Forumda yeni yazılar

Əsas forum

 
Üzvlər üçün giriş
İstifadəçinin adı:
Parol:
qeydiyyat
parolu yada sal


Ana səhifə >> Xəbərlər >> Misir Mərdanov 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə bağlı əmr imzalayıb
Misir Mərdanov 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə bağlı əmr imzalayıb
06 Yanvar 2012

Təhsil naziri Misir Mərdanov 20 Yanvar faciəsinin 22-ci ildönümünün qeyd edilməsi barədə əmr imzalayıb.

 

Lent.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, 20 Yanvar faciəsinin 22-ci ildönümünün keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilib.

Tədbirlər planına müvafiq olaraq bütün təhsil müəssisələrində 11-20 yanvar tarixlərində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlər həyata keçirilməsi daxil edilib.

Ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri, rayon, şəhər təhsil şöbələrinin, idarələrinin müdirləri görülmüş işlər barədə 26 yanvar 2012-ci il tarixinədək nazirliyə hesabat təqdim etməlidirlər.

Əmrin icrasına nəzarət nazir müavini Qulu Novruzova həvalə edilib.

Forumda müzakirə et
 

WebMaster.AZ
tərəfindən yaradılıb