|
Müsabiqə Azərbaycan Respublikasının təhsil naziri
Misir Mərdanovun 18 aprel 2012-ci il tarixli, 601 nömrəli əmrinə əsasən təşkil
ediləcək. Müsabiqənin məqsədi Azərbaycan bəstəkarlarının müstəqillik və qəhrəmanlıq
mövzularında yazılmış əsərlərinin öyrənilməsi istiqamətində görülən işlərin səmərəliliyinin
artırılmasına, istedadlı uşaqların ifaçılıq qabiliyyətinin inkişafına dəstək
verməkdən ibarətdir. |