|
Azərbaycanda 2011-ci ildə ümumi təhsil müəssisələrinin 95473 məzunu olub.
Son yeddi ildə məzunların sayı 27635 nəfər, yaxud 22,45 faiz azalıb. APA-nın məlumatına görə, bu məlumat Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 2011-2012-ci tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlilində açıqlanıb: “Məzunların azalması artıq bir necə ildir ki, müşahidə olunur. Bu, özünü ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edənlərin sayında da göstərir”.
2011-ci ildə ali məktəblərə sənəd verənlərin 58,39 faizini builki məzunlar təşkil edib. Ötən il isə bu göstərici 55,63 faiz olub. Bu göstəricidə olan azalma meyli ötən il də özünü göstərib. Bu, bir tərəfdən məzunların sayının azalmasından, digər tərəfdən isə əvvəlki illərdə qəbul ola bilməyib, təkrar sənəd verənlərin sayının artmasından irəli gəlir. APA |