maliyyə mütəqilliyinin verilməsi və onların maliyyələşməsinin şagirdbaşına maliyyələşmə formulası əsasında aparılmasını nəzərdə tutan təşəbbüslərin reallaşdırılmasındakı mövcud problemlər bu istiqamətin də perspektivini sual altına qoyur.
Tədqiqatın nəticələrini ümümiləşdirirərkən aşağıdakı problemlər diqqəti cəlb edir.
-
Dövlət büdcəsinin təhsil xərclərinin iqtisadi komponentləri və funksional elementləri arasında vəsaitlərin bölgüsü səmərəsiz aparılır və bu da uşaqların təhsil büdcəsindən yararlanması imkanlarını azaldır;
-
Uşaqların təhsilinə dövlət qayğısı dövlət büdcəsini təhsil xərclərinin artım tempinə adekvat deyildir;
-
Uşaqların yaşayış minimumunun dəyərinin sürətlə bahalaşması, eləcə də təhsildə qeyri-rəsmi yığımların çoxalması təhsilə dövlət maliyyə yardımının səmərəliliyini aşağı salır;
-
Uşaqlı ailələrdə sosial vəziyyətinin daha da pisləşməsi, yoxsulluğu dərinləşməsi təhsilin inkişaf göstəricilərini təhlükə altına alır.
-
2010-cu ilin büdcəsində təhsil xərclərinin, xüsusilə də natamam və orta təhsil xərclərinin bu illə müqayisədə azaldılması təhsilin maliyyələşdirilməsi sahəsində vəziyyəti daha da pisləşdirir;
-
Pilot qaydasında məktəblərə maliyyə mütəqilliyinin verilməsi və onların maliyyələşməsinin şagirdbaşına maliyyələşmə formulası əsasında aparılması proqramının reallaşdırılmasında müşahidə olunan mövcud çətinliklər təhsilin maliyyələşdirilməsi sahəsində yeni keyfiyyət dəyişikliklərinə keçidi perspektivlərini şübhə altına alır.
[1] Elmina Kazımzadə, Valideynlərin qeyri-rəsmi ödənişləri:məktəb yardım və yaxud…, Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzi, Bakı, 2008.
[2] European Commission Education and Traning GD: “Progress towards the Lisbon objectives 2010 on education and traning”
[3] The EFA Development Index
[4] Programme for International Student Assessment - PISA
[5] http://www.mediaforum.az/files/2009/04/16/101148926_0.doc
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”
|