|
16 yanvar 2012-ci ildə Beynəlxalq Mətbuat Mərkəzində “Buta” Humanitar Uşaq Fondu, Avrasiya Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “İnteqrasiya vasitəsi ilə əlillik haqqında stereotiplərin aradan qaldırılması” layihəsinin təqdimatını etmişdir.
2011 –ci ildə “BUTA” Humanitar Uşaq Fondu, Avrasiya Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə “İnteqrasiya vasitəsilə əlillik haqqında stereotiplərin aradan qaldırılması” adlı layihəsini həyata keçirib.
Layihə çərçivəsinda əlilliyi olan insanların mövcud vəziyyəti, onların bacarıqları, cəmiyyətin tələbatları araşdırılıb.
Azərbaycanda 480 mindən artıq əlilliyi olan insan var,
Onlardan 60 mini əlilliyi olan uşaqdır.
Əgər əlil insanların ətrafında olan yaxın insanlarını da nəzərdə tutsaq, əlilliklə əlaqədar problemlərlə üzləşən insanların sayı milyonı aşır. Əlilliyin, yoxsulluq göstəricilərinə təsirini, təhsildən və səhiyyə vasitələrindən istifadəni məhdudlaşdırmasını, həmçinin əlillərin və onların ailələrinin ictimai ayrı-seçkiliyə məruz qaldıqlarını nəzərdə tutsaq, onda bu məsələnin nə dərəcədə mühüm olduğunu başa düşmək olar.
Layihəmizin məqsədi cəmiyyətdə əlilliyi olan şəxslərə qarşı ayrı-seçkiliyin və əlillik haqqında stereotiplərin, bərabər imkanlar mühitinin situmullaşdırıması vasitəsi ilə aradan qaldırılmasıdır.
Layihənin müddəti 9 ay - idi.
Layihə çərçivəsində aşağıdakı işlər görülmüşdür:
1. Əlilliyi olan insanlar üçün mövcud olan xidmətlər haqqında məlumat toplamaq məqsədi ilə bu istiqamətdə işləyən QHT-lər ilə görüşlər keçirilmişdir. Və bu məlumatları toplamaqda bizə dəstək olan Əmək və Əhalinin Soial Müdafiəsi Nazirliyinə, Müstəqil Həyat”, “UAFA” və “Müşviq” təşkilatlarına öz minnəttarlığımızı bildiririk.
2. Əlilliyi olan insanların bacarıqlarını üzə çıxartmaq məqsədi ilə onlarla fərdi və qruplarda görüşlər keçirilmişdir. Görüşlərdə vəkillik təşəbbüslərin müsabiqəsi elan olunmuşdur
3. Vəkillik təşəbbüsləri müsabiqəsinin iştirakçılarından aşağadadəstəkı şəxslərə ilkin dəstək verilmişdir:
a. Dadaşeva Səfurə Xalq Universitetinin Rəssamlıq fakultəsinin bitirib. Səfurə xanım rəsm çəkməyi yaxşı bacarır. Bunun üçün o, lazımı avadanlıq və materiallar ilə təmin edildi.
b. Nəsirova Aybəniz qədim tətbiqi incəsənət növü olan “Təkəlduz” ilə məşqul olur. Ona da bu işlə məşqul olmaq üçün müxtəlif materiallar verildi.
c. Dadaşova Rəsmiyyə yaxşı toxuma bacarıqları var. . Onun bu işlə məşqul olmaq üçün müxtəlif materiallar (toxuma sapları, qırmaqlar və s.) verildi.
d. Əliyeva Rugiyyə biser ilə işləməyi xoşlayır. Ruqiyyə bu işdə peşakar olmasada, çox bacarıqlıdı. O, bu işdə inkişaf etməsi üçün lazımı avadanlıq və materiallar ilə təmin olundu.
e. Mustafa Abdullayev foto kursuna gedir və peşəkar fotograf olmaq istəyir. Onun foto işləri ilə tanış olduqdan sonra bu sahədə işini qurmaq məqsədi ilə ona peşəkar fotoapparat alındı.
f. Qaçay Orucov keramikadan müxtəlif əşyalar hazırlamağı bacarır. Bu işləri hazırlamaq üçün neçə illərdi dağılmış sobası təmir olundu.
4. Bazarın tələbatını öyrənmək məqsədi ilə biznes qu rumları ilə görüşlər keçirilmişdir.
5. Əlilliyi olan insanların bacarıqlarını nümayiş etmək məqsədi ilə biznes qurumların iştirakı ilə dəstək alan şəxslərin əl işlərinin sərgisi keçirilmişdir. Nəticədə, iki tərəf arasında işgüzar münasibətlər formalaşdırıldı
6. Bundan başqa Azərbaycan universitetinin “Jurnalistuka” və “Sosial işçilər” fakultələrinin tələbələri üçün “Əlillik etiketi” mövzusunda seminarlar keçirilmişdir.
7. Layihə çərçivəsində Azərbaycanda əlilliyi olan insanlara qarşı cəmiyyətdə olan stereotiplərin inteqrasiya vasitəsi ilə aradan qaldırılması məqsədi ilə sosial video carx çəkilmişdir və hazırda saytın yaradılması üzrə işlər aparılır .
|