Forumda yeni yazılar

Əsas forum

 
Üzvlər üçün giriş
İstifadəçinin adı:
Parol:
qeydiyyat
parolu yada sal

Ana səhifə >> Hesabatlar >> "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı"nın icrası ilə bağlı görülmüş işlər
"Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı"nın icrası ilə bağlı görülmüş işlər

Azərbaycan Respublikası Prezidentinin 15 iyun 1999-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı"nın icrası ilə bağlı görülmüş işlər.  

 

I MƏRHƏLƏ

 

1. Təhsil sisteminin yeni normativ-hüquqi iqtisadi və informasiya bazasının yaradılması istiqamətində:  

·                    Təhsil Nazirliyi tərəfindən mövcud normativ-hüquqi bazanın təhlilini aparmaq məqsədilə 160 nəfərdən ibarət 16 işçi qrupu yaradılmışdır. İşçi qrupları tərəfindən təhsil sisteminin bütün pillələrini əhatə edən normativ-hüquqi sənədlər təhlil olunmuş, yaradılması zəruri olan normativ sənədlərin siyahısı müəyyənləşdirilmişdir. Buna müvafiq olaraq 150-dən artıq sənəd hazırlanmışdır. Onların əksəriyyəti təsdiq olunmuşdur. 

·                    Yeni Təhsil Qanunu layihəsinin hazırlanmasında Təhsil Nazirliyinin əməkdaşları yaxından iştirak etmişdir. O cümlədən digər Qanun layihələri ("Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında", "Dövlət Gənclər Siyasəti haqqında", "Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında", "Uşaq hüquqları haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" Azərbaycan Respublikası Qanunları) və bunlara uyğun hazırlanmış "Gənc ailə", "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi", "Bədən tərbiyəsi və idmanın inkişafı haqqında", "Uşaqların təlim-tərbiyəsinin yaxşılaşdırılması və hüquqlarının qorunması haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə", "Cənubi Qafqazda Narkotiklərə Nəzarət", "Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair" Dövlət Proqramları) müvafiq təkliflər verilmişdir.  1999-cu ildə ümumi orta təhsilin dövlət standartları və bazis tədris planı təsdiq edilmiş, həmin bazis tədris planının əsasında ümumtəhsil məktəbləri üçün 1999-2005-cü illəri əhatə edən işçi tədris planları hazırlanıb təsdiq olunmuşdur.  

·                    Ali və orta ixtisas təhsilinin Dövlət Standartları və buna müvafiq olaraq bütün istiqamətlər (ixtisaslar) üzrə baza təhsil proqramları hazırlanıb təsdiq edilmişdir.

·                    Təhsil sisteminin idarə olunmasının demokratikləşdirilməsi modelinin yaradılması istiqamətində Ümumi təhsil sahəsi üzrə bəzi rəhbər kadrların (məktəb direktoru və s.) təyin olunması, ali və orta ixtisas təhsili müəssisələrində strukturun müəyyənləşdirilməsi, ümumi təhsil müəssisələrində pedaqoji kadrların seçilib yerləşdirilməsi səlahiyyətləri və digər bu kimi tədbirlər əksmərkəzləşmə prinsipi əsas götürülməklə yerlərə verilmiş, ictimai idarəetməni gücləndirmək məqsədilə ümumtəhsil məktəblərində məktəb şuraları yaradılmış, təhsil müəssisələrində pedaqoji və elmi şuraların statusu artırılmış, ümumtəhsil məktəblərində valideyn komitələrinin rolu gücləndirilmiş, məktəb-valideyn əməkdaşlığının yeni modeli əsasında "Valideyn-Müəllim Assosiasiyaları" təşkil edilmişdir. 

·                    Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli Fərmanı ilə 6 aparıcı ali məktəbə (BDU, ADNA, ATU, ADİU, NDU, AKTA) özünüidarəetmə hüququ verilmişdir.  

·                    Təhsil müəssisələrinin fəaliyyətinin monitorinq və qiymətləndirilməsinin müasir mexanizmlərinin yaradılması istiqamətində uğurlu addımlar atılmış, bu məqsədlə Bakı şəhərində eksperimentlər aparılmış, bununla bağlı müvafiq sənədlər hazırlanmışdır.   

·                    Müəssisələrin fəaliyyəti ilə yanaşı, təhsilalanların da fəaliyyətinin qiymətləndirilməsi üzrə müasir modelin yaradılması istiqamətində görüləcək işlər Dünya Bankının II Kredit Sazişi Proqramına daxil edilmişdir. Buna uyğun olaraq Nazirliyin strukturunda yeni qurum - "Şagird nailiyyətlərinin qiymətləndirilməsi" şöbəsi yaradılmışdır.   

·                    Ümumtəhsil və ali məktəblərdə şagird və tələbələrin eksperiment qaydasında biliyinin qiymətləndirilməsinin çoxballı sisteminə keçilmişdir.   

·                    Təhsil Nazirliyi tərəfindən təhsil islahatının 10 illik strategiyası hazırlanmış, prioritet istiqamətlər müəyyənləşdirilmiş, hər bir istiqamət üzrə tədbirlər dəqiqləşdirilmiş və tələb olunacaq maliyyə vəsaiti hesablanmışdır. 

·                    Dünyanın ABŞ, Fransa, İngiltərə, Almaniya, Yaponiya, Türkiyə və Çin kimi aparıcı dövlətləri, o cümlədən bir sıra nüfuzlu beynəlxalq təşkilatları ilə aparılan səmərəli əməkdaşlığın nəticəsi olaraq Azərbaycanın təhsil müəssisələrinin təmiri, yenidən qurulması, müvafiq avadanlıqlarla təchiz edilməsi və yeni məktəb binalarının tikilməsi işinə milyonlarla ABŞ dolları həcmində əvəzsiz vəsait cəlb olunmuşdur.   

·                    Son illər Təhsil Nazirliyi ilə Yaponiyanın Azərbaycandakı səfirliyi arasında sıx əməkdaşlıq münasibətləri yaranmış, "Ot kökləri" qrant Proqramı çərçivəsində Yaponiya Hökuməti tərəfindən təhsil sahəsində bir sıra layihələr həyata keçirilmiş, 2000-2004-cü illərdə Azərbaycanın müxtəlif regionlarında 4020 yerlik 20 yeni ümumtəhsil məktəbi tikilib istifadəyə verilmişdir. 

