Forumda yeni yazılar

Əsas forum

 
Üzvlər üçün giriş
İstifadəçinin adı:
Parol:
qeydiyyat
parolu yada sal


Ana səhifə >> Xəbərlər >> Bu il tələbə qəbulu prosesində nələr gözlənilir?-ARAŞDIRMA
Bu il tələbə qəbulu prosesində nələr gözlənilir?-ARAŞDIRMA
09 Yanvar 2012

Artıq yanvar ayından başlayaraq 2012/2013-cü tədris ilində tələbə qəbulu prosesinə start verilir. Təbii ki, hər zaman müəyyən yenilikləri ilə yadda qalan tələbə qəbulu prosesi bu il də bir sıra yeniliklərə imza atacaq. Ötən ildən başlayaraq abituriyentlərə kömək məqsədilə yanvar ayında sınaq imtahanları keçirilir. Lakin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən xəbərə görə, müəyyən səbəblərdən bu il sınaq imtahanlarını yanvarda təşkil etmək mümkün olmayacaq və bu, fevralda keçiriləcək. Hər il olduğu kimi bu il də ilk imtahanlar magistratura pilləsinə təşkil olunacaq. Cari tədris ilindən etibarən ali məktəblərinin magistratura pilləsinə sənəd qəbuluna yanvar- fevral ayı ərzində başlanması planlaşdırılır.

TQDK-nın mətbuat katibi Elnur Nağızadə bildirib ki, komissiya 2012-2013-cü tədris ili üçün magistraturaya qəbul imtahanları ilə bağlı bir sıra yeniliklər tətbiq etməyi planlaşdırır. Onun sözlərinə görə, növbəti qəbul Nazirlər Kabineti magistratura üzrə yeni ixtisaslaşmaların siyahısına əsasən aparılacaq. Nazirlər Kabineti tərəfindən yeni ixtisaslaşmalar üzrə qəbulun proqnozu yaxın 4 il üçün hazırlanaraq komissiyaya təqdim olunduğunu deyən E.Nağızadə vurğulayıb ki, əvvəlki təsnifatda magistratura üzrə mövcud olan 800-ə yaxın ixtisasdan 659-u ləğv edilib: “Yaxın vaxtlarda “Magistr” jurnalının xüsusi buraxılışının birinci sayı çap edilərək ictimaiyyətə təqdim ediləcək. Fevralın sonunda birinci mərhələ, iyunun sonunda isə ikinci mərhələ imtahanın aparılması nəzərdə tutulur”.

Cari ildə magistratura pilləsinə dair növbəti yeniliklər barədə danışan E,Nağızadə vurğulayıb ki, Azərbaycanda magistraturaya qəbul imtahanlarında beynəlxalq dil imtahanlarında istifadə olunan test tapşırıqlarının analoji variantlarından istifadə edilə bilər. 2012-2013-cü tədris ili üçün ali məktəblərin bir sıra ixtisasları üzrə magistraturaya imtahan verən bakalavrların yazılarının qiymətləndirilməsində ilk dəfə olaraq, xarici ölkələrin mütəxəssislərinin də iştirakı nəzərdə tutulur.

“Hazırda bu təklifin reallaşdırılması istiqamətində danışıqlar aparılır. Növbəti tədris ili üçün bu işin eksperiment tətbiqi nəzərdə tutulur. İlk təcrübə olaraq Rusiyanın və Avstraliyanın qiymətləndirmə təşkilatlarının ekspertlərinə onlayn rejimdə yoxladılacaq. Paralel şəkildə həm Azərbaycan, həm də xarici mütəxəssislər tərəfindən aparılan qiymətləndirmədən sonra bunlar müqayisə ediləcək. Gələn il tətbiq olunacaq yeniliklərdən biri də ali məktəblərin magistratura səviyyəsində ixtisaslaşma ilə bağlıdır. Magistratura səviyyəsində ixtisaslaşmaların sayı azalıb və ümumiləşmələr aparılıb. Gələn il qabiliyyət tələb edən ixtisaslar üzrə magistraturaya qəbul aparılmayacaq. Bu istiqamətdə ancaq nəzəri ixtisaslar üzrə qəbul aparılacaq”.

O qeyd edib ki, bakalavr pilləsinə qəbul zamanı da bəzi dəyişikliklər gözlənilir. "Bu il tələbə qəbulu zamanı hər ixtisas qrupunda iki fənn üzrə açıq testlərdən istifadə olunacaq. Bu il abituriyentlərin cavablarını təhlil edəndə gördük ki, onlar açıq testləri yaxşı qəbul edib, yaxşı da cavablandırıblar. Ümumi təhlil göstərir ki, bu suallar daha da geniş tətbiq oluna bilər".

Bu il I ixtisas qrupunda riyaziyyat və fizika, II qrupda riyaziyyat və coğrafiya, III qrupda riyaziyyat və tarix fənni, IV qrupda isə riyaziyyat və kimya fənni üzrə açıq testlər tətbiq olunacaq. Bundan əlavə, III ixtisas qrupunda ixtisaslar DT və XH alt qruplarına bölünməyəcək, ana dili və tarix fənləri əsas fənlər hesab olunacaq. Bu qrupa daxil olan fənlərin çəki əmsalları aşağıdakı kimi təyin olunacaq: ana dili – 2; tarix – 2; riyaziyyat – 1; ədəbiyyat – 1; xarici dil – 1.

Təbii ki, cəmiyyət inkişaf etdikcə bu kimi proseslərdə dəyişiklərin və ya əlavələrin edilməsinə ehtiyac var. Amma elə etməliyik ki, bunlar ali məktəblərə hazırlaşana gənclərin sonrakı taleyinə mənfi təsir göstərməsin. SIA.az

Forumda müzakirə et
 

WebMaster.AZ
tərəfindən yaradılıb