|
“Jalə” brendi təbii məhsulların faydası və onların millətin sağlamlığının qorunması ilə bağlı mövzularda ən yaxşı inşa müsabiqəsinin başlanmasını elan edir.
Qəbələ Konserv Zavodundan “APA-ECONOMICS”ə verilən xəbərə görə, bu müsabiqə Azərbaycan məktəbliləri və tələbələri üçün gündəlik həyatda təbii, ekoloji təmiz qida məhsullarının istifadə edilməsinə, onların əhalinin həyat fəaliyyəti və işləmək qabiliyyətinə təsirinə dair öz ideyalarını ifadə etmək imkanı yaradır.
«Jalə» inşa müsabiqəsinin köməyi ilə böyüyən nəslin və gəncliyin təbii, o cümlədən sənaye emalından keçmiş və bununla yanaşı, bütün faydalı xüsusiyyətlərini qoruyub saxlayan məhsulların istifadəsinə olan tələbata baxışını müəyyən etməyə çalışır.
İnşaların mövzuları olaraq dörd əsas istiqamət seçilmişdir:
- təbii məhsulların gündəlik istifadəsi zərurəti və onların bizim ölkəmizdə mövcud olması;
- qida məhsulları sektorunda emal üçün sənayenin inkişafı;
- millətin sağlamlığının qorunub saxlanılması üçün hazır təbii məhsulların istifadəsinə keçmənin vacibliyi;
- bizim ölkədə istehsal edilən məhsulun dünya bazarında yayılmasının əhəmiyyəti.
Müsabiqədə orta məktəblərin şagirdləri və Azərbaycan universitetlərinin bakalavriat və magistraturasının tələbələri iştirak edə bilərlər.
Azərbaycan, rus və ingilis dillərində yazılmalı və tərkibindəki işarələrin sayı 2000-dən çox olmayan inşalar 31 mart 2012-ci il tarixədək ta@jale.az elektron ünvanında qəbul edilir. Münsiflər heyəti tərəfindən seçiləcək altı ən yaxşı inşanın müəllifləri (3 nəfər orta məktəb şagirdləri arasından, 3 nəfər isə ali məktəb tələbələri arasından) mükafat şəklində birinci, ikinci və üçüncü yerlər üzrə müvafiq olaraq “iPhone4”, “iPad” və “Samsung Galaxy S” planşet kompüteri alacaq.
Əlavə məlumatı 977 saylı nömrə ilə əlaqə saxlayaraq əldə etmək olar (bütün operatorların mobil telefonlarından 0 12 977).
Qeyd edək ki, Qəbələ Konserv Zavodu ASC-yə məxsus «Jalə» brendi həm ölkəmizin ərazisində, həm də xaricdə ən məşhur Azərbaycan brendlərindən biridir. Qəbələ Konserv Zavodunun məhsulu, xüsusilə də «Jalə», «Zolotoy Sad», «Natura» təbii şirələri şöhrət qazanıb və əhali arasında böyük tələbata malikdir. Belə ki, səylə seçilmiş təzə meyvələrin əsl dadını istehlakçıya hiss etmək imkanı yaradır. Brendin şüarı “Damla-damla topladıq” təbii şirələrin istehsalında ən yüksək keyfiyyəti bir daha vurğulayır. APA |