2. Bütün növ və tiplərdən olan təlim-tərbiyə müəssisələrinin inkişafının təmin edilməsi və yeni tipli təhsil müəssisələrinin, mərkəzlərin, komplekslərin təşkili istiqamətində: 

·                    Azərbaycan Prezidentinin "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsili) haqqında" 19 iyul 2001-ci il tarixli, 540 nömrəli Fərmanı öz humanist mahiyyəti və vətəndaşların təhsil hüququnun qorunmasında müstəsna əhəmiyyətinə görə ümumi təhsil sistemində ötən illərin mühüm hadisəsi olmuşdur. Fərmanın icrası ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsəsan, 9 adda normativ-hüquqi sənəd hazırlanıb hökumət tərəfindən təsdiq olunmuş, respublikanın bütün rayon (şəhər) təhsil şöbələri nəzdində yeni əsasnaməyə uyğun psixoloji-tibbi-pedaqoji komissiyalar yaradılmışdır. 

·                    Ölkə Prezidentinin "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" 30 avqust 1999-cu il tarixli, 188 nömrəli Fərmanının yerinə yetirilməsi ilə əlaqədar Bakının Suraxanı və Nəsimi rayonlarında uşaq evi, Quba rayonunun Zərdabi qəsəbəsində xüsusi internat məktəb açılmışdır. 

·                    "Odlar Yurdu", "Qərb", "Xəzər" kimi özəl universitetlərin nəzdində ümumtəhsil məktəbləri, Müasir Təhsil Kompleksi, "XXI əsr" və sair kimi özəl ümumtəhsil məktəbləri yaradılmışdır. Bununla yanaşı, Türkiyənin Azərbaycanda fəaliyyət göstərən "ÇAĞ-Öyrətim" Mərkəzinin Bakı şəhərində və respublikanın ayrı-ayrı bölgələrində 11 lisey və onların filiallarının fəaliyyətinə lisenziya verilmişdir. 

·                    1999-cu ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə texniki peşə və orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin təkmilləşdirilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir. Aparılan təhlillər nəticəsində bir bölgədə yerləşən eyni profilli təhsil müəssisələrinin bəzi ixtisaslar üzrə kadr hazırlığında paralelçiliyə və artıq maliyyə məsrəflərinə yol verildiyi, bir profilli orta ixtisas təhsili müəssisələrinin əksəriyyətinin yerləşdikləri bölgənin ixtisaslı kadrlara olan tələbatını heç də tam ödəmədikləri nəzərə alınaraq müəssisələrin şəbəkəsinin təkmilləşdirilməsinə dair Azərbaycan hökuməti qarşısında vəsatət qaldırılmışdır. Həmin vəsatətə uyğun olaraq, Nazirlər Kabinetinin "Orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin təkmilləşdirilməsi haqqında" 26 avqust 2002-ci il tarixli sərəncamına müvafiq olaraq texniki peşə və orta ixtisas təhsili müəssisələrinin şəbəkəsi optimallaşdırılmış, yeni tipli müəssisələr yaradılmışdır. 

·                    Ölkə Prezidentinin "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" 13 iyun 2000-ci il tarixli fərmanına uyğun olaraq, bəzi nazirliklərin və dövlət qurumlarının tabeliyindəki ali təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verilmiş, respublikada fəaliyyət göstərən bütün ali və orta ixtisas təhsili müəssisələrinin filialları ləğv edilmişdir.  

·                    Eyni zamanda bir sıra yeni ali məktəblər yaradılmış, bəzi ali təhsil müəssisələrinin statusu artırılmış və profilləri dəyişdirilərək universitetlərə çevrilmişdir. Belə ki, Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dövlət, profilləri genişləndirilməklə Azərbaycan Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Dillər İnstitutunun bazasında Azərbaycan Dillər, Gəncə Dövlət Pedaqoji İnstitutunun bazasında Gəncə Dövlət, Azərbaycan Texnologiya İnstitutunun bazasında Azərbaycan Texnologiya, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun bazasında Azərbaycan Memarlıq və İnşaat Universitetləri yaradılmışdır.  

·                    Hər il ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun yekunları Təhsil Nazirliyi ilə TQDK-nın birgə keçirdiyi kollegiyada müzakirə olunur. Qəbul prosesinin təkmilləşdirilməsi ilə bağlı təkliflər verilir. Bu təklifləri hazırlamaq üçün Təhsil Nazirliyi və TQDK mütəxəssislərindən ibarət işçi qrupu yaradılmışdır. Təkliflərin əksəriyyəti növbəti ilin tələbə qəbulunda nəzərə alınır. Belə ki, test imtahanlarında 4 fənni əhatə edən "ümumi fənlər bölümü"nün daxil edilməsi, test sualları ilə fənn proqramları arasındakı uyğunsuzluğu aradan qaldırmaq məqsədilə Nazirliyin Elmi-metodik şurasının müvafiq bölmələrinin rəhbərləri TQDK-da uyğun fənlər üzrə ilboyu fəaliyyət göstərən seminarların rəhbərləri təyin olunması və s. belə təkliflərdəndir.  

·                    2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Təhsil Problemləri üzrə Elmi-Metodik Mərkəz və Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun bazasında Azərbaycan Təhsil Problemləri İnstitutu yaradılmışdır.  

·                    Təhsil sisteminin idarəetmə strukturlarının təkmilləşdirilməsi, onlara daxil olan ümumtəhsil, peşə-ixtisas təhsili, təhsili idarəetmə orqanlarının şəbəkəsi optimallaşdırılır. Bu iş davam etdirilir. 

3. Tədris sisteminin varisliyini təmin edən elmi, tədris-metodiki əsasların və təşkilati mexanizmin yaradılması istiqamətində:  

·                    "2000-2005-ci illərdə Azərbaycan Respublikasının təhsil sistemində tərbiyə işinin inkişaf proqramı" hazırlanmış və Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq olunmuşdur.  

