Forumda yeni yazılar

Əsas forum

 
Üzvlər üçün giriş
İstifadəçinin adı:
Parol:
qeydiyyat
parolu yada sal


Ana səhifə >> Xəbərlər >> Şagirdlər arasında rəsm müsabiqəsi keçiriləcək
Şagirdlər arasında rəsm müsabiqəsi keçiriləcək
06 Yanvar 2012

Təhsil naziri Misir Mərdanov “Ən çox sevdiyim idman növü” mövzusunda Respublika rəsm müsabiqəsinin keçirilməsi barədə əmr imzalayıb.

Lent.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, müsabiqə 2012-ci ilin iyun ayında Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarına maraq oyatmaq, olimpiya idman növlərini məktəblilər arasında təbliğ etmək məqsədi daşıyır.

Əmrə əsasən, müsabiqənin əsasnaməsi və münsiflər heyətinin tərkibi təsdiq olunub. Naxçıvan MR təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon, şəhər təhsil şöbələrinin müdirləri müsabiqənin yerlərdə təşkilini təmin etməlidirlər.

Müsabiqənin respublika mərhələsi ilə bağlı xərclərin ödənilməsi T. İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının 2011-ci ilə təsdiq olunmuş xərclər smetasının müvafiq xərc maddəsində nəzərdə tutulmuş vəsait hesabına müəyyən edilmiş qaydada həyata keçiriləcək.

Forumda müzakirə et
 

WebMaster.AZ
tərəfindən yaradılıb