|
2011-ci il ərzində ali və orta ixtisas təhsili müəssisələrindən daxil olmuş 1700 adda proqram, dərslik, dərs vəsaiti və metodik vəsaitin əlyazması Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının müvafiq bölmələrinə müzakirəyə göndərilib. Həmin müzakirələrdən sonra çapa məsləhət görülən və ya tövsiyə edilən 1669 adda əlyazması mövcud qaydalara uyğun olaraq sənədləşdirilib və rəhbərliyə təqdim olunaraq təsdiq edilib.
Lent.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən il ərzində 990 adda proqrama, 145 adda dərsliyə, 314 adda dərs vəsaitinə, 220 adda metodik vəsaitə Təhsil Nazirliyinin əmri ilə nəşr hüququ (qrif) verilib.
|