·                    "Respublika uşaq birliyi rəhbərləri məktəbində ölkəmizin bütün ümumtəhsil

 məktəblərində çalışan həmin kateqoriyadan olan işçilər üçün xüsusi hazırlanmış proqramlar əsasında kadrların hazırlanması, yenidənhazırlanması və ixtisaslarının artırılması tədbirləri həyata keçirilir. Bu təhsil proqramları mütəmadi olaraq təkmilləşdirilir və müasir tələblərə cavab verən məzmunla uyğunlaşdırılır.

·                    Orta məktəb məzunlarının bilik, bacarıq və vərdişlərinin qiymətləndirilməsi üçün yeni yekun attestasiya formasının müəyyənləşdirilərək tətbiq olunması barədə məktəb rəhbərləri, müəllim və valideynlərin, ictimaiyyətin rəyi öyrənildikdən sonra 1998/1999-cu dərs ilindən etibarən XI (XII) siniflər üzrə buraxılış imtahanlarının test üsulu əsasında keçirilməsi ilə reallaşmışdır.   

4. Kadr hazırlığı, təminatı, ixtisasartırma və yenidənhazırlanmanın təşkilati   mexanizminin  yaradılması istiqamətində: 

 ·                    Təhsil sahəsi üzrə rəhbər kadrların zəruri biliklərə yiyələnməsinin, onlara qanunvericilik aktlarının şərh edilməsi və yeni mexanizmlərin mənimsədilməsinin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistratura pilləsində təhsilin təşkili və idarə olunması üzrə kadr hazırlığı proqramı hazırlanıb təsdiq olunmuşdur.

·                    Azərbaycan Müəllimlər İnstitutunun rəhbər kadrlar üzrə müvafiq kafedrasının potensialından istifadə edilərək təhsilin idarə edilməsi sahəsində fəaliyyət göstərənlərin yeni biliklərə yiyələnməsi üçün seminar-lektoriyalar, Bakı şəhərindəki bütün ümumtəhsil məktəblərinin, həmçinin məktəbəqədər uşaq tərbiyə müəssisələrinin rəhbərləri üçün xüsusi metodikanın tətbiqi ilə qısamüddətli təlim, ABŞ və Fransa təhsil sistemində formalaşmış təcrübədən istifadə olunaraq respublikada ilk dəfə yeni iqtisadi şəraitdə fəaliyyət göstərə biləcək təhsil menecerləri hazırlayan xüsusi təlim kursları təşkil edilmişdir. 

·                    1998-2000-ci illər ərzində Azərbaycan Müəllimlər İnstitutunda 2638 nəfər rəhbər işçi ixtisasartırma təhsilinə cəlb olunmuş, "Öyrədənlərin öyrədilməsi" adlı 8 kurs təşkil edilmişdir. Təhsil Nazirliyi mərkəzi aparatının, ixtisasartırma institutlarının və təhsil şöbələrinin əməkdaşlarını əhatə edən ixtisasartırma tədbirlərində bu cür təhsildə Fransa, ABŞ, Almaniya, Macarıstan və Polşadan dəvət olunan alim və mütəxəssislər xüsusi stajkeçmə proqramları əsasında mühazirələr oxumuş, dinləyicilərə müvafiq sertifikatlar verilmişdir. 

·                    Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda 2000-ci ildə rəhbər təhsil işçiləri üçün 4 dəfə həftəlik seminarlar təşkil olunmuşdur. Seminarlarda 104 nəfər rəhbər təhsil işçisi, o cümlədən Nazirliyin idarə və şöbə rəisləri, məktəb direktorları iştirak etmişlər. Bu tədbirlər ABŞ, Fransa və Almaniya dövlətlərinin Azərbaycandakı səfirliklərinin nümayəndələri tərəfindən həyata keçirilmişdir. 

·                    Təhsil Nazirliyi sisteminə daxil olan təhsil müəssisələrində çalışan kadrların uçotunun aparılması və Nazirlik çərçivəsində vahid informasiya bankının yaradılması üçün Bakı Kompüter Kolleci ilə birlikdə "Kadr tərkibi" informasiya-axtarış sistemi üzrə kompüter proqramı işlənib hazırlanmış, ayrıca bir tədris müəssisəsi üçün sistemin imkanları müəyyənləşdirilmiş, mütəxəssislərin iştirakı ilə geniş müzakirə edilərək bəyənilmişdir. 

·                    Təhsil sisteminin pedaqoji və sənaye sahələri işçilərinin ixtisasartırma və yenidənhazırlanma kursları xüsusi tərtib olunmuş cədvəllər əsasında müvafiq olaraq AMİ-də və onun regionlarda fəaliyyət göstərən filiallarında, BPKİA və YH institutunda, ali təhsil müəssisələrində fəaliyyət göstərən ixtisasartırma və yenidənhazırlanma fakültələrində, eləcə də ADNA-nın nəzdində fəaliyyət göstərən sənaye işçilərinin ixtisasartırması və yenidən hazırlanması institutunda həyata keçirilir.

·                    Respublika iqtisadiyyatının yeni sahələrini ixtisaslı kadrlarla təmin etmək məqsədilə xüsusi tədbirlər planına uyğun olaraq vergi, büdcə, idarəetmə, əhaliyə servis xidməti sahələri üzrə ali və orta ixtisas məktəblərində müvafiq ixtisaslar (Gömrük işinin təşkili, Gömrük ekspertizası, Maliyyə və gömrük hüququ, Biznesin təşkili və idarə olunması və s.) üzrə mütəxəssis hazırlığına başlanılmışdır.    

·                    5. Təhsil sisteminin məlumat bankının və biliklər bazasının təşkilini təmin edən mexanizmin yaradılması istiqamətində:  

·                    1998-ci ildən başlayaraq 150 nəfərdən artıq təhsil işçisi təcrübə mübadiləsi aparmaq, beynəlxalq forumlarda və konfranslarda Azərbaycanı təmsil etmək, qarşılıqlı əməkdaşlıq üçün zəmin hazırlamaq, təhsil sahəsində əməkdaşlıq haqqında protokollar imzalamaq və s. məqsədlərlə Təhsil Nazirliyinin xətti ilə Rusiya Federasiyası, Belarus, İrlandiya, ABŞ, Yunanıstan, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Avstriya, Qazaxıstan, Gürcüstan, Türkiyə, Özbəkistan, Macarıstan, Ukrayna, İran, Misir, Mərakeş, Hollandiya, Tailand, Seneqal, Polşa, Belçika, Bolqarıstan, Çin Xalq Respublikasına təcrübə mübadiləsi və xidməti səfərlərə göndərilmişdir.  

