Forumda yeni yazılar

Əsas forum

 
Üzvlər üçün giriş
İstifadəçinin adı:
Parol:
qeydiyyat
parolu yada sal


Ana səhifə >> Xəbərlər >> Bakı məktəblərində davamiyyətə turniketlər nəzarət edəcək
Bakı məktəblərində davamiyyətə turniketlər nəzarət edəcək
05 Fevral 2012

Turniketlər məktəblilərin personal kartlarındakı informasiyanı oxuyacaqlar ki, bu da şagirdlərin məktəbə girişinə və çıxışına nəzarət etməyə imkan verəcək.

Azərbaycanın Təhsil Nazirliyi "Elektron məktəb" (e-School) layihəsi çərçivəsində Bakının orta təhsil müəssisələrində turniketlərin quraşdırılmasını planlaşdırır.

Təhsil Nazirliyindən şənbə günü Trend-ə verilən məlumata görə, məktəblərin girişində quraşdırılacaq turniketlər məktəblilərin davamiyyətinə nəzarət edəcək.

Pilot layihənin paytaxtın 10 məktəbində (Avropa litseyi, 132,134, 6 saylı və başq.) məktəblərdə işə salınması planlaşdırılır.

Turniketlər məktəblilərin personal kartlarındakı informasiyanı oxuyacaqlar ki, bu da şagirdlərin məktəbə girişinə və çıxışına nəzarət etməyə imkan verəcək.

Valideynlər uşağın məktəbin binasına daxil olduğu və çıxdığı anda mobil telefonları ilə SMS xəbərdarlıq alacaqlar. SMS-məlumatlandırma xidməti valideynlərə kommersiya əsasında təqdim olunacaq.

Bununla yanaşı, məktəb binasına daxil olmaq üzrə avtomatik nəzarət sistemi kənar şəxslərin binaya icazəsiz daxil olmasına mane olmağa da imkan verəcək.

 

Milli.Az

 

Forumda müzakirə et
 

WebMaster.AZ
tərəfindən yaradılıb