Forumda yeni yazılar

Əsas forum

 
Üzvlər üçün giriş
İstifadəçinin adı:
Parol:
qeydiyyat
parolu yada sal


Ana səhifə >> Xəbərlər >> “Azərbaycanda uşaq müdafiə sistemi: mövcud durum və çətinliklər” mövzusunda tədbir keçirilib
“Azərbaycanda uşaq müdafiə sistemi: mövcud durum və çətinliklər” mövzusunda tədbir keçirilib
16 Dekabr 2011

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı “Azərbaycanda uşaq müdafiə sistemi: mövcud durum və çətinliklər” mövzusunda tədbir keçirib. APA-nın məlumatına görə, alyansının İdarə Heyətinin sədri Nazir Quliyev çıxışında uşaq hüquqları, mövcud durum və qanunvericilik barədə danışıb. N. Quliyev uşaqlarla işləyən qurumlara işçilərin qəbulu prosesinə də toxunub: “Fikrimcə, fərqli tələblər olmalıdır. Yaxın müddətdə bu prosesin standartları hazırlanmalıdır”. N. Quliyev deyib ki, küçə uşaqlarının reabilitasiyası məsələsində təcrübə inzibati qaydalarla bu problemi aradan qaldırılmasının mümkünsüzlüyünü diqtə edib: “Əlilliyi olan uşaqların təhsilə cəlb olunması həllini gözləyən problemlərdəndir. Uşaqların yol qəzalarında dünyasını dəyişməsi məsələsi isə daha ciddi məsələdir. Böyüklərin məsuliyyətsiz hərəkətləri üzündən uşaqlar avtomobil qəzaları zamanı dünyasını dəyişir. Bu il 70-ə yaxın uşaq dünyasını dəyişib, 120-si isə yaralanıb”. O qeyd edib ki, bəzi televiziya kanalları öz verilişlərində uşaq problemlərini aradan qaldırmaq əvəzinə, qarşıya problemlər çıxarırlar.

 

“Dan” Beynəlmiləlçi Gənclər Birliyinin sədri Gülarə Teymurova isə uşaq zorakılığının meyarları haqda danışıb: “Bura təkcə fiziki deyil, psixi və emosional zorakılıqda daxildir. Hökumətdə də bu məsələ birmənalı yanaşılmır. Maarifləndirmə bizim ən əsas vəzifələrimizdən biri olmalıdır. Mütəmadi bu mövzu ilə bağlı monitorinq keçirmək lazımdır”.

 

Sonra tədbir uşaq problemləri, tələb və təkliflərlə bağlı müzakirələrlə davam etdirilib. Toplantıda qeyd olunub ki, 2005-2011-ci illər ərzində Azərbaycan hökuməti və Milli Məclis bir sıra əhəmiyyətli qanun və digər normativ sənədlər qəbul edib. Eyni zamanda bir sıra qanunlara dəyişiklik edilərək uşaqların müdafiəsi daha da gücləndirilib. Bütün bunlara baxmayaraq, Azərbaycanda uşaq müdafiə mexanizmlərinin gücləndirilməsi ilə əlaqədar olaraq Yuvenal Ədliyyə və Uşaqlara Qarşı Zorakılığı Qadağan edən qanunun qəbul edilməsinə, İnklüziv təhsillə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə, küçə uşaqları üçün sığınacaq və reabilitasiya mərkəzinin, zorakılığa məruz qalan uşaqlar üçün reabilitasiya mərkəzinin və himayədar ailələrin yaradılmasına ehtiyac var. APA

 

Forumda müzakirə et
 

WebMaster.AZ
tərəfindən yaradılıb