·                    Xarici ölkələrdə təcrübə mübadiləsində olmuş hər bir təhsil işçisinin hesabatı Nazirliyin mütəmadi olaraq keçirdiyi seminarlarda müzakirə edilmiş, onların verdikləri təkliflərdən Azərbaycanda təhsil problemlərinin həllində istifadə olunmuşdur.

6. Təhsil sisteminin idarə olunmasında səlahiyyətlərin bölüşdürülməsi, idarəetmənin demokratikləşdirilməsi mexanizminin yaradılması:  

·                    Təhsil sahəsində qarşıya qoyulan əsas vəzifələrdən biri də onun idarə olunmasının təkmilləşdirilməsi, həmin istiqamətdə məqsədyönlü tədqiqatların aparılmasıdır. Bu məqsədlə ağırlıq mərkəzinin yerlərə ötürülməsi, təhsil menecerlərinin hazırlanması, beynəlxalq təcrübə və müasir mexanizmlərin yerli şəraitə uyğunlaşdırılması, təlim-tərbiyə müəssisələrinin müstəqilliyinin təmin olunması, yerli idarəetmə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, idarəetmə funksiyalarının təkmilləşdirilməsi və s. sahələr üzrə müəyyən tədbirlər görülmüş, perspektiv fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir. 

·                    Təhsil sisteminin idarə olunmasında başlıca amillərdən hesab olunan kadrların seçilib yerləşdirilməsi işini yaxşılaşdırmaq üçün idarəetmənin müasir modelləri, əksmərkəzləşmə prinsipləri, yeni yanaşmalar, təhsili idarə edənlərin hazırlanmasının dövlət standartları, bələdiyyə idarəçiliyi şəraitində təlim-tərbiyə müəssisələrinin müasir idarəetmə mexanizmləri, ali təhsil müəssisəsi timsalında marketinq xidmətlərinin fəaliyyət mexanizmi, təhsilin pillələri üzrə pedaqoji kadrların işə qəbulu qaydaları, kadr hazırlığı prosesində "Təhsil alan-təhsil verən" münasibətlərinin tənzimlənməsi qaydaları, ixtisasartırma və yenidənhazırlanma təhsilinin təkmilləşdirilməsi strategiyası, diplomdansonrakı təhsil konsepsiyası əks olunmuş normativ-hüquqi sənədlər paketi hazırlanmış, onlardan bir çoxu təsdiq edilmişdir.   

·                    "Ali və orta ixtisas təhsili müəssisələrinin attestasiyası və akkreditasiyası haqqında Əsasnamə" hazırlanmış və Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir. 2005-ci ildən təhsil müəssisələrinin akkreditasiyasına başlanması nəzərdə tutulmuşdur.   

·                    Hazırda 6 ali təhsil müəssisəsi özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərir. Elmi-pedaqoji potensialı və maddi-texniki bazası imkan verdiyi halda digər ali məktəblərin də bu prinsip əsasında fəaliyyət göstərməsi məsələsinə baxılacaqdır.  

·                   Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi haqqında qaydalar"a 

müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən pedaqoji işçilərlə yanaşı rəhbər işçilərin də attestasiyasının mərhələlərlə aparılması nəzərdə tutulmuşdur.

7. Təhsil sisteminin yeni iqtisadi modelinə keçidlə bağlı normativlərin müəyyən edilməsi və müvafiq şəraitin yaradılması istiqamətində: 

·                    II Kredit Sazişi çərçivəsində 2003-2007-ci illər üçün nəzərdə tutulmuş proqramda "Təhsildə bərabər imkanların yaradılması komponenti" daxilində adambaşına maliyyələşdirmə mexanizmləri üç pilot rayonunda (Əli Bayramlı şəhəri, Ucar və İsmayıllı rayonları) ekperimentdən keçiriləcəkdir.  

·                    Təhsil qruplarında (siniflərdə) şagirdlərin, tələbələrin sıxlığının normativlərinə "Təhsil haqqında" yeni Qanun qəbul olunduqdan sonra yenidən baxılacaqdır.

 

II MƏRHƏLƏ

 

1. Müxtəlif yönüm və səviyyəli təhsil müəssisələrinin inteqrasiyası, onların bazasında yeni tipli elm-təhsil mərkəzlərinin yaradılması, təhsil müəssisələri şəbəkəsinin yenidən qurulması istiqamətində: 

·                    Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin təsviri sənət profilli fakültələrinin və Azərbaycan Dövlət Rəssamlıq Texnikumunun bazasında Azərbaycan Rəssamlıq Akademiyası və nəzdində İncəsənət Kolleci, Bakı Musiqi Akademiyasının xalq musiqisi profilli ixtisaslarının və Azərbaycan Dövlət Musiqi Texnikumunun bazasında Azərbaycan Milli Konservatoriyası və nəzdində Musiqi Kolleci təşkil olunmuşdur.  

·                    Bir sıra ali məktəblərin (SDU, GDU, ATU, BSU və s.) profilləri genişləndirilmişdir. Bu sahədə işlər müntəzəm davam etdirilir.    

·                    Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli fərmanı ilə ilkin müəllim hazırlığını, pedaqoji kadrların ixtisasartırmasını və yenidənhazırlanmasını həyata keçirən Azərbaycan Müəllimlər İnstitutu və respublikanın 12 regionunda onun filialları yaradılmışdır.   

·                    Respublikamızda istedadlı şagirdlərin cəlb olunduğu yeni tipli təhsil müəssisələrinin - lisey və gimnaziyaların şəbəkəsi ildən-ilə inkişaf edir. 1998/1999-cu dərs ilində 11422 şagirdi əhatə edən 36 lisey və gimnaziya fəaliyyət göstərirdisə, hazırda onların sayı 47-yə, şagirdlərin sayı isə 22087-yə çatmışdır. 

