Forumda yeni yazılar

Əsas forum

 
Üzvlər üçün giriş
İstifadəçinin adı:
Parol:
qeydiyyat
parolu yada sal


Ana səhifə >> Xəbərlər >> Bu il Azərbaycanda orta məktəbi 5 qiymətlə bitirən məzunların yalnız 65,12 faizi qəbul imtahanlarında attestat qiymətini təsdiq edə bilib
Bu il Azərbaycanda orta məktəbi 5 qiymətlə bitirən məzunların yalnız 65,12 faizi qəbul imtahanlarında attestat qiymətini təsdiq edə bilib
28 Dekabr 2011

 Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında orta məktəbi 5 qiymətlə bitirən məzunların yalnız 65,12 faizi attestat qiymətini təsdiq edə bilib.

 

APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib.

 

Onun sözlərinə görə, orta məktəbi bütün fənlərdən 3 qiymətlə başa vuran şagirdlərin 97,52 faizinin qəbul imtahanın da nəticələri çox zəif - 0-200 bal intervalında olub. Bu il qəbul imtahanlarında iştirak edən 103 min 185 abituriyentdən 38,66 faizi 0-100, 23,78 faizi 100-200, 15,75 faizi 200-300, 16,53 faizi 300-500, 5,27 faizi isə 500-700 bal toplayıb. Abituriyentlərdən 1476 nəfəri 600 baldan yuxarı nəticə göstərib.

 

Yüksəl ballı abituriyentlər respublikanın demək olar bütün şəhər və rayonlarını, o cümlədən bəzi kənd məktəblərini əhatə ediblər. Yüksək nəticə göstərənlər I qrupda 331, II qrupda 364, III qrupda 323, IV qrupda 458 nəfərdir.

 

Dörd nəfər isə maksimum nəticə - 700 bal toplayıb. Onların hamısı I qrupunun abituriyentidir. APA

 

Forumda müzakirə et
 

WebMaster.AZ
tərəfindən yaradılıb