|
Annotasiya:
Azərbaycan Respublikası Prezidenti tərəfindən “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya üzrə Milli Strategiyanın (2003-2012 – ci illər) təsdiq edilməsi haqqında” sərəncam verilmiş və “Azərbaycan Respublikasında Ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı” təsdiq edilmişdir. Bu proqram ölkəmizdə yeni informasiya texnologiyalarından istifadə olunmaqla təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən, dünya təhsil sisteminə inteqrasiya imkanı verən vahid təhsil informasiya mühitini yaratmaq və əhalini informasiya cəmiyyətinə hazılamaq məqsədini daşıyır. Proqram çərçivəsində kompüter texnologiyaları əsasında qurulan yeni informasiya texnologiyalarının mənimsənilməsi və onun bütün imkanlarından istifadə etməklə, ölkənin təhsil sistemini səmərəli təşkil etmək və beynəlxalq informasiya şəbəkəsi vasitəsilə dünya ölkələrinin təhsil müəssisələri ilə mütəşəkkil əlaqələrin yaradılması nəzərdə tutulur.
Kitabı yüklə |