2. Təlim-tərbiyənin məzmununun təhsil alanların imkanlarına uyğun dövlətin, ictimaiyyətin və şəxsiyyətin tələbatı əsasında qurulması istiqamətində: 

 ·                    Ümumtəhsil, ali və orta ixtisas təhsili müəssisələrində təlim-tərbiyənin meyl, maraq, istedad və qabiliyyət əsasında qurulmasını təmin edən tədris plan və proqramları hazırlanıb tətbiq edilmişdir. 

 ·                    Ümumi təhsildə bu plan və proqramlar tətbiq olunmaqla: şəxsiyyətin formalaşması və inkişafını əsas tutan milli tədris proqramları və milli dərsliklərin yaradılması üçün real imkanlar açılmışdır; ayrı-ayrı təhsil sahələri üzrə şagirdlərə aşılanacaq zəruri bilik, bacarıq və vərdişlərin minimum həcminin müəyyənləşdirilməsinə zəmin yaradılmışdır; şagirdlərin həftəlik maksimum tədris yükünün azalması təmin edilmiş, I-XI siniflər üzrə həftəlik tədris yükü əvvəlki illərlə müqayisədə 330 saatdan 271 saata endirilmişdir; tədris planına şagirdlərin seçimi üçün saatların salınması onların meyl və maraqlarının ödənilməsinə əlverişli şərait yaratmış, tədris planlarında məktəb komponenti gücləndirilmişdir; fənlərin inteqrasiya olunmaqla tədrisinə, inteqrativ tədris proqramlarının və dərsliklərin hazırlanmasına perspektivlər açılmışdır; işçi tədris planlarında Azərbaycan dilinin dövlət dili kimi statusu möhkəmləndirilmişdir; seçmə saatların tətbiqi müəllimlərin icra məsuliyyətini artırmış, rayon təhsil şöbələrinin metodkabinetində, ayrı-ayrı pedaqoji kollektivlərdə şagirdlərin seçiminə görə müxtəlif sahələr üzrə proqram tərtibi vərdişləri yaranmışdır.   

 ·                    "Tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında müvəqqəti Əsasnamə" təsdiq edilmiş, müvafiq Ali Baza Təhsil Proqramlarında dəyişikliklər aparılmış, eksperiment aparılacaq ali təhsil müəssisələri, istiqamətlər (ixtisaslar), qruplar və tələbələrin sayı müəyyənləşdirilmiş, müvafiq istiqamətlər üzrə yeni "Eksperimental Ali Baza Təhsil Proqramları" və bunlara müvafiq tədris planları hazırlanaraq təsdiq olunmuşdur.   

 ·                    1999-cu il sentyabrın 1-dən "Eksperimental tədris planları" və "Tələbələrin biliyinin  qiymətləndirilməsinin çoxballı sistemi haqqında müvəqqəti Əsasnamə" eksperiment aparılan ali məktəblərdə (Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan  Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Naxçıvan Dövlət Universiteti) 10 istiqamət (ixtisas) üzrə tətbiq olunmağa başlanmışdır. 

 ·                    Sonrakı illərdə eksperimentin tətbiq dairəsi genişləndirilmiş, eksperiment aparılan dövlət ali məktəblərinin sayı 15-ə, istiqamətlərin sayı 40-a, ixtisasların sayı isə 80-ə çatdırılmışdır. 

·                    Uşaq və gənclərin fiziki, estetik, ekoloji, hüquq tərbiyəsini, texniki, bədii yaradıcılığını inkişaf etdirmək məqsədilə məktəbdənkənar müəssisələrin dərnək, klub və digər birləşmələri üçün 2002-2003-cü illərdə nümunəvi tədris proqramları, o cümlədən 28 adda "Ümumtəhsil məktəblərinin və məktəbdənkənar 

müəssisələrin ekoloji dərnək, klub və digər birləşmələrinin nümunəvi tədris proqramları", 23 adda "Məktəbdənkənar tərbiyə və təhsil müəssisələrinin texniki profilli dərnək, klub və digər birləşmələrinin nümunəvi tematik planları", 11 adda "Məktəbdənkənar tərbiyə və təhsil müəssisələrində turizm və diyarşünaslıq profilli dərnək, klub və birləşmələrin turizm tədris proqramları" təsdiq olunmuşdur. 

·                    Ali məktəblər üçün "Məktəb pedaqogikası", "Azərbaycan tarixi", "Kultrologiya", "Politologiya", "İqtisadi nəzəriyyə" və s. dərsliklər yazılıb nəşr olunmuşdur. 

3. İşçi qüvvəsi resurslarının proqramlaşdırılması mexanizminin yaradılması istiqamətində:  

·                    Distant təhsilin konsesiyası hazırlanmıb təsdiq olunmuş və onun müddəalarının həyata keçirilməsinə başlanılmışdır. 

·                    Azərbaycan Müəllimlər İnstitutunda və onun müxtəlif regionlarda fəaliyyət göstərən  filiallarında, habelə digər ali məktəblərin "İxtisasartırma və yenidənhazırlanma" fakültələrində qeyri-pedaqoji profili şəxslərin pedaqoji təhsilalma və yenidənhazırlanma ehtiyaclarının ödənilməsinə geniş şərait yaradılmışdır.   

·                    Kadr hazırlığı prosesində "Təhsil alan-təhsil verən" münasibətlərinin tənzimlənməsi mexanizmi işlənib hazırlanmışdır.  

4. Təhsil sisteminin tədris, elmi-metodiki və informasiya təminatının yaradılması istiqamətində:

·                    Təhsil Nazirliyində bu məqsədlə yeni "Təhsilin idarəolunmasının məlumat sistemləri" şöbəsi yaradılmışdır.    

