|
Azərbaycanda 2012-2013, 2013-2014, 2014-2015 və 2015-2016-cı tədris illəri üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu məlum olub. APA-nın məlumatına görə, proqnoz Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və “Abituriyent” jurnalı redaksiyasının “Abituriyentə informativ-metodiki kömək” silsiləsindən yeni vəsaitdə - “Məlumat kitabı”nda açıqlanıb.
Azərbaycan Nazirlər Kabinetinin 2011-ci il 25 oktyabr tarixli 336s nömrəli sərəncamına əsasən, 2012-2013-cü tədris ilində ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin ayrı-ayrı ixtisasları üzrə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu 10 min 900 yer təşkil edir. 2013-2014-cü illərdə bakalavriat səviyyəsi üzrə dövlət sifarişli yerlərin sayı 11 min 070, 2014-2015-ci tədris ilində 11 min 232, 2015-2016 tədris ilində isə 11 min 398 yer təşkil edir.
Məlumat kitabında, həmçinin 2011-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları, bu ilki qəbul imtahanlarında istifadə olunan test tapşırıqları, 2012-2013-cü tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanı proqramları, tələbə qəbulu kampaniyasında dəyişiklik və yeniliklər, TQDK-nın elektron xidməti haqqında geniş məlumatlar verilib. APA
|