Forumda yeni yazılar

Əsas forum

 
Üzvlər üçün giriş
İstifadəçinin adı:
Parol:
qeydiyyat
parolu yada sal


Ana səhifə >> Xəbərlər >> Təhsil Nazirliyi yaşı 65-i ötmüş 10 məktəb direktoru ilə yenidən əmək müqaviləsi bağlayıb
Təhsil Nazirliyi yaşı 65-i ötmüş 10 məktəb direktoru ilə yenidən əmək müqaviləsi bağlayıb
09 Yanvar 2012

Ötən il respublika üzrə 65 yaşı tamam olmuş 18 orta ixtisas təhsil müəssisəsinin direktor və direktor müavini, 24 ilk peşə ixtisası təhsil müəssisəsinin direktoru və tədris, istehsalat işləri üzrə direktor müavini, 305 məktəb direktoru, 33 məktəbdən kənar təhsil müəssisə direktoru və 81 məktəbəqədər təhsil müəssisə müdiri işdən çıxarılıb.

Lent.az-ın Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yaşı 65-dən yuxarı işçilərlə bir il müddətinə əmək müqaviləsinin uzadılmasına imkan verən meyarlar üzrə müəyyənləşdirilmiş və həmin meyarlara cavab verən 10 məktəb direktoru, 3 məktəbdənkənar müəssisə rəhbəri və 9 məktəbəqədər tərbiyə müəssisə rəhbəri ilə bir il müddətinə əmək müqaviləsi bağlanıb.

Bundan başqa, Təhsil Nazirliyinin yerli idarəetmə orqanlarında çalışan 53 dövlət qulluqçusu ilə bağlanmış əmək müqaviləsi ləğv edilib, 10 nəfərlə isə yenidən bir illik müqavilə bağlanıb.

Əmək qanunvericiliyində aparılmış dəyişikliklə bağlı 65 və daha yuxarı yaş həddinə çatmış müəllimlərlə bağlanmış əmək müqaviləsinin ləğvi, eyni zamanda Nazirlər Kabinetinin “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” qərarından sonra kadra kəskin ehtiyac olan ümumi təhsil məktəblərində 552 nəfər ixtisası üzrə işlə təmin edilib.

Qeyd edək ki, “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanunun icrası ilə bağlı Təhsil Nazirliyinin ötən il iyulun 15-də qəbul etdiyi 1404 nömrəli əmrinə əsasən sistem üzrə yaşı 65-dən yuxarı təhsil işçilərinin siyahıları tərtib edilib. Siyahıya Bakı şəhəri üzrə 65-i keçmiş 30 məktəb direktoru daxil olub. Lakin onlardan hələlik heç biri işdən azad edilməyib. Respublikada isə belə məktəb direktorlarının sayı 300-dən artıq olub və onlardan 200-ü işdən çıxarılıb.

Forumda müzakirə et
 

WebMaster.AZ
tərəfindən yaradılıb