·                    Elmi-tədqiqat işlərinin müvəffəqiyyətlə yerinə yetirilməsinin əsas şərtlərindən biri olan informasiya təminatı ali məktəblərin kitabxanaları və informasiya mərkəzləri tərəfindən həyata keçirilir. Bununla əlaqədar aparıcı ali məktəblərdə avtomatlaşdırılmış informasiya idarəetmə sistemi yaradılmış, onların kitabxanaları İnternet şəbəkəsinə qoşulmuşdur. Bir sıra ali məktəblərdə elmi-tədqiqat işlərinin planlaşdırılması və elmi-texniki informasiya şöbələri, patent-lisenziya şöbələri, informasiya-tədris mərkəzləri fəaliyyət göstərir.    

·                    Ali məktəb elminin informasiya təminatında xüsusi yeri olan BDU-nun Elmi Kitabxanası 22 dövlət və bir neçə özəl ali məktəb kitabxanalarına metodiki köməklik göstərir. Hazırda Elmi Kitabxananın 5 abonement şöbəsi, 14 qiraət zalı, 30 kafedra kitabxanası vardır. 2002-ci ildə Kitabxana 3471 elmi, 2369 tədris ədəbiyyatı ilə təchiz olunmuş, böyük oxu zalı, tələbələr üçün kompüter otağı istifadəyə verilmişdir. Elektron kitabxananın da yaradılmasına başlanmışdır. Kitabxanaya son iki ildə daxil olan yeni jurnalların elektron variantı hazırlanmış, sosial və texniki elmlərə dair beynəlxalq jurnalların İnternet vasitəsi ilə əldə edilməsinə şərait yaradılmışdır.    

·                    Respublika Elmi-Pedaqoji Kitabxanası da informasiya təminatı sahəsində geniş imkanlara malikdir. Bunu nəzərə alaraq Kitabxanının strukturu Təhsil Nazirliyi tərəfindən dəyişdirilmiş, maddi-texniki bazası möhkəmləndirilmişdir.  

·                    Elmi-tədqiqat işlərinin informasiya təminatını yaxşılaşdırmaq məqsədilə Azərbaycan Memarlıq və İnşaat Universitetində "Müasir informatika vasitələrinin tətbiqi" elmi-tədqiqat laboratoriyası yaradılmışdır. Həmin laboratoriya universitetin əməkdaşlarını elmi-tədqiqat işlərinin mövzularına dair informasiya ilə təmin edir, digər ali məktəblərin elmi nəticələri, elmi konfrans materialları ilə tanış olmaq imkanını verir, AMİU-nun daxilində kompüter şəbəkə sisteminin yaradılması üzrə iş aparır.    

·                    "EKSON-Azərbaycan" Əməliyyat Şirkəti və Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetində yeni informasiya texnologiyalarından və İnternet şəbəkəsindən geniş istifadə edən kitabxana yaradılmışdır.   

·                    Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti İnternetdə Azərbaycan incəsənəti, mədəniyyəti, sənətşünaslığına (memarlıq, rəssamlıq, xalçaçılıq, musiqi və s.), eləcə də kitab nəşrlərinə dair Web-sayt açmışdır.    

·                    Naxçıvan Dövlət Universitetində 5 mərtəbəli kitabxana korpusu tikilmişdir. Burada İnternet xidməti və müasir informasiya vasitələri ilə təchiz edilmiş elektron kitabxana yaradılması planlaşdırılır.    

·                    Nazirlər kabinetinin müvafiq qərarı ilə xarici dövlətlərin təhsil haqqında sənədlərin nostrifikasiyası qaydaları təsdiq olunmuşdur. 2002-ci ildən həmin qaydalar Təhsil Nazirliyi tərəfindən həyata keçirlir.    

·                    Qeyri-dövlət təhsil müəssisələrinin tədris sənədləri dövlət təhsil müəssisələrinin nümunəvi sənədləri əsasında hazırlanır, tədrisin təşkili Dövlət Təhsil Standartlarına uyğun həyata keçirilir. Təhsilin keyfiyyətinə nəzarət dövlət təhsil müəssisələrində olduğu kimi lisenziya, attestasiya və akkreditasiya qaydalarına uyğun aparılır.

 

DÜNYA BANKININ KREDİTİ ƏSASINDA TƏHSİL İSLAHATI LAYİHƏSİ (1999-2004) ÜZRƏ GÖRÜLMÜŞ İŞLƏR

 

1. Dünya Bankının təsnifatına əsasən, Birinci Təhsil İslahatı Layihəsi üzrə ayrılmış Kredit mahiyyətcə Öyrədici və İnnovasiya krediti olmuşdur. Yəni, bu kiçik həcmli kreditin əsas məqsədlərindən biri Azərbaycanın təhsil sistemində Dünya Bankının qaydaları, prosedurları, təlimatları üzrə zəruri bilik və bacarıqların formalaşdırılması, Bankın təlimatlarına uyğun şəkildə fəaliyyət göstərə bilən kadr potensialının hazırlanması, habelə, pilot məktəblərində və institutlarında təhsil innovasiyalarının tətbiqinə başlanması və innovasiya təşəbbüslərinin dəstəklənməsi olmuşdur.  

2. Layihənin dəyəri 5,5 milyon ABŞ dolları təşkil etmişdir ki, bu məbləğin 500 min dolları Azərbaycan Hökumətinin payına düşmüşdür.  

Ayrılan Kreditin kiçik həjmli olduğunu nəzərə alaraq, Təhsil İslahatı Layihəsi yalnız aşağıdakı üç istiqamətdə islahatların aparılması üçün xüsusi yanaşmaları özündə cəmləşdirmişdir:  

- Tədris planı və proqramları, tədris-metodik təminat;    

- Müəllimlərin ixtisasartırması;    

- Layihənin monitorinqi və qiymətləndirilməsi.    

3. Layihəni həyata keçirmək üçün 27 pilot müəssisəsi müəyyən edilmişdir. Buraya Naxçıvan Muxtar Respublikasından 4 məktəb, Bakıdan 8, Gəncədən 3, Sumqayıtdan 1, Lənkərandan 4, yəni, ümumilikdə 20 pilot məktəbi, habelə, Azərbaycan Müəllimlər İnstitutu və onun filialları, Naxçıvan Müəllimlər İnstitutu, Bakı PKİAYH İnstitutu, Təhsil Problemləri İnstitutu daxil edilmişdir.   

