Təhsil naziri Misir Mərdanov və İSESKO-nun baş direktoru cənab Əbdüləziz bin Osman əl-Tuveycri Bakı şəhərindəki akademik Zərifə Əliyeva adına orta məktəbdə olublar.
20 Fevral 2009
Qonaqlar məktəbi gəzərək burada yaradılmış şəraitlə tanış olublar.
Bruney Darussalam hökuməti 2009-2010-cu tədris ili üzrə xarici tələbələr üçün təqaüd proqramı təşkil edir. Proqramın məqsədi xarici tələbələr üçün Bruney Darussalam Universiteti, Sultan Şərif Əli İslam Universiteti, Bruney Texnoloji İnstitutu və Pengiran Anak Puteri Rashidah Saadatul Bolkian Tibb Bacılığı Kollecində təhsil alma imkanları yaratmaqdan ibarətdir.
“Elektron elm” proqramı layihəsinin reallaşdırılması üçün tədbirlər görülür
19 Fevral 2009
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda “Elektron elm” (E-elm) proqramı layihəsinə konseptual yanaşmaların, onun formalaşdırılması və reallaşdırılması məsələlərinin müzakirəsinə həsr olunmuş seminar keçirilmişdir.