"BUTA" Humanitar Uşaq Fondu Avrasiya Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə "İnteqrasiya vasitəsilə əlillik haqqında stereotiplərin aradan qaldırılması" layihəsi çərçivəsində "Əlillik obyektivdə" mövzusunda ən yaxşı fotoşəkil müsabiqəsi keçirir.
Müsabiqədə iştirak etmə qaydası
· İştirakçı peşəkar və həvəskar fotoqraf ola bilər;
· Müsabiqəyə orijinal (üstü yazılmadan, montaj olunmadan) fotoşəkillər təqdim edilməlidir;
· Fotoşəkil rəngli və ya ağ qara ola bilər;
Hər müsabiqə iştirakçısı bir nominasiyada (1 fotoşəkil ilə) və ya iki nominasiyada (2 fotoşəkil ilə) iştirak edə bilər
· Fotoşəkillər keyfiyyətli olmalıdır;
· Fotoşəkil, iştirakçı haqqında qısa məlumat (soyadı, adı və atasının adı, işlədiyi və ya oxuduğu təşkilatın adı, vəzifəsi, dərəcəsi, elektron poçt ünvanı və əlaqə telefonu) göstərilməklə, 1 nüsxədə təqdim olunmalıdır;
· Seçilmiş fotoşəkillər, orijinal keyfiyyətini saxlamaq məqsədi ilə təşkilatçılar tərəfindən tələb olunan zaman diskdə rəgəmsal formatda təqdim edilməlidir
· Fotoşəkil 2012-ci il yanvar ayının 10-u saat 18:00-dək butahuf@hotmail.com elektron poçt ünvanına göndərilməlidir.
Fotoşəkillərin kodlaşdırılması
Fotoşəkillər təqdim edildikdən sonra qiymətləndirmənin obyektivliyini təmin etmək üçün onlar anonim şəkildə kodlaşdırılacaqdır. Hər bir foto şəkil təqdim edilərkən ona xüsusi kod veriləcəkdir. Həmin kodlar qiymətləndirmə vərəqəsində və foto şəklin arxasında göstəriləcəkdir.
Qiymətləndirmə sistemi
Fotoşəkillər Münsiflər Heyəti tərəfindən iki nominasiya üzrə aşağıdakı meyarlara əsasən qiymətləndiriləcəkdir:
I nominasiya: Əlilliyi olan insanların cəmiyyətdə üzləşdiyi problemlər
· Mövzuya üyğunluğu
· "Əlilliyi olan insanların cəmiyyətdə üzləşdiyi problemlərin aktuallığını aydın göstərmək
II nominasiya: Əlilliyi olan insanların cəmiyyətdə müsbət obrazı
· Mövzuya üyğunluğu
· Əlilliyi olan insanların cəmiyyətdə müsbət obrazını təsvir etmək
Layihənin mərhələləri Müddətlər
Müsabiqənin elan olunması 20 dekabr 2011
Fotoşəkillərin müsabiqəyə təqdim olunması 2012-ci il yanvar ayının 11-i saat 18:00-dək
Fotoşəkillərin qiymətləndirilməsi 2012-ci il yanvar ayının 12-dək
Mükafatlandırma mərasiminin keçirilməsi 13 yanvar 2012 –ci il
Müsabiqənin vaxt çərçivəsi
Müsabiqə aşağıdakı vaxt çərçivəsi üzrə həyata keçiriləcəkdir:
Nəticə
Hər nominasiya üzrə bir ən yaxşı fotoşəkil toplanmış xallara görə seçiləcəkdir. Finalçılara təntənəli şəkildə müvafiq sertifikat və hədiyələr veriləcəkdir.
Müsabiqənin nəticəsi www.resurs.az, www.mektebler.az internet səhifəsində və KİV-lərdə dərc ediləcəkdir.
|