4. Təhsil İslahatı Layihəsi çərçivəsində Təhsil Nazirliyi, Layihənin İcra Qrupu və pilot müəssisələri tərəfindən bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.   

·                    İlk dəfə olaraq, 20 pilot məktəbi üçün qərb ölkələrində tətbiq olunan kurrikulumların tələblərinə xeyli dərəcədə cavab verən yeni formatda Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və informatika, tarix, ingilis dili (V və VI siniflər), musiqi, təsviri sənət (I-II, V-VI siniflər), Azərbaycan dili (təlim rus dilində olan məktəblərin I-II, V-VI sinifləri), rus dili və ədəbiyyat (təlim rus dilində olan məktəblərin V-VI sinifləri) fənləri üzrə tədris proqramları hazırlanmış və nəşr edilmişdir (2001-ci il);    

·                    İlk dəfə olaraq, vahid komplekt şəklində pilot məktəblərinin V və VI sinifləri üçün "Ədəbiyyat", təlim rus dilində olan məktəblər üçün "Rus dili", "Ədəbiyyat" dərslikləri, iş dəftərləri və müəllimlər üçün metodik vəsaitlər çap olunmuş və şagirdlərin istifadəsinə verilmişdir (1 sentyabr 2003-cü ilədək).    

·                    İlk dəfə olaraq, Azərbaycan dili və riyaziyyat fənləri üzrə beynəlxalq tələblərə tam cavab verən kurrikulum nümunələri hazırlanmışdır (2003-cü il).    

·                    İlk dəfə olaraq, şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni konsepsiyanın əsas istiqamətləri müəyyənləşdirilmiş və qiymətləndirmə modelləri hazırlanmışdır (2003-cü il);   

·                    Ilk dəfə olaraq, "Ana dili" və "Riyaziyyat" fənləri üzrə beynəlxalq standartlara cavab verən milli qiymətləndirmənin modeli hazırlanmış, Bakının, Gəncənin, Sumqayıtın, Lənkəranın 8 pilot və 12 qeyri-pilot şəhər və kənd məktəbində 1800 nəfər V sinif şagirdi arasında həmin fənlər üzrə milli qiymətləndirmə aparılmışdır (2003-cü il);   

·                    "İxtisasartırma institutları üçün kurrikulumun hazırlanması", "Fəal və interaktiv tədris/təlim metodlar" mövzularında 1200 nəfər ixtisasartırma qurumlarının və TPI-nin əməkdaşları, habelə, pilot məktəblərinin müəllimləri üçün məqsədli seminarlar keçirilmişdir (2000-2003-cü illər);    

5.  Keçmiş Təhsil Problemləri üzrə Elmi-Metodik Mərkəzin və Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun bazasında tamamilə yeni struktura malik Təhsil Problemləri İnstitutu, habelə keçmiş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun bazasında pedaqoji təhsili və ixtisasartırmanı özündə birləşdirən Azərbaycan Müəllimlər İnstitutu yaradılmışdır.  

·                    Təhsil islahatı sahəsində əldə olunmuş nailiyyətləri və təcrübəni öyrənmək məqsədilə Layihənin əvvəlindən başlayaraq, Təhsil Nazirliyinin və pilot müəssisələrinin işçilərindən ibarət müxtəlif nümayəndə heyətləri Türkiyə, ABŞ, İsrail, İtaliya, Hollandiya, İngiltərə, Finlandiya və İsveç ölkələrinə tədris səfərləri etmişlər. Bundan başqa Azərbaycan mütəxəssisləri Təhsil İslahatı Layihəsinin komponentlərini əhatə edən altı mövzu üzrə Təhsil Nazirliyinin xüsusi təqaüdləri ilə İngiltərənin və ABŞ-ın universitet və kolleclərində təhsil almışlar (1999-2003-cü illər);  

·                    Bütün pilot müəssisələrində təmir işləri aparılmışdır (2000-ci il);    

·                    Bütün pilot məktəblərinə və institutlarına 466 kompüter, 64 printer, 93 televizor, 208 stereomaqnitofon, 91 videomaqnitofon, 184 multimedia və diaskopik proyektor verilmiş, bu təlimin texniki vasitələrindən başqa, onlar 29 surətçıxaran maşınla, 27 faks aparatı ilə, 27 videokamera ilə, 6000 dəst şagird masası/oturacaqları ilə, 470 yazı lövhəsi ilə, akt zalı üçün 1900 ədəd kreslo və s. adda avadanlıqla təchiz olunmuşlar (2000-2003-cü illər).  

·                    Sadalanan tədbirlərdən əlavə, ümumi təhsilin müasir problemlərinə həsr olunmuş xeyli sayda konfranslar, seminarlar, dəyirmi masalar keçirilmişdir. Bunlar əsasən, fəal və interaktiv təlim metodlarının tətbiqi, məktəb kurrikulumu, ixtisasartırma kurrikulumu, şagird nailiyyətlərinin qiymətləndirilməsi, milli qiymətləndirmə, monitorinq, təhsilin keyfiyyəti mövzülarını əhatə etmişlər.   

6. Layihə dövründə bütövlükdə Dünya Bankı tərəfindən ayrılmış 5 milyon ABŞ dollarının 97,08 faizi, Azərbaycan Respublikasının 500.000 ABŞ dolları dəyərində payının isə 89,39 faizi xərclənmişdir.    

7.Bu Layihə 31 mart 2004-cü ildə başa çatmışdır. Dünya Bankının təyin etdiyi müstəqil beynəlxalq ekspert tərəfindən "İcra tədbirlərinin başa çatdırılmasında dair Hesabat" tərtib olunmuş, hesabatda Layihə qənaətbəxş qiymətləndirilmişdir.  

 

TƏHSİL İSLAHATI PROQRAMI (2003-2013)

 

Birinci mərhələ: Təhsil Sektorunun İnkişafı Layihəsi (2003-2007)  

1. 2003-cü il sentyabrın 19-da Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyası arasında "İnkişaf üçün Kredit haqqında Saziş" imzalanmış və həmin Saziş ötən il dekabrın 18-dən etibarən qüvvəyə minmişdir.    

2. Dünya Bankı tərəfindən kreditlərin ayrılmasını şərtləndirən vacib amillər: (I) ilk növbədə ölkədə islahatlara zərurət; (II) ölkə rəhbərliyi tərəfindən islahatların dəstəklənməsi; (III) ölkədə Bankın prosedurlarına bələd olan və onlara uyğun şəkildə işləməyi bacaran kadr potensialı mövcuddur.   

10 illik Təhsil İslahatı Proqramının və bu Proqramın birinci mərhələsi olan Təhsil Sektorunun İnkişafı Layihəsinin Beynəlxalq İnkişaf Asssosiasiyası tərəfindən qəbul olunması onun təzahürüdür ki, Azərbaycan Hökuməti və Təhsil Nazirliyi Dünya Bankı tərəfindən maliyyələşdirilən təhsil islahatı layihələrini beynəlxalq standartlara uyğun həyata keçirməyə qadirdir.    

3. Proqram on il müddətində üç mərhələdə həyata keçiriləcəkdir:    

I mərhələ - 2003-2007-ci illər;
II mərhələ -2007-2010-cu illər;
III mərhələ - 2010-2013-cü illər.    

4. Birinci mərhələdə ümumi təhsilin yeni keyfiyyət mərhələsinə yüksəldilməsinə xüsusi diqqət yetiriləcək. İkinci mərhələdə islahat tədbirlərinin coğrafiyası genişlənəcək və üçüncü mərhələnin sonunda aşağıdakı nailiyyətlər əldə ediləcəkdir:   

1) bütün uşaq və yeniyetmələrin keyfiyyətli ümumi təhsil almaq imkanı genişlənəcək;   

2) orta məktəb məzunları bazar iqtisadiyyatının, ictimai və siyasi mühitin tələblərinə cavab verən bilik və bacarıqlara yiyələnəcək, yəni müasir dillə desək, zəruri kompetensiyalar əldə edəcək;   

3) resurslardan, xüsusilə büdcə vəsaitlərindən və kadr potensialından daha səmərəli istifadə ediləcək;    

4) texniki-peşə təhsilində və ali təhsildə islahatlara başlamaq üçün təhsil sektorunda möhkəm zəmin yaradılacaqdır.    

İkinci mərhələdə (2007-2010) Layihə üzrə maliyyə müdaxilələrinin həcmi və əhatə dairəsi genişləndiriləcək və üçüncü mərhələdə (2010-2013) bu maliyyə müdaxilələri bütün ölkəni əhatə edəcək və nəticə etibarilə Təhsil İslahatı Proqramının real nailiyyətlərini nəzərdən keçirmək və onları ətraflı təhlil etmək üçün münbit şərait olacaqdır. 

5. Birinci mərhələ üzrə Layihənin inkişafetdirici vəzifələri aşağıdakılardır:

- İslahat Proqramının planlaşdırılması və idarəolunması sisteminin səmərəliliyini artırmaq məqsədilə imkanların gücləndirilməsi;  

- monitorinq və dəyərləndirmə sahəsində islahatlar, o cümlədən təlim nəticələrinin qiymətləndirilməsində yeni mexanizmlərin yaradılması;  

- üç pilot rayonunda ümumtəhsil məktəblərinin prioritet sahələrinə yüksək sərmayələrin qoyuluşu.  

6. Kredit Sazişinə əsasən, Təhsil Sektorunun İnkişafı Layihəsinin həyata keçirilməsi üçün Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən 18 milyon ABŞ dolları məbləğində güzəştli Kredit ayrılmışdır. Dünya Bankının təsnifatına əsasən, mahiyyətcə bu, Proqrama Uyğunlaşdırılan Kreditdir. Azərbaycan Hökumətinin Layihədəki iştirak payı 2,8 milyon ABŞ dolları təşkil edəcəkdir. Donor təşkilatı kimi, Açıq cəmiyyət İnstitutu (Azərbaycan) öz maliyyə vəsaitinin qoyuluşu hesabına təxminən 200 min ABŞ dolları məbləğində Layihəyə texniki yardım göstərəcəkdir.  

8.Təhsil Sektorunun İnkişafı Layihəsinin komponentləri: 

8.1.Birinci komponent - Ümumi Təhsilin Keyfiyyəti və Real Tələbatlara Uyğunluğu. Bu komponentin həyata keçirilməsi üçün 7,12 milyon ABŞ dolları məbləğində vəsait aşağıdakı prioritet sahələrə sərf olunacaqdır:

I alt-komponent: Kurrikulum islahatı  

II alt-komponent: Müəllim hazırlığı  

III alt-komponent: Dərsliklər və oxu materialları  

İkici komponent - Səmərəlilik və maliyyə islahatları. 8,87 milyon ABŞ dolları məbləğində vəsait iki alt-komponent üzrə nəzərdə tutulmuş tədbirlərə sərf olunacaqdır:  

I alt-komponent: Maliyyələşdirmə və büdcə islahatları  

II alt-komponent: Rasionallaşdırma və məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi

Üçüncü komponent - Məktəb qrantı proqramı. Bu komponentin həyata keçirilməsi üçün 870 min ABŞ dolları nəzərdə tutulmuşdur.  

Dördüncü komponent - İdarəetmə, planlaşdırma və monitorinq. 2,33 milyon ABŞ dolları məbləğində vəsait üç alt-komponent üzrə nəzərdə tutulmuş tədbirlərə sərf olunacaqdır: 

I alt-komponent: Şagird nailiyyətlərinin qiymətləndirilməsi sistemi  

II alt-komponent: Təhsilin İdarəolunması üzrə Məlumat Sistemi (TİMS)  

III alt-komponent: İdarəetmə və planlaşdırma imkanları  

Beşinci komponent - Layihənin əlaqələndirilməsi və monitorinqi. Bu komponent üzrə 1,87 mln. ABŞ dolları məbləğində olan vəsait Layihənin Əlaqələndirmə Qrupunun fəaliyyətinin təşkilinə, Layihənin monitorinqinə, ictimaiyyətin məlumatlandırılması kampaniyasına, bir sıra tədqiqatların aparılmasına və digər tədbirlərin həyata keçirilməsiniə yönəldiləcəkdir. 

 

WebMaster.AZ
tərəfindən